Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Ж. Делез, Ф.Гваттарн. Что такое философия? СПб, «Алетейя», 1998, с. 10. Yenə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə324/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   320   321   322   323   324   325   326   327   ...   540
1027 (1)

Ж. Делез, Ф.Гваттарн. Что такое философия? СПб, «Алетейя», 1998, с. 10. Yenə 

orada, s.13-14. 

Yenə orada, s.25. 

290 


2.2.

 

İdrakın empirik və nəzəri səviyyələri 

Elmi idrakın iki növü mövcuddur: rasional və empirik idrak. 

İdrakın  empirik  növünün  tərəfdarlan  təbii  olaraq  təcrübənin 

əhəmiyyətini  ön  plana  çəkir,  təməl  elementləri  kimi  bilavasitə 

hissi  təcrübənin  məlumatlarını  götürürlər.  Bizim  bütün 

biliyimizin  öz  hissi  təcrübəmizdən  törəməsi  fikri  empirizmin 

(yun.  «empeiria»  - təcrübə) əsas prinsipini ifadə edir. Bu təlimə 

görə biz heç vaxt hiss üzvlərinin verdiyi imkandan artıq bilik əldə 

edə  bilmərik.  Empirizmin  mövqeyi  çox  sərt  çərçivə  daxilində 

yerləşir  və  buradan  xaricə  çıxmaq  mümkün  deyil.  Çünki 

müşahidə edilən şeyin sərhəddini keçmək olmaz. Empirik idrak 

insanlann  hissi-praktiki  fəaliyyəti  kimi  başa  düşülən  təcrübə  ilə 

bilavasitə bağlıdır. Bu yolla mahiyyət deyil, təzahür dərk edilir. 

Kant  təmiz  və  empirik  idrakı  bir-birindən  ayırırdı.  Hər  bir 

idrak  təcrübədən  başlayır.  Xarici  predmetlər  bizim  hiss 

üzvlərimizə  yalnız  təsir  göstərir,  insanın  idrak  qabiliyyətini 

hərəkətə  gətirir.  Düşüncə  alman  təsəvvürləri  əlaqələndirir, 

müqayisə  edir,  təhlil  edir,  hissi  təəssüratı  idraka  çevirir.  Belə 

idrakı  Kant  təcrübə  adlandırırdı.  Onun  fikrincə  idrak  zaman 

etibarilə təcrübədən əvvəl gələ bilməz. İdrak təcrübədən başlayır. 

Elmin  empirik  mərhələsində  əsas  vəzifə  fakt  toplamaqdır. 

Latın  dilində  «factum»  «görülən  iş»,  «baş  verən  iş»  deməkdir. 

Elmdə  «fakt»  termini  iki  mənada  işlədilir:  1)  fakt  real  olaraq 

mövcud olan (və ya mövcud olmuş) hadisə kimi; 2) bu və ya digər 

konsepsiya kontekstində faktın təsvir edilməsi. 

Rasionalizm hiss üzvlərinin verdiyi məlumatı məhdud hesab 

edən,  biliyimizin  əsas  hissəsinin  qaynağını  ağılda  axtaran 

nəzəriyyədir.  Ona  görə  də  biz  şeylər  haqqında  hiss  üzvlərinin 

bacarmadığı  və  onların  verdiyi  məlumatdan  daha  doğru  və 

mükəmməl bilik əldə edirik. 

Rasional idrakın çox məşhur təmsilçisi Dekart hesab edirdi ki, 

intuisiyanın®^ köməkliyi ilə doğruluğuna heç bir şübhə yeri 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə