sivilizasiya meydana gəlir. Tezis və antitezisdə olan bütün
müsbət cəhətlər sintezdə birləşir.
Dialektik materializm fəlsəfəsini yaradan Marks Hegelin
idealist dialektikasmın əsas prinsiplərini qəbul etmiş və
materializmə əsaslanan yeni dialektik metod irəli sürmüşdür.
Dialektik materializmə görə dünyada baş verən proseslər
arasında sonsuz dərəcədə müxtəlif əlaqələr mövcuddur, çünki
varlığın tükənməzliyi predmetlər, təzahürlər və proseslər
arasındakı əlaqələrin də tükənməzliyini göstərir. Proseslər
arasındakı konfet əlaqələrin öyrənilməsi ilə xüsusi elmlər
məşğul olur. Dialektika isə əlaqələri hərəkət və inkişafın ümumi
qanunauyğunluğu kimi şərh edir və bu əlaqələri dərk etmək
üçün konkret elmlərin məlumatlarına əsaslanır. Hərəkət və
inkişaf prosesi həmişə obyektlər, proseslər və təzahürlər
arasında qarşılıqlı təsirin olmasını tələb edir, qarşılıqlı təsir isə
eyni zamanda onlar arasında əlaqə deməkdir. Dialektika
nəzəriyyəsində əlaqə obyektlərin bir-biri ilə qarşılıqlı
münasibəti, onların bir-birini şərtləndirməsi kimi başa düşülür.
Geniş mənada əlaqə dünyanın vəhdətini əks etdirən ümumi,
universal əlaqə kimi nəzərdə tutulur. Bu mənada «əlaqə»
anlayışı, «münasibət» anlayışı ilə eynilik təşkil edir.
Dialektik təlim tərəfdarları təsdiq edirlər ki, tarixən əjaqə
kateqoriyası elmi-tədqiqat obyektinə o vaxt çevrilir ki, əşyaların
tədqiqindən proseslərin tədqiqinə keçid başlayır. Onlar deyirlər
ki, məhz bu mərhələdə əlaqə haqqında təlim - dialektika
meydana gəlir.
Dialektika, onun təmsilçilərinin fikrincə, sadəcə olaraq eyni
əhəmiyyətli iki hissədən - əlaqələr haqqında təlim və inkişaf
haqqında təlimdən ibarət deyil; dialektika — inkişaf haqqında
bütöv təlimdir ki, burada hər şey, o cümlədən əlaqələr haqqında
təlim, daha ümumi inkişaf nəzəriyyəsinə tabedir. Bu təlimə görə
bütün predmetlər, onların təzahürləri, ideyalar daimi
hərəkətdədir, dəyişməkdədir, daim bir sabitlik vəziyyətindən
başqasına keçir. Bir sözlə onlar sabitlik ilə dəyişikliyin
vəhdətidir.
Dialektik materialistlər təsdiq edirlər ki, inkişafın iki
konsepsiyası var: dialektika və metafizika. Metafızikİərin
izahında
179
inkişaf ümumi, hərtərəfli deyil, birtərəfli götürülür. Köhnə yenini
yarada bilməz, çünki köhnə qapalı dairədə fırlanır, onda elə daxili
qüvvə yoxdur ki, bu dairədən kənara çıxa bilsin. Dialektikaya
görə isə köhnə və yeni elə nisbi əksliklərdir ki, bir-birinə keçə
bilirlər. Bu təlimə görə hərəkət və inkişafın səbəbini, qaynağını
hərəkət edən obyektin daxilindəki ziddiyyətlərdə axtarmaq
lazımdır. Yeni ilə köhnənin münasibəti inkişaf probleminin
mərkəzində dayanır.
2.
Dialektikanın əsas qanunları haqqında
Dialektikanm üç əsas qanunu olduğu göstərilir: 1) kəmiyyət və
keyfiyyətin qarşılıqlı şərtlənməsi qanunu; 2) əksliklərin vəhdəti
və mübarizəsi qanunu; 3) inkarı inkar qanunu.
Kəmiyyət və keyfiyyətin qarşılıqlı şərtlənməsi qanunu.
Obyekt ona görə çoxkeyfıyyətlidir ki, bir bütöv kimi yalnız
obyekt deyil, onun ayn-ayn tərəfləri, xassələri, hissələri,
mərhələləri də keyfiyyət müəyyənliyinə malikdir.' Lakin bir
halda ki, bütün bu tərəflər, xassələr və s. qarşılıqlı əlaqədədir, bir
bütövün hüdud dərəcələri, bütöv bir keyfiyyətdə çıxış edir.
Deməli, bütövün bir keyfıyyətliliyi onun tərəflərinin müxtəlif
keyfiyyətlərində təzahür edir.
Dialektika nəzəriyyəsinə görə obyekti bütün tərəflərdən tədqiq
edən, onun keyfiyyətcə müxtəlif xassələrini, tərəflərini, inkişaf
mərhələlərini üzə çıxaran idrak, predmet haqqında hərtərəfli,
bütöv biliyə doğru can atır. Belə bilik obyektin müxtəlif tərəfləri
haqqında biliklərin sintezi sayəsində əldə edilir.
Dialektik materializm təsdiq edir ki, inkişaf kəmiyyət
dəyişmələrinin tədricən yığılması və onların öz əksinə - keyfiyyət
dəyişmələrinə keçməsi yolu ilə baş verir. Keyfiyyət müəyyənliyi
əsaslı surətdə əşyaları təşkil edən müvafiq elementlərin
kəmiyyətindən asılıdır. Fəqət hər bir kəmiyyət dəyişikliyi
keyfiyyət dəyişmələrini yaratmır. Keyfiyyət və kəmiyyət
müəyyənlikləri bəzi müstəqilliyə malikdir. Bu müstəqillik
çərçivəsində kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliklərinə
gətirib çıxarmır. Tədricən, fasiləsiz olaraq yığılan kəmiyyət
180
dəyişmələri müəyyən həddə çatandan sonra predmetin ölçüsünü
pozur, onun sərhədlərindən kənara çıxır. Bunun nəticəsində də
bir predmet keyfiyyətcə başqa predmetə çevrilir.
Dialektika təmsilçiləri göstərirlər ki, kəmiyyət və keyfiyyət
dəyişmələrinin qarşılıqlı olaraq bir-birinə keçməsi qanunu
inkişafın mexanizmini qeyd edir, onun ayrı-ayn mərhələlərində
inkişafın necə baş verməsini göstərir.
Fasiləsiz baş verən kəmiyyət dəyişmələrindən fərqli olaraq
keyfiyyət dəyişmələri, dialektik təlimə görə, həmişə fasiləsizliyin
fasiləsi şəklində, sıçrayış formasında baş verir. Sıçrayış bir
keyfiyyətin başqasına keçməsinin momentidir; sıçrayış —
yetişmiş ziddiyyətlər və onların həll edilməsi nəticəsində baş
verir.
Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Dialektik təlimə
görə ziddiyyət bir-birini inkar edən və bir-birini şərtləndirən
əksliklərin vəhdətidir. Əksliklərin vəhdəti həmişə nisbidir,
müvəqqətidir, mübarizə isə çox hallarda mütləqdir.’Əksliklərin
vəhdətinin nisbiliyi - nisbi sükunət ilə, əksliklərin mübarizəsinin
mütləqliyi - mütləq hərəkət ilə əlaqədədir.
Dialektikada əksliklərin vəhdəti və mübarizəsi kimi ziddiyyət
varlığın ümumi formasıdır. Hegel sübut edirdi ki, ziddiyyət
ümumi xarakter daşıyır və dünyanı hərəkətə gətirir. Dialektik
materializmə görə isə ziddiyyətlərin universallığı ondadır ki,
onlar varlığın bütün sahələrində, idrak prosesinin bütün
mərhələlərində fəaliyyət göstərir.
Filosoflann çoxu ziddiyyətlərin mövcud olmasının əleyhinə
deyil, onlann mütləqləşdirilməsinə qarşı çıxış edirlər. Onlann
fikrincə sovet dövrünün filosoflarının və marksistlərin çoxunun
şərhində banşmaz münaqişə modeli fəlsəfənin əsasında dayanır:
həyat ağ və qara tərəflərdən ibarətdir, insanlar bizimkilər və
yadlar, tamamilə doğru və tamamilə günahkar kimi iki qrupa
bölünür. Barışmaz mübarizə (əslində müharibə) və əks tərəfin
tamamilə məhv edilməsi münaqişənin həll edilməsinin əsas
vasitəsi hesab edilirdi. Marksist leksikonunda «mübarizə» ən çox
işlənilən söz idi. Bütün mülahizələrin və planların mərkəzində
sinfi mübarizə, ictimai-siyasi formasiyaların və ideologiyaların
181
Dostları ilə paylaş: |