Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Aksidensiya (lat. «accidensiya» - hadiso, təsadüO substansiyaya (lat. mahiyyot, əsas), yəni əsas



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə328/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   324   325   326   327   328   329   330   331   ...   540
1027 (1)

Aksidensiya (lat. «accidensiya» - hadiso, təsadüO substansiyaya (lat. mahiyyot, əsas), yəni əsas 

mahiyyətə zidd olan təsadüfi, əsas olmayanı ifadə edən fəlsəfi termindir. 

^ Al-Farabi. Estcstvenno-nauçnıc traktatı, s.91. 

Yenə orada, s.91-92. 

294 


masa  da,  onların  aparılması  davam  edir;  çünki  bu  tədqiqatlar 

insanın  elmi  dünyagörüşünə  qiymətli  hədiyyə  olmaqla  gec-tez 

praktiki nəticələrə gətirən qaynaq ola bilərlər. 

Beləliklə, vahid idrak prosesi iki əsas momentə bölünür: hissi 

və rasional idrak. Bu momentlərin əsasını obyektin əks tərəfləri - 

xarici və daxili tərəfləri təşkil edir, yəni görünən, təzahür edən və 

görünməyən, hiss edilməyən tərəfi. Bu o deməkdir ki, idrak iki 

mərhələdən keçir: təzahürdən, hiss üzvləri vasitəsilə və hissi idrak 

formalarında əks olunan mərhələdən - mücərrəd təfəkkürün zəruri 

fəaliyyəti nəticəsində mahiyyəti, yəni obyektin daxili, zəruri, əsas 

tərəflərini  və  əlaqələrini  üzə  çıxaran  mərhələyə  keçir. 

Biliksizlikdən  biliyə  keçid  gerçəklik  haqqında  bilavasitə  bilik 

verən  hiss  üzvlərinin  yardımı  ilə  obyektin  dərk  edilməsindən 

başlayır. 

Mücərrəd  (abstrakt)  təfəkkür  idrakın  ən  yüksək  mərhələsi 

kimi  çıxış  edir.  Mücərrədlik  (abstraksiya),  yəni  anlayış, 

kateqoriya,  qanun  və  s.  yaradarkən  təfəkkür  başlanğıc  material 

kimi hissi idrak mərhələsində əldə edilmiş məlumatlardan istifadə 

edir.  Ona  görə  də  hər  cür  mücərrədlik  son  nəticədə  öz  daxili 

qanunauyğunluqları  ilə  yanaşı  həm  də  hiss  üzvlərinin  verdiyi 

məlumatın təhlili əsasında meydana gəlir. 

Məntiqi  təfəkkür  təzahürü  dərk  etməkdə  də  mühüm  rol 

oynayır, mahiyyətin dərk edilməsi isə yalnız mücərrəd təfəkkür 

mərhələsində  baş  verir.  Lakin  mücərrəd  təfəkkür  ümumiyyətlə 

hər hansı hissi-empirik material olmadan da həyata keçirilə bilər. 

Konkret idrak aktlarının hamısı hissi idrakdan başlamır. Müasir 

tədqiqatçı əvvəllər tərtib edilib formalaşmış mücərrəd nəzəriyyə 

və  prinsiplər  ilə  silahlanır  və  öz  tədqiqatını  birbaşa  mücərrəd 

təfəkkürdən  başlaya  bilir;  belə  hallarda  idrak  mücər-  rədlikdən 

təcrübi məlumatlara doğru hərəkət edir. 

Yuxanda  deyildiyi  kimi,  nəzəri  səviyyə  empirik  səviyyə  ilə 

üzvi  əlaqədə  olsa  da,  nəzəri  aparatın  formalaşması  təfəkkürün 

məntiqi mücərrədliklə nisbətən sərbəst hərəkət etməsi üçün şərait 

yaradır,  və  beləliklə,  idrakın  təzahürdən  mahiyyətə  doğru 

hərəkətini məntiqi səpkidə, yəni məntiqi kateqoriyalar vasitəsilə 

tədqiq etməyə imkan yaradır. 



295 


Problemin həllinə kompleks şəkildə yanaşma idrakın empirik 

və nəzəri tərəflərinin qarşılıqlı münasibəti tələb edir ki, əv- vəla, 

bu münasibət formal məntiqi baxımdan təhlil edilsin; ikincisi, bu 

münasibət  biliyin  inkişafında  bir  mərhələ  kimi  tədqiq  edilsin. 

İkinci  halda  empirik  və  nəzəri  tərəflər  idrak  prosesinin 

mərhələləri kimi təsvir edilir. 

Məntiqi olaraq empirik və nəzəri tərəflər aşağıdakı əlamətlərə 

görə  fərqlənirlər:  1)  bilikdə  olan  cümlələrin  xarakterinə  görə. 

Bilavasitə müşahidəyə aid olan cümlələr empirik tərəf kimi izah 

edilir,  qanunu  ifadə  edənlər  isə  nəzəri  tərəf  hesab  olunur;  2) 

empirik  və  nəzəri  tərəfləri  tədqiqat  obyektlərinə  görə.  Nəzəri 

obyekt  deyəndə  idealizə  etməyin  və  mücərrədləşdirməyin 

nəticəsi  nəzərdə  tutulur  (yəni  idealizə  olunmuş  və 

mücərrədləşdirilmiş  obyektlər).  Məsələn,  həndəsədə  nöqtə, 

düzxətt,  fizikada  mütləq  bərk  cisim  və  s.  nəzəri  obyekt  hesab 

olunur.  Empirik  obyektlərin  isə  bilavasitə  mövcud  olan 

nümunələri var. 

Başqa  sözlə,  müşahidə  və  eksperiment,  təcrübədən  alman 

faktlann  təsviri,  empirik  qanunauyğunluqların  qısa  xülasəsi 

empirik  səviyyəyə  aiddir.  Yuxanda  deyildiyi  kimi,  bu  mərhələ 

bütün elmi biliyin başlanğıc nöqtəsi, təməli olmuş və olmaqdadır. 

Lakin təcrübənin öz xarakteri əsaslı surətdə dəyişib, empirik və 

nəzəri  tədqiqat  üsullannm  bir-birinə  qarşılıqlı  nüfuz  etməsi 

güclənib.  Ən  elementar  müşahidələrdə  belə  cihazlar  tərəfindən 

qeyd olunan göstəricilər kifayət qədər yüksək dərəcəli mücərrəd 

anlayışlarda  istifadə  edilir.  Məntiqi  üsullar  (analiz  və  sintez, 

mücərrədləşdirmə və ümumiləşdirmə, induk- siya və deduksiya) 

empirik  və  nəzəri  səviyyələr  üçün  ümumi  olan  xüsusi  idrak 

metodlarıdır. Artıq empirik səviyyədə subyekt nəzəri anlayış və 

müşahidələr əldə edir. 

Hissi  təcrübə  öz-özünə  yaranmır  və  müəyyən  bir  empirik 

prosesin sonudur. «...Hissi təcrübə, həm də nəyinsə nəticəsi olan 

başlanğıcdır»,idrakın yeni mərhələsinin əvvəlidir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə