yənləşdirilməsinə ürcah edilməlidir. Əsas metodoloji çətinlik isə
bundan ibarətdir ki, bazar iqtisadiyyatına keçid dövrü başa
çatmamış hadisələrin ideoloji məzmunca hansı mahiyyət
daşıyacağını əvvəlcədən demək qeyri-mümkündür. Həqiqətən də,
ideologiyanın «millilik» xarakteri mövcud reallıqla bağlıdır, yaxud
bağlı olmalıdır. Əks təqdirdə kosmopolit səciyyəli abstrakt bir
yanaşma meydana çıxacaqdır.
Milli ideologiyanın iqtisadi təminatına ümumnəzəri
yanaşma belə bir tezislə ifadə oluna bilər: iqtisadi fəaliyyətin
liberallaşması və bütövlükdə bazar iqtisadiyyatına keçid proqram
məqsədli xarakter daşımalı, milli özünəməxsusluğun bütün
aspektlərini ehtiva etməlidir. Əks məzmunlu yanaşma əvvəllər
qeyd etdiyimiz mütənasibliyin pozulması ilə sonuclana bilər. Yə’ni,
iqtisadi və qeyri-iqtisadinin ideoloji müstəvidə düzgün proporsiyası
obyektiv xarakterlidir və onun «millilik» məzmununun, yaxud
təbiətinin mühafizəsində həlledici əhəmiyyət daşıyır. Beləliklə, milli
ideologiyanın formalaşdırılması prosesinin iqtisadi aspektinin
məntiqi xüsusiyyətləri keçid dövrünün yaratdığı reallıqları nəzərə
almağı və hər cür «modelçilik» yönümündən yaxa qurtarmağı tələb
edir və s.
Apardığımız araşdırmalardan belə bir nəticə hasil olur ki,
millətin «canlı orqanizm» kimi yaşarhhğı və inkişafı fərd-fərd
münasibətlərində elə bir mexanizmin formalaşmasını tələb edir ki,
həm şəxsi, individual inlcişafa hər cür kənar basqını ləğv etsin, həm
də qarşılıqlı münasibətləri maksimum fəal, sərbəst və birbaşa
qarşılıqlı təsirə istiqamətləndirsin.
Bazar münasibətlərinin milli şüurda qərarlaşması
prosesinin tarixi baxımından keçid iqtisadiyyatlı ölkələr arasında
əsaslı keyfiyyət fərqləri mövcuddur. Belə ki, sabiq SSRİ
respublikaları ilə müqayisədə Şərqi Avropa ölkələri məhz bu
nöqteyi-nəzərdən daha əlverişli start vəziyyətinə malik olmuşlar.
Bütün digər amillərlə yanaşı, bazar davranışı, bazar düşüncə tərzi
bu ölkələrin milli mentalitetinin ayrılmaz tərkib hissəsinə
çevrilmiş, eyni zamanda «xalq demokratiyası» formasında sosialist
təsərrüfat tipinə keçərkən də, həmin ölkələrdə bazar münasibətləri
yüksək səviyyədə bərqərar olmuşdur.
30
§3, KEÇİD İQTİSADİYYATI VƏ REAL BAZAR
MÜNASİBƏTLƏRİ: AZƏRBA YCAN GERÇƏKLİYİ
Sabiq SSRİ-nin ərazisində heç vaxt yüksək inkişaf etmiş
bazar münasibətləri olmamışdır. 1861-ci ildə təhkimçilik
hüququnun ləğvindən sonra az-çox formalaşmaqda olan bazar
münasibətlərini oktyabr çevrilişi dayandırdı və onların makro-
səviyyədə təşəkkül tapmasının qarşısını aldı. Bununla belə, bazar
münasibətlərinin inlcişafı
baxımından
Azərbaycan
digər
respublikalara nisbətən daha yüksək səviyyədə olmuşdur. Belə ki,
XX əsrin əvvəllərində kapitalın təmərküzləşməsi dərəcəsinə vo
inhisarların inkişaf səviyyəsinə gÖrə Bakı neft sənayesi Rusiyanın
iqtisadiyyatında xüsusi yer tuturdu. I dünya müharibəsi ərəfəsində
«Nobel qardaşları» şirkəti, «Şell» və «Oyl-korporeyşn» kimi ən iri
beynəlxalq neft trestləri meydana gəlmişdir. Bakı Rusiyanın ən
mühüm sənaye və ticarət mərkəzlərindən biri idi.
191.5-1917-ci illərdə Azərbaycanda 230 istehlak cəmiyyəti
fəaliyyət göstərirdi*. Eyni zamanda, ticarət evlərinin sayı
durmadan artırdı. Belə ki, əgər 1899-cu ildə Bakı şəhərində 38
ticarət evi var idisə, 1904-cü ilin əvvəllərində onlann sayı 56- ya,
1910-cıı ilin axırlarında 98-ə, 19I5-ci ilin axırlarında isə 298-ə
çatmışdır\ Həmin dövrdə Bakının birja ticarətinin xarakterində də
mühüm dəyişiklik baş verdi. Birjada əmtəə əməliyyatları ilə
bərabər fond əməliyyatları da aparıİmağa başlandı və s. Tarixi
faktlar aydın şəkildə göstərir ki, XX əsrin 1 yarısında
Azərbaycanda bazar münasibətləri və bazarın infrastrukturunun
formalaşması prosesi böyük sür’ətlə getmişdir. Lakin əvvəl qeyd
etdiyimiz kimi, oktyabr çevrilişi real bazarın təşəlekülü prosesini
dayandırdı. Son 70 ildə əmtəə-pul münasibətləri və tədavül
sferasında əlaqələrin dərin defonna- siyasına əsaslanan inhisar
istehsalçılarla nomenklatur isteh-
Musayev M.Ə. XX əsrin əvvəllərində Bakı şəhərinin ticarəti. Bakı; Azərnəşr;
1975. səh. 123.
'' Yenə orada, səh.! 41.
31
lakçılar arasında münasibətlərin mürəkkəb konqlomeratı
formasında «sosialist bazan» təşəkkül tapdı.
Eyni zamanda, bazara keçidin mahiyyətcə-bazarı qurmaq,
yaratmaq demək olduğunu nəzərə alsaq, onda bazar
münasibətlərinin intişarı ilə bahəm infrastrukturanın inkişafının
da necə əhəmiyyətli rol oynadığını görə bilərik. Bu sferada da,
Şərqi Avropa ölkələri öndədirlər. Ümumiyyətlə, müqayisə
apardığımız iki qrup ölkələr arasında iqtisadi inkişafın səviyyəsi
baxımından da əhəmiyyətli fərqlər mövcuddur.
1.2.-Cİ
cədvəldə
verilmiş məlumatlardan göründüyü kimi, hər iki ölkə qrupu
mahiyyətcə eyni islahatları aparılmasına baxmayaraq ÜDM-un
dinamikası (1991-1998) inkişaf səviyyələri arasında kəsldn
təzadların mövcudluğundan xəbər verir. 1989-cu illə müqayisədə
də eyni vəziyyət müşahidə olunur. Məsələn, qeyd etdiyimiz dövrlə
müqayisədə ÜDM-un mütləq həcmi Şərqi Avropa ölkələrində orta
hesabla 12-15% azaldığı halda keçmiş sovet respublikalarında bu
göstərici təxminən 45% civarında aşağı düşmüşdür. Bir sıra
respublikalarda azalma daha böyük və kəskin şəkildə baş
vermişdir. Belə ki, Azərbaycanda ÜDM- un həcmi 1989-cu il
səviyyəsinin 37,3%-nə; Gürcüstanda 19,5%-nə; Moldovada
35%-nə; Tacikistanda 33,2%-nə və s. bərabər olmuşdur. Hər iki
ölkə qrupunun əsas makroiqtisadi göstəricilər bazasında
apardığımız müqayisəli təhlili də kəskin disproporsiyaların
mövcudluğunu bir daha təsdiq edir.
Göründüyü kimi, Şərqi Avropa ölkələri ilə müqayisədə real
məzmunlu münasibətlər sisteminin tarixi-təkamül prosesində
formalaşmaması bugünkü keçid dövründə sabiq SSRİ
respublikaları üçün əsas problemlərdən birinə çevrilmişdir.
Təhlil göstərir ki, sistem dəyişikliyinin doğurduğu
problemlər əksər ölkələr üçün yekcins mahiyyət daşısa da, start
vəziyyətindəki
fərqlilik
həm
real
məzmunlu
bazar
münasibətlərinin təşəkkülü, həm də iqtisadi artımda rəvan lığa nail
olma imkanlan baxımdan kəskin natarazlıq formalaş- dımıışdır.
32
Dostları ilə paylaş: |