da çox sadə görünür: elmi bilik protokol cümlələrində qeyd edilən
eksperiment faktlarına əsaslanmalıdır. Tək faktlar haqqında
bilikdən daha ümumi biliyə, nəzəriyyəyə necə keçmək olur?
Yalnız induktiv metodla buna nail olmaq mümkündür.
Eksperiment faktlarına fundamental status vermək cəhdi də
gizlədilmirdi. Bu fəaliyyət «fızikalizmə» gətirib çıxartdı (Ney- rat
və b.), lakin bu işdə əsasən klassik, qeyri-kvant fizikanın fəlsəfi
potensialından istifadə edilirdi. Eksperimental elmlər sahəsində
neopozitivizm həqiqət ideyasını əldə rəhbər tutaraq verifikasiya
(elmi biliyin yoxlanılması) üzərində israr edirdi. Deməli, bilik
faktlar ilə təsdiq edilirsə həqiqi olur. Beləliklə, eksperimental
elmin neopozitivist konsepsiyası üçün xarakter cəhətlər
aşağıdakılardır: faktualizm, induktivizm, verifaksio- nizm,
aşkaredilmə konteksti, fızikalizm.
K.Popper induktivizmin əleyhinə çıxırdı. O, hesab edirdi ki,
ümumiləşmiş nəzəri biliyə nail olmaq üçün induksiya acizdir.
Neopozitivistlər induktivizm, postpozitivistlər isə deduktivizm
tərəfdarıdırlar. Amerika sosioloqu A.Kolniz deyir ki, «...bu gün
postpozitivizm elm fəlsəfəsi olub...».’^
Elm fəlsəfəsinin fenomenoloji konsepsiyasu Analitiklər
hesab edirlər ki, əvvəlcə elmin statusunu aydınlaşdırmaq, sonra
isə
fəlsəfənin
elmi
və
yaxud
qeyri-elmi
olmasını
müəyyənləşdirmək lazımdır. Fenomenoloqlar belə yolu çıxılmaz
vəziyyətə aparmaq hesab edirlər. E.Husserlə görə fəlsəfə - məntiq
və təbiətşünaslıqdan tutmuş cəmiyyət haqqında elmlərə qədər
elmi mənanı üzə çıxarmaq metodunu verir. Analitiklərə görə
elmin canı dil və praktikadan ibarətdir, fenomenoloqlara görə isə
elm - mənanı (mahiyyəti) dərk etməkdir. Analitiklərin düsturu
belədir: dil - praktika - şüur (bəzən: praktika - dil - şüur). Fenome-
noloqlann düsturu isə şüur - dil - praktikadır.
Fenomenologiya pozitivizmə qarşı çıxır və empirik faktların
təsviri ilə kifayətlənmir, onları ağıldan keçirir. Fenomenoloq
hesab edir ki, elmi işin bütün aspektləri hökmən fenomenoloji
induksiya və intuisiyadan keçməlidir.
Sitat götürülüb: Teopım oömecTea. M., KAHOH-npecc-U, 1999, c.37.
326
M.Haydegger elm fəlsəfəsi haqqında. Alman fılosofiı
M.Haydegger (1889-1976) ümumiyyətlə elmi fəlsəfi baxımdan
dəyərləndirirdi. Onun fikrincə elm «yeni dövrün məhsuludur, nə
antik dövrdə, nə də orta əsrlərdə elm olmamışdır. Elm gerçək olan
haqqında nəzəriyyədir».’^ Elmin mahiyyətini açmaq üçün
gerçəklik və nəzəriyyənin məzmununu aydınlaşdırmaq lazımdır.
Gerçəklik fəaliyyətdə olan sabitlikdir ki, XVIII əsrdən başlayaraq
- predmet adlandırılır. «Gerçəklik indi özünü predmet statusunda
göstərir».’“* Predmet latın sözü olan «oby- ectum» sözünün
tərcüməsidir. Obyekt insana qarşı qoyulan şeydir. Nəticə: elm
predmetli qarşıdurmanı tələb edir.’^ Belə qarşıdurmada insan
subyekt kimi çıxış edir. Beləliklə, elm - gerçəkliyi predmet,
predmetin subyektə, subyektin predmetə qarşı durması hesab
edir.
Elmin hennenevtik fəlsəfəsi. Müasir hemıenevtikanm lideri
Hadamerin əsas fikri belədir ki, elmin fəlsəfədən təcrid edilməsi
əsassızdır, fəlsəfənin ali forması isə hermenevtikadır. Bütün
elmlərdə hermenevtik komponentlər var. Deməli, elm həmişə
hennenevtikdir; məsələ bundadır ki, elm nə qədər hermenevtik-
dir. Çünki elm hermenevtik təcrübənin əhəmiyyətli sahəsi olsa
da, yeganə hissəsi deyil.
Frankfurt məktəbinin tənqidi-elm fəlsəfəsi. Frankfurt
fəlsəfəsinin
baniləri
M.Horkhaymer
və
T.V.Adomo
əsaslandırmağa çalışırdılar ki, tradision nəzəriyyə mülahizənin
deduktiv sistemi kimi üzərində həmişə sosial şərtlənmə möhürü
olan anlayışın birinci səviyyəsidir. Tradision nəzəriyyə hökmran
qüvvələr tərəfindən istifadə edilir. Belə vəziyyətdən qaçmaq üçün
nəzəriyyənin sosial şərtlənməsi üzərində ciddi düşünmək
lazımdır. Nəticədə tənqidi nəzəriyyə səviyyəsinə çatmaq olar.
Adomo müşahidə və faktların birinciliyinə qarşı çıxırdı.
Bununla əlaqədar iki dəlil irəli sürülür: birincisi, bütöv adekvat
olaraq müşahidə edilən təkə sığmır;’*^ ikincisi «cəmiyyətdəki
Bax: M.Хайдеггер. Врс.мя и бытие. M., «Республика». 199.1. с.2.19.
Ycno orada, s.242.
Ycno orada.
T.B.Адорно. К логике социши.иых наук. - Вах: Жури. «Вопросы философии». JM« 10,
1992.С.77.
327
faktlar sosial vasitələrlə ifadə edildiyi üçün idrakın axınncı əsası
deyil».”
Adomo və Horkhaymer elmi düşüncəyə o qədər də müsbət
yanaşmu-dılar. Frankfurt məktəbinin ikinci nəsli məktəbin
banilərinin mövqeyini xeyli dəyişdirdi. Habermas və Apelin
kommunikativ rasionalizmi özünün çatışmamazlığmı aradan
qaldırmağı bacaran və sosial tərəqqini təmin edən elmi
düşüncənin özünütənqidi kimi çıxış edir; elm şübhə altma
alınmır; elm dünyanın məqsədəuyğun və rasional yolla
öyrənilməsi kimi başa düşülürdü. Elmi bilik əsaslandınlır, belə ki,
o kommunikativ biliklərin, xüsusən elmi ictimaiyyətin dil
oyunlannda aydınlaşdığı kimi rasional baxımdan daha
məqbuldur.
3.6. Elm və əxlaq
Elmdə əxlaq məsələsi həmişə alimlərin diqqətini özünə cəlb
etmiş və bu məsələ ətrafında həmişə müxtəlif fikirlər irəli
sürülmüşdür. Məsələn, M.Veberə görə elmi - xoşbəxtliyə,
xüsusən Allaha doğru aparan yol hesab etmək lazım deyil, çünki
0 aşağıdakı suallara cavab vermir: Biz nə etməliyik? Biz necə
yaşamalıyıq? Bu dünyanın mənası varmı və burada yaşamağa
dəyərmi? və s.
Elmin - gerçəkliyin bütün sahələrinə soxulmaq, insanın
məhrəm, gizli aləmini, şüuraltını və s. tədqiq etmək hüququ
varmı?
İnsan
idrakının
müdaxilə
etmək
sərhəddini
müəyyənləşdirən hər hansı bir əxlaqi hüdud varmı? Yaxud elmin
hər şeyə ixtiyarı varmı? və s. bu kimi suallara cavablar çox
müxtəlif, bəzən daban-dabana zidd olmuşdur.
Elm həqiqət axtarmaqdır, həqiqəti axtarmaq isə öz-
özlüyündə xeyirxahlıqdır. Lakin alimlər də insandır, onlann da
xarici gerçəklik haqqında özünəməxsus müxtəlif görüşləri, siyasi
quruluşa, ayn-ayn liderlərə qarşı rəğbət və yaxud mənfi
münasibəti ola bilər, onlar da yanıla və səhv edə bilərlər. Elmi
kəşflər bəzən alimin arzusundan asılı olmayaraq hərbi-siyasi
məqsədlər üçün istifadə oluna bilər. Elm tarixində elə hadisələr
Yenə orada, s.80.
328
Dostları ilə paylaş: |