Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə319/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   315   316   317   318   319   320   321   322   ...   540
1027 (1)

1.7.

 

İdrak və yaradıcılıq 

İdealizm  inandırmağa  çalışır  ki,  subyekt  xarici  təsiri  passiv 

deyil, aktiv (fəal) qəbul edir, hissi təcrübənin məlumatını idrakın 

öz  normalanna  uyğun  olaraq  yenidən  işləyir.  Deməli,  idealizm 

insan  şüurunun  fəallığını  tamamilə  müstəqil,  maddi  dünyanın 

fovqündə duran qüvvə hesab edir. Buradan da belə nəticə çıxır ki, 

dünya haqqında bilik ağılın öz konstruksiyasıdır. 

Materializm,  xüsusən  marksist  fəlsəfə  isə  tamamilə  başqa 

mövqedə dayanır. İnsan praktiki, dəyişdirici fəaliyyət prosesində 

xarici  aləmi  əks  etdirir.  Şüur  gerçəkliyi  əks  etdirmədən,  onun 

zəruri xassələrinə və əlaqələrinə, onun dəyişməsi və in 



286 


kişafı  qanununa  əsaslanmadan  yeni  heç  bir  şey  yarada  bilməz, 

çünki  insan öz şüurunun  yaradıcı fəaliyyəti nəticəsində  yeni  nə 

yaradırsa,  mövcud  olan  obyektiv  qanunlara  tabe  olmalıdır. 

Marksistlərin fikrinə görə materialist dialektika, onun qanun və 

kateqoriyalarının  sistemi  yalnız  nəzəri  planda  (idrakda)  deyil, 

həm  də  insanın  gerçəkliyə  praktiki  münasibətində  özünü 

göstərməlidir. 

İdrak  prosesində  insan  fərdin  malik  olduğu  bütün 

informasiyadan  istifadə  edir,  məsələnin  şərtlərinə  açıq  şəkildə 

daxil olmayan məzmunu açır, onu məlum olan biliklə müqayisə 

edir,  öyrənir,  problem  vəziyyəti  yenidən  dəyişir  və  məsələnin 

həllinə  başlayır.  Təfəkkür  vasitəsilə  insan  yalnız  yeni  bilik 

yaratmır,  həm  də  onun  sonrakı  inkişafı  üçün  yeni  metodlar 

hazırlayır. Bu yolla həyata keçirilən vəzifələrin dairəsi genişlənir. 

Bu o deməkdir ki, insan təfəkkürü yaradıcı xarakter daşıyır. 

Yaradıcılıq  subyekt  ilə  obyektin  elə  qarşılıqlı  təsiridir  ki, 

burada  subyekt  fəaldır,  xarici  aləmi  dəyişdirir,  obyekt  isə 

subyektin öz fəaliyyətini yönəltdiyi şeydir. Obyektin xüsusiyyəti 

həmin  fəaliyyətin  xarakterini  müəyyənləşdirir.  Bununla  yanaşı 

yaradıcılıq həm də subyektin özünün dəyişməsi, onun mənəvi və 

fiziki qabiliyyətinin inkişafı deməkdir. 

İdrakın  fəaliyyət  vəzifələri  ilə  əlaqəsi  onun  axtarmaq  və 

tədqiq etmək xarakterini müəyyənləşdirir. İdrak həm də problem 

xarakteri daşıyır. Öz fəaliyyətində subyekt varlığın əvvəllər ona 

məlum  olmayan  yeni  tərəfləri  ilə,  yeni-yeni  problemlər  ilə 

qarşılaşır.  Problem  elmi  nəzəriyyənin  yalnız  yaranmasının 

başlanğıcı deyil, o eyni zamanda nəzəriyyənin inkişafı prosesinə 

daxil edilir. 

Yeni  biliklərin  meydana  gəlməsi  ilə  əlaqədar  elm  daimi 

hərəkət vəziyyətindədir. Bu mənada elmi - yeni biliyin meydana 

gəlməsi sahəsi hesab etmək lazımdır. Çünki idrak subyektin aktiv 

fəaliyyəti olduğu üçün ondan böyük zehni və emosional gərginlik 

tələb  edir.  Bütün  əmək  sahələri  kimi  elmi  idrak  fəaliyyəti  də 

yaradıcı, pozitiv əməkdir. 

Bir  cəhəti  də  xüsusi  qeyd  etmək  lazımdır  ki,  elm  konkret 

şəxsiyyətlər, yaradıcı adamlar tərəfindən yaradılır. Yaradıcılıq 



287 


sahəsi  kimi  elmdə  şəxsiyyətin  rolu  olduqca  böyükdür.  Böyük 

elmi məktəblər böyük alimlərin ətrafında yaranır. 

Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  öz-özlüyündə 

qabiliyyət, istedad, tərbiyə, təhsil insanı yaradıcı etmir. Tarixdə 

elə  hallar  məlumdur  ki,  bəzi  böyük  yaradıcılar  sözün  ümumi 

mənasında o qədər də mədəni, tərbiyəli adamlar olmamışlar. Belə 

bir paradoksu müşahidə etmək olar: insan geniş biliyə malik ola 

bilər,  kəşflər  edər,  elmi  irəli  aparar,  ancaq  eyni  zamanda 

ümumiyyətlə məhdud, təkəbbürlü, saxta və  yaxud sadəlövh  ola 

bilər. 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə