Yaspersə görə insan varlığını bir neçə mərhələyə ayırmaq
olar: 1) insanın bədən kimi mövcud olması; «hazırda mövcud
olan bu empirik varlıq» mərhələsində kommunikasiya (əlaqə)
faydalılıq prinsipinə tabedir; 2) insan varlığının ikinci
mərhələsində şüur elə məzmun və struktura malikdir ki, həmin
şüuru başqa insanların şüuru ilə eyniləşdirir (Kantın
terminologiyasında transsendental subyektivlikdir). Yeni
kantçıların arxasınca Yaspers bu mərhələni öz həqiqiliyinə görə
bütün bəşəriyyət üçün ümumi olan «əyani şüur» adlandırır; 3)
insan varlığının ən yüksək mərhələsini Yaspers alman
klassikləri ilə birlikdə «ağıl» və yaxud «ruh» adlandınr və onu
«...təfəkkürün,
fəaliyyətin,
hissiyyatın
tamlığı»
kimi
müəyyənləşdirir. Bu mərhələ «mühakimə» edən zaman xarici
strukturdan yaranan «müvəqqəti hadisə» kimi fərqlənir. Yaspers
deyir: «Ruh sahəsindəki kommunikasiya (əlaqə) bütövlük
ideyasının ictimai substansiyasından yaranan şüurdur...».^'* Hər
bir adam burada öz mövcudluğunun mənasını sosial bütövün
hissəsi olmaqla görür.
Göstərmək lazımdır ki, insan yalnız xarici əlamətlər
sistemində təsvir edilə bilməz, onun özünəməxsus daxili aləmi
var. İnsan daim özünü axtaran və sınayan məxluqdur. İnsanın
mahiyyətini yalnız sosial amillərlə izah etmək, faktiki olaraq
şəxsiyyətin daxili aləminin orijinal xüsusiyyətlərini inkar edir
və onun daxili azadlığım yox etməyə aparır.
İndiki dövrdə faktiki olaraq yeni insan tipinin formalaşması
prosesi baş verir. İndustrial cəmiyyətin rasional insanı yerinə
postindustrial informasiya dövrünün kompüterləşmiş insanı
gəlir. Dərinliyə nüfuz edən bütöv bilik səthi təsəvvürlər ilə,
hədsiz dərəcədə böyük həcmli informasiyanın aiqoritmə uyğun
olaraq sürətlə işlənib qaydaya salınması ilə əvəz edilir: qəbul
etmək - işləyib qaydaya salmaq - ötürmək - praktiki nəticə əldə
etmək. Belə praqmatik sxemə girməyən nə varsa hamısı yararsız
elan edilir. Mikroelektron inqilabı insan intellektinin gücünü
artırır.
Beləliklə, insan biososial varlıq olmaqdan daha çox, özünün
xüsusi daxili aləmi olan mənəvi-ruhi varlıqdır.
Bax: Философия культуры. СПб. 1998, с. i 83.
405
Alimlər insan genlərinin öyrənilməsi üzərində ciddi
tədqiqatlar apanrlar. İnsan genomu insan orqanizminin bütün
genetik informasiyasının cəmidir. Hal-hazırda «insan genomu»
adlanan nəhəng layihə üzərində iş gedir. Artıq 5 min genin şifrə-
si açılıb və yaxın illərdə bütün yerdə qalan 45-95 min genin
oxunması gözlənilir.
lH
6.2.
İnsan həyatının mənası haqqında
İnsan şüurlu varlıq kimi zəruri olaraq özünün bu dünyadakı
'yerini, həm mənşəyinə, həm də indiki mövcudluğuna görə öz
mənliyi ilə dünya arasındakı əlaqəni, birliyi və fərqi müəyyən-
ləşdirməyə çalışır. Onun indiki zamanda az və ya çox düzgün
istiqamət götürmək, özünün keçmişini aydınlaşdırmaq və gə-
ləcəyini proqnozlaşdırmaq üçün heç olmasa təsəvvürlər, intui-
tiv duyğular, hətta mistik görüşlər səviyyəsində belə biliklərə
ehtiyacı var.
İnsan həyatı həm cəmiyyət həyatı planında, həm də fərdi
həyat planında bir-biri ilə sıx əlaqədə olan istehsal, istehlak,
ictimai-siyasi, mədəni (mənəvi istehsal), ailə (nəslin davamı)
və başqa həyati fəaliyyət formalarında cərəyan edir. /
j K.Marks belə bir fikir irəli sürmüş və əsaslandırmağa ça-
lışmışdır ki, insan öz mahiyyətinə görə yaradıcıdır; o həm
özünü, həm də öz dünyasını yaradır.
Həyat haqqında çoxlu müxtəlif fikirlər var: həyat əzab-
əziyyətdir (Budda, Şopenhauer və b.); «insan həyatı acınacaq-
lıdır» (Seneka); «həyat axmaq tərəfindən danışılan, hay-küylə,
qəzəblə dolu, lakin mənasız hekayədin> (Şekspir); «bütün həy-
at aldadılmış ümidlərin qiymətidin> (Didro); «insanın bütün
həyatı yalana batıbdın> (Nitsşe); «biz bilmirik nə yaxşıdır, ya-
şamaq yoxsa ölmək» (Qandi) və s. Ümumiyyətlə həyat haq-
qında mənfi fikirlər daha çoxdur.
^U^İpsan həyatının mənası probleminin həlli haqqında çoxsaylı
'‘'fikirləri əsasən üç qrupa bölürlər: 1) həyatın mənası ilk baş-
lanğıcdan onun dərin qatlarında əbədi mövcuddur. Belə izah
daha çox dini təlimlərə aiddir; 2) həyatın mənası həyatdan kə-
narda mövcuddur. Belə izahın əsasında dindən azad (sekulyar)
406
fikir dayanır. Bu konsepsiyanın tərəfdarları göstərirlər ki, insan
dünyanı xeyir və ədalət əsasında yenidən qura bilər. Bu
məqsədə doğru hərəkət tərəqqi adlanır. Tərəqqi məqsədi
nəzərdə tutur, onu şərtləndirir, məqsəd isə insan həyatına məna
verir; 3) həyatın mənası subyektlərin özü tərəfindən yaradılır.
Həyatın mənası yoxdur, yalnız biz özümüz şüurlu və ya kortəbii,
bilə-bilə və ya qeyri-ixtiyari olaraq həyata məna veririk və
bununla da öz insani mahiyyətimizi seçir və yaradınc^
Tez-tez həyatın mənasını axtarmaq haqqında elə danışırlar
ki, elə bil bu məna haradasa hazır şəkildə saxlanılır və onu
yalnız axtanb tapmaq lazımdır. Lakin məna mahiyyət demək
deyil, hərçənd bu anlayışlar bir-birinə oxşayırlar. Əgər mahiyyət
hadisələrin görünməyən, daxili hissəsinə aiddirsə, məna bizim
hadisələrə münasibətimizi, onları öyrənməyimizi, qiymət
verməyimizi bildirir, bu isə insana nə lazım olmasını
müəyyənləşdirmək baxımından mümkündür.
İnsan yeganə varlıqdır ki, özünün ölümlü olduğunu başa
düşür və bu halı düşüncə predmeti edə bilir. Bunu anlayan
insanın reaksiyası ilk baxışda ümidsizlik və çaşqınlıq hissi
olmalıdır. Bu əhvali-ruhiyyəni aradan götürərək insan
yaşamaqda davam edir, hərçənd həyatının müvəqqəti olduğunu
bilir. Belə biliyə malik olan insan zəruri olaraq çox ciddi və
kəskin sual ilə qarşılaşır: həyatın mənası və məqsədi nədir? Belə
bir fikir daha çox yayılıbdır ki, bütün bəşəriyyətin yaşamasının
mənası və mövcudluğunu saxlamaq və onun tərəqqisini təmin
etmək üçün səyi gücləndirmək və çoxaltmaqdır. Ayrılıqda
götürülmüş hər bir insanın həyatının mənası da elə bununla
müəyyən edilir.
Hər bir şəxsin həyatının məqsədi və mənası eyni zamanda
bütün insan tarixinin, insanın yaşadığı cəmiyyətin məqsəd və
mənasına böyük təsir göstərən sosial ideyalar və fəaliyyətlər ilə
də sıx əlaqədədir.
İnsanın məqsədi, rolu, vəzifəsi öz qabiliyyətini inkişaf
etdirmək, tarixə, cəmiyyətin tərəqqisinə, onun mədəniyyətinə,
öz şəxsi həyatının təminatı işinə xidmət etməkdir. Ümumi rifaha
çalışmaq aparıcı istiqamət olmalıdır. L.N.Tolstoy deyirdi
407
Dostları ilə paylaş: |