Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə332/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   328   329   330   331   332   333   334   335   ...   540
1027 (1)

2.4.

 

Sinergetika 

XX  əsrin  axırlarında  sinergetika  adlanan  elm  sahəsi  geniş 

inkişaf  etdi.  Bu  elm,  müasir  dövrümüzdə  ümumi  metodologiya 

rolunu  oynamaq  iddiasındadır.  Dünyaya  yeni  baxışın  əsaslanm 

formalaşdırmağa  çalışan  sinergetika  təbii  və  sosial  sistemlərin 

ümumi qanunauyğunluqlarını axtarır, onların inkişaf ssenarisini, 

müxtəlif  tipli  strukturların  meydana  gəlməsi  mexanizmini, 

insanın və təbiətin təkamülünü, həmçinin mürəkkəb sosial və so- 

sioekoloji sistemləri təhlil edir. 

Sinergetika  -  mürəkkəb  sistem,  xaosda  müəyyən  qaydanın 

necə  yaranması  və  həm  də  bu  qaydanın  gec-tez  dağılması 

haqqında  elmdir.  Maraqlıdır  ki,  qayda-nizamın  yaranması  və 

dağılmasında  kiçik  təsirlərin  (fluktuasiyanın)  (lat.  «fluctatio»  - 

dalğalanma) rolu böyükdür. Belə təsirlər sayəsində bəzi hallarda 

sistem  nizama  salınır,  başqa  hallarda  bu  nizam  özünü 

tükəndirərək  dağılır  və  belə  halda  sistem  qeyri-sabit  vəziyyətə 

düşür. Deməli, həm sabitlik, həm də qeyri-sabitlik rejimləri daim 

dəyişir.  Sinergetikanın  meydana  gəlməsinə  qədər  elm  xaos  və 

qayda-nizamı  ayrı-ayrılıqda  nəzərdən  keçirirdi.  Həm  də  əsas 

diqqət məhz qayda-nizama yönəldilirdi, çünki onu nisbətən sadə 

riyazi  tənliklərlə  təsvir  etmək  mümkündür.  Sinergetika  xaosda 

qayda-nizamın yaranması, saxlanması və parça 



299 


lanması  yollarını  üzə  çıxarır.  Beləliklə,  sinergetika  öz-özünü 

təşkil edən mürəkkəb sistemlər haqqında nəzəriyyədir. 

Mütəxəssislərin  fikrincə  sinergetika  -  qeyri-klassik  dövrdən 

sonra gələn dövrdə ən vacib paradiqmadır.*^^ 

Sinergetikanın  yaradıcısı 

German  Haken

  (1927)  bu  elm 

sahəsinin  predmetini  aşağıdakı  kimi  müəyyənləşdirir:  «Mən 

«sinergetika» sözünü təklif edərkən aşağıdakı izahatı əlavə etdim: 

«qarşılıqlı  təsir  haqqında  təlim»;  «ayrı-ayrı  hissələrdən  ibarət 

olan sistemlərdə fəaliyyət göstərən ümumi qanunauyğunluqların 

tədqiqi».“ 

G.

 



Haken sinergetikanın əsas müddəalarını belə qruplaşdırır: 

«Mən  sinergetikanın  mahiyyətini  açan  aşağıdakı  mühüm 

müddəa- lan seçərdim. 

1.

 



Sistemin tədqiqi bir-birinə 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə