Hegel isə mücərrədliyi maddi gerçəklikdən kənarda nəzərdən
keçirirdi. Onun üçün mücərrədlik - predmetin adi həyati
təcrübəyə də aid olan müxtəlif əlaqə və münasibətlərindən nə isə
təcrid olunmuş, yabançılaşmış bir şeydir. Konkretlik isə, əksinə,
xassə və keyfiyyətlərin bütöv halında tamamilə yenidən
yaradılmasıdır.
Beləliklə, idrakda konkretlik və mücərrədlik bir-biri ilə
qırılmaz şəkildə bağlıdır. Heç bir elmi nəzəriyyə konkretliyi
bütövlükdə bir tam kimi əks etdirə bilməz, onun yalnız müəyyən
tərəflərini, xassələrini, əlaqələrini əhatə edə bilər. Elmi biliklərin
heç bir sistemi mücərrədlik olmadan təsəvvür edilə bilməz.
Məntiqi və tarixi metodlar. Bu məsələ ilə əlaqədar müxtəlif
fikirlər olmuşdur.
Marksist fəlsəfədə tarixilik deyəndə hərəkətdə və inkişafda
olan obyektiv gerçəkliyin xronoloji ardıcıllıqla öyrənilməsi
nəzərdə tutulur. Məntiqilik isə obyektiv aləmi insan şüurunda
ideal obrazlar şəklində əks etdirən fikirlərin (anlayışlann,
mühakimələrin) bir-biri ilə müəyyən zəruri əlaqəsi deməkdir. -
Beləliklə, tarixilik birinci, məntiqilik isə - ikincidir. Məntiqi
metodun məqsədi tarixi prosesin mahiyyətini, əsas məzmununu
nəzəri
formada,
mücərrədlik
sistemində
yenidən
canlandırmaqdır. Öz-özlüyündə məntiqilik, real tarixi prosesdə
olduğu qaydada mahiyyətdə həyata keçir.
Tamam əks nöqteyi-nəzərə görə isə məntiqilik tarixilikdən
əvvəl gəlir və onun meydana gəlməsinə kömək edir. Məsələn,
alman filosofu Fixtenin fikrincə anlayışın məntiqi strukturunun
yaranması tarix başlanmazdan əvvəl sona çatır və tarixi prosesin
başlanması üçün ilkin şərt olur.
Bir çox filosoflar tarixilik ilə məntiqiliyin vəhdətini xüsusi
vurğulayırlar. Tarixi inkişafda olan bütün sistemləri öyrənən
elmlərin hamısı üçün (evolyusion biologiya, tarixi geologiya,
cəmiyyətin tarixi, dilçilik və b.) tədqiqatın tarixi metodunun
böyük əhəmiyyəti var. Bu elə metoddur ki, obyektin real tarixini
onun konkret müxtəlifliyində əks etdirir, əhəmiyyətli tarixi
faktları və onun inkişaf mərhələlərini üzə çıxanr, nəticədə öyrəni
308
lən obyektin nəzəriyyəsini yaratmağı, onun inkişaf məntiqini və
qanunauyğunluğunu aşkarlayır. Tarixilik məntiqilik ilə
tamamlanmalı, onda özünün məntiqi yekununu tapmalıdır.
Məntiqi metod mahiyyətcə tarixi prosesin mücərrəd və ardıcıl
nəzəri formada əks olunmasıdır.
İdrakda tarixi ilə məntiqinin uyğun gəlməsi yalnız
duyğulardan ağıla, empirizmdən nəzəriyyəyə doğru hərəkət deyil,
həmçinin mücərrəddən konkretə doğru məntiqi kateqoriyaların
müəyyən ardıcıllıqla formalaşmasını və istifadə edilməsini ifadə
edən hərəkəti xarakterizə edir.
İdrakın tarixi (müvafiq olaraq həm də məntiqi) inkişaf
prosesində göstərilən ardıcıllığı müəyyən etmək olduqca çətin
məsələdir. İdrakın tarixi ilə məntiqinin uyğun gəlməsi yalnız
bütövlükdə elmi idrakın inkişafını deyil, eyni zamanda
gerçəkliyin ayrı-ayrı hissələrinin dərk edilməsini ifadə edir.
Tarixi metod tək, konkret hadisə və prosesləri əks etdirsə də,
mücərrəd, birtərəfli bilik verir. Məntiqi metod isə tarixi prosesdə
ümumini, təkrar olunmanı öyrənməyi nəzərdə tutur, yalnız bu
metod konkret, sistemli bilik verir. Məntiqi metod mahiyyətcə
tarixi metodun ümumiləşdirilməsi, sistemləşdirilməsidir.
Sistem metodu. Bu metod obyekti öz aralannda qarşılıqlı
əlaqədə olan elementlərdən (struktur) təşkil olunmuş bütöv
sistemlər kimi öyrənir, tədqiqatı mürəkkəb obyektin müxtəlif tipli
əlaqələrini üzə çıxarmaq istiqamətinə yönəldir və bu əlaqələri
vahid nəzəri formada birləşdirir. Sistemli münasibət konkret
elmlərdə problemlərin konkret qoyuluşuna və onlann səmərəli
öyrənilməsinin strategiyasını hazırlamaq işinə kömək edir,
ümumi nəzəri təfəkkürün qanunauyğunluqlannı, fəlsəfi və xüsusi
elmi nəzəri idrakın vəhdətini ifadə edir.
309
3.
Elm fəlsəfəsi
3.1.
Elm nə deməkdir?
Elm - insan tərəfindən toplanmış bilik sistemidir, varlığı dərk
etməyə yönəldilmiş insan fəaliyyətidir. Elm elə mənəvi istehsal
sahəsidir ki, nəticədə faktları məqsədyönlü şəkildə seçir və
sistemləşdirir; fərziyyələri məntiqi üsullar ilə yoxlayır;
nəzəriyyələri, fundamental və xüsusi qanunlan, həmçinin tədqiqat
metodlarını ümumiləşdirir. Elm eyni zamanda həm bilik
sistemidir, həm onun istehsalıdır, həm də onların əsasında həyata
keçirilən praktiki fəaliyyətdir. Deməli, elm - dünya haqqında
daim inkişafda olan bilik sistemidir. Belə ki, elmi yalnız biliklər
sistemi kimi qəbul etmək hələ onun mahiyyətinin tam açılması
demək deyil. «Biliklər sistemi özündə fəaliyyət momentini əks
etdirmir. Elm və məhz elmi axtanşlar, yaradıcılıq tədqiqat
prosesində - elmi fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi,
ictimai hadisə kimi qarşıya çıxını.’*
Hər biliyi, məsələn, məişət məlumatlarını elmi bilik hesab
etmək olmaz. Elm hər şeydən əvvəl həqiqi biliyin müəyyən
sistemidir, o alimlərin səyi nəticəsində gerçəklikdə fəaliyyət
göstərən qanunauyğunluqlar haqqında bilik verir.
Elm mürəkkəb qnoseoloji situasiyanı həll etmək, təbiət və
cəmiyyət hadisələrini dərk edərək onları dəyişmək vasitəsi kimi
meydana gəlib. Bu baxımdan, elmin iki əsas funksiyası özünü
daha qabarıq şəkildə göstərir: a) şeylərin mahiyyətinə nüfuz edən
idrak funksiyası və b) praktiki fəaliyyət funksiyası, yəni insanın
və cəmiyyətin dəyişdirici fəaliyyətində elmin rolunun artması.
Nə tədqiq edilir? sualına cavab elmin predmetinin təbiətini
açır; tədqiqat necə həyata keçirilir? sualına cavab isə tədqiqatın
metodunu açır.
Elm ilə bilavasitə əlaqəsi olmayan adam onu yalnız texniki
nailiyyətlər baxımından qiymətləndirir. Müvafiq olaraq o elmi
S.Xəlilov. Elmi-texniki toroqqi və onun sosial-iqtisadi nəticələri. Bakı, «Elm»,
1996, S.64.
310
Dostları ilə paylaş: |