Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə327/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   323   324   325   326   327   328   329   330   ...   540
1027 (1)

Yenə  orada,  s.48. 

Yenə orada, s.49. ' 

Yenə orada, s.53. 

293 


qəti,  son  izahdır,  onlan  arayıb  üzə  çıxarmaq  alimin  son 

məqsədidir. Bununla əlaqədar hələ əl-Fərabi demişdi: «Aksiden- 

siyanı'^'  beş  hiss  üzvü  qavrayır,  onlar  arasında  heç  bir  vasitəçi 

yoxdur; məsələn, göz özü sərbəst olaraq rəngi qavrayın).**^ O, 

təsdiq  edirdi:  «Substansiyanı  yalnız  ağıl  qavrayır,  özü  də  aksi- 

densiya ağıl ilə substansiya arasında birləşdirici həlqə kimi çıxış 

edir. Ağıl dərk edir ki, rəngin arxasında nəsə bir rənglənən, səsin 

arxasında  nəsə  bir  eşidilən  şey  var.  Başqa  duyğular  da 

belədir».**^ 

Nəzəriyyənin əsas funksiyalarına aşağıdakıları aid etmək olar: 

1)  sintetik  funksiya  -  ayrı-ayrı  doğru  biliklərin  tam,  bütöv 

sistemdə  birləşdirilməsidir.  Nəzəriyyə  biliyin  ali  forması  və 

tədqiq  edilən  obyektin  daha  tam  ifadəsidir.  Elmi  idrak  prosesi 

yalnız  0  halda  məntiqi  cəhətdən  başa  çatmış  hesab  edilir  ki, 

faktların  empirik  təsvirindən  ümumi  nəticələrə,  ayrı-ayrı 

hadisələr 

arasında 

zəruri 


və 

qanunauyğun 

əlaqələri 

müəyyənləşdirməyə,  mövcud  sahədə  edilən  kəşflərdən  vahid 

birləşdirici başlanğıca keçid  baş verir;  2) metodoloji  funksiya  - 

nəzəriyyə əsasında tədqiqat fəaliyyətinin müxtəlif metodlarının, 

vasitə  və  üsullannın  formalaşmasıdır;  3)  əvvəlcədən  görmək 

qabiliyyəti  funksiyası;  4)  praktiki  funksiya  -  nəzəriyyənin 

praktikada tətbiq edilməsidir. 

K.Popper  isə  üstünlüyü  bu  kimi  nəzəriyyələrə  verirdi:  daha 

çox  miqdarda  məlumat  verən,  yəni  daha  dərin  məzmuna  malik 

olan; məntiqi cəhətdən daha düzgün olan; daha çox izah etmək və 

əvvəlcədən demək qüvvəsi olan; və müşahidə yolu ilə müqayisə 

etməklə daha ciddi yoxlanıla bilən nəzəriyyə. 

Empirik  idrak  və  nəzəriyyə  bir-birini  şərtləndirir  və 

tamamlayır,  varlığın  dərk  edilməsinin  vahid  prosesini  yaradır. 

Nəzəriyyə  elə  alətdir  ki,  sınaqdan  keçirilməsi  onun  tətbiq 

edilməsi prosesində baş verir və faydalılığı tətbiq ediləndən sonra 

əldə edilən nəticə ilə ölçülür. Nəzəri tədqiqatlann cəmiyyətə nə 

vaxt bilavasitə fayda gətirəcəyini o saat demək mümkün ol- 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə