Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə326/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   322   323   324   325   326   327   328   329   ...   540
1027 (1)

Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000. 

с.47-48. 

292 


ciddi məntiqi struktura malik olmalıdiD>,^* Başqa sözlə, «nəzəri 

sistem  özlüyündə  müşahidə  edilmiş  faktlann  sadə  yığını  deyil, 

onlann həmçinin məlum olan başqa faktlara məntiqi yolla çıxa- 

nlan  münasibətidir.  Həmin  nəzəriyyənin  empirik  cəhətdən  nə 

qədər doğru olması bizə göstərir ki, hansı empirik faktlar indiki 

şəraitdə  müşahidə  edilə  bilən>.®^  Fikrini  inkişaf  etdirərək 

T.Parsons elmi biliyin yalnız təcrübə əsasında yarandığını sübut 

etməyə  çalışır  və  yazırdı:  «Bütün  deyilənlərdən  elmi  biliyin 

inkişaf  problemlərinin  ümumi  tərifi  çıxır.  Elmi  bilik  empirik 

faktlar haqqında biliyin artması, faktların belə məcmuunun nəzəri 

izahının  dəyişməsi  ilə  bağlıdır,  deməli,  bu  faktlar  haqqında 

ümumi  xülasələrin  dəyişməsi  və  bundan  heç  də  az  olmayaraq 

nəzəri sistemin strukturunun dəyişməsi ilə bağlıdır. Empirik fakt 

haqqında  ümumi  müddəalar  ilə  nəzəri  sistemlərin  məntiqi 

elementləri  və  strukturu  arasında  daxili  qarşılıqlı  əlaqəyə  də 

xüsusi diqqət yetirmək lazımdiD>.^“ 

Yaxşı  nəzəriyyəni  pis  nəzəriyyədən  fərqləndirməyə  imkan 

verən  bəzi  kriterilər  (meyarlar)  mövcuddur.  Bunlar:  1) 

nəzəriyyənin  müxtəlif  hissələri  arasında  daxili  uyğunluğun, 

uzlaşmanın; 2) nəzəriyyənin nəyi izah etmək iddiasındadırsa, onu 

həqiqətən  izah  etmək  qabiliyyətinin  olub-olmaması  ilə 

müəyyənləşdirilir. 

Nəzəriyyə  haqqında  müxtəlif  görüşlər,  müxtəlif  fikirlər 

mövcuddur. Onlardan bir neçəsini göstərək: alim həmişə həqiqi 

nəzəriyyəni tapmağa doğru can atır, yəni dünyanın elə təsvirini 

tapmaq istəyir ki, həmin təsvir həm də müşahidə edilən faktların 

izahı olsun. Deməli, faktlann təsviri nəzəriyyədən çıxarılmalıdır; 

alim elmi nəzəriyyəni tam əsaslandırmağa nail ola bilər; bu elə 

əsaslandırma  olmalıdır  ki,  ağılla  əsaslandırıla  biləcək  heç  bir 

şübhəyə yer qalmasın; əsl elmi nəzəriyyələr şeylərin mahiyyətini 

və  ya  «əsl  təbiətini»,  yəni  təzahürlərin  arxasında  yerləşən 

reallıqları təsvir edir. Belə nəzəriyyələrin sonrakı izaha ehtiyacı 

yoxdur və buna yol verilmir; çünki onlar 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə