Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   15   16   17   18   19   20   21   22   ...   130

yarada 
bilər. 
Status-kvonun 
dəyişməzliyinə 
yönəldilən 
yanaşmada  dövlətin  ümumiləşdirici  və  aparıcı  xüsusiyyətləri 
başlıca mövqeyə malik olurlar. Dövlət cəmiyyətin siyasi təşkili və 
iqtisadi  tənzimi  forması  olmaqla  öz  dinamikliyi  ilə  səciyyələnir. 
Yəni,  müəyyən  zaman  intervalmda  dövlətlə  bağlı  məsələlər 
müxtəlif istiqamətlərdə dəyişikliyə məruz qalırlar. Buna görə də, 
milli  mənafe  və  dövlət  anlayışlarına  statik  xarakter  vermək 
müasir  inkişaf  dinamikasında  heç  bir  praktiki  əhəmiyyət  kəsb 
etmir. 

2)f^ənafc-subyektiv 
xarakter  daşıyır.  Sosial-iqtisadi 
inkişafda siyasi, qüvvələrin və demokratiyanın üstün rolunu qeyd 
edən  tədqiqatçılar  milli  m^əhäfenin  nəinki  hər  hansı  bir  siyasi 
partiya,  təşkilat,  parlament,  hətta  ayrıca  götürülmüş  bir  fərd 
tərəfindən müəyyənləşdirilməsi imkanının mümkünlüyünü sübut 
etməyə çalışırlar. Lakin bu halda daşıyıcıların (subyektlərin) milli 
mənafeni adekvat ifadə edə bilmələri problemi yaranır. Bununla 
belə, 
subyektiv 
yanaşma 
onun 
səsvermə 
ilə 
müəyyənləşdirilməsinin  mümkünlüyünü  qabarıq  şəkildə  ifadə 
edir. 
Araşdırmalarımız 
göstərir 
ki, 
nəinki 
bütövlükdə 
ümummilli mənafelər, eləcə də sırf iqtisadi mənafelər öz xarakteri 
etibarı  ilə  ikili  yanaşmanın  dialektik  vəhdəti  kimi  başa 
düşülməlidir. Yəni, bir tərəfdən o, obyektiv xarakterə malikdir və 
buna görə də, onun müəyyənləşdirilməsi heç bir siyasi qüvvənin 
inhisarında  ola  bilməz,  digər  tərəfdən,  o,  sözün  tam  mənasında 
obyektiv  deyildir,  yəni  nə  mütləq  sabitdir,  nə  də  real  subyektin 
iradəsindən asılı olmur. 
Beləliklə,  qeyd  etmək  lazımdır  ki,  ümummilli  mənafe 
zaman  və  məkanca  dəyişkəndir,  dinamik  səciyyəlidir.  Onun 
mütləq kəmiyyət ölçüsü yoxdur, eləcə də müəyyən tarixi dövr və 
ölkələr bölgüsündə müqayisə olunan deyil. Ümummilli mənafenin 
bütün ölkələr üzrə vahid, ümumi kriteriyasınm müəyyən edilməsi 
həm nəzəri, həm də praktiki baxımdan qeyri-mümkündür. Belə 
ki,  hansısa  hadisənin,  yaxud  prosesin  ölkənin  milli  mənafeyinə 
uyğunluğu  çoxlu  sayda  dəyişənlərin  kompleks  təsiri  altında 
formalaşır.  Başqa  sözlə,  daxili  və  xarici  amillərin  qarşılıcılı 
təsirinin optimal nisbətlərinin müəyyənləşdirilməsi həmin ölkənin 
sosial, iqtisadi, tarixi, siyasi, milli. 
52 


dini və s. cəhətlərinin özünəməxsus xüsusiyyətlərinin nəzərə alındığı 
təqdirdə mümkündür. 
Ayrı-ayrı sosial qrupların mənafe təminatı və onun dinamik 
inkişafı baxımından milli mənafedə meydana çıxan xüsusiyyətlərin 
nəzərə alınması və s. 
Ümummilli  mənafenin  mahiyyətini  araşdırarkən  mütləq 
nəzərə almaq lazımdır ki, o təkcə iqtisadi yox, çox geniş və dərin 
təsir  gücünə  malik  sosial-siyasi  hadisədir  və  subyekt  tərkibinin 
çoxşaxəliliyi ilə səciyyələnir (şək. 2.1.). 
 
Şək. 2.1. VmummiUi mənafenin təsnifatı və sosial-iqtisadi inkişaf 
strategiyası ilə qarşılıqlı əlaqələrin sxematik modeli. 
53 


Modeldən göründüyü kimi, ümummilli mənafelərinin tam 
həcmdə əhatə edilməsi və təminatı sonsuz sayda dəyişənlərin eyni 
vaxt intervalında kompleks nəzərə alınmasını tələb edir. Əgər bu 
problemin  üzərinə  keçid  dövrünün  spesifik  çətinliklərini  və 
müharibə vəziyyətini də əlavə etsək, onda məsələnin nə dərəcədə 
mürəkkəb olduğunu görə bilərik. 
Sırf  nəzəri  mövqedən  yanaşdıqda,  şübhə  yoxdur  ki, 
istənilən  kriteriya  müəyyən  nəzəriyyəyə  yaxud  metodoloji 
prinsiplərə  əsaslanmalıdır.  Məsələn,  ən  çox  istinad  olunan 
ürnumiləşdirici kriteriya məhsuldar qüvvələrin inkişafıdır. Eləcə 
də,  sosial  tərəqqinin  iqtisadi  inkişafdan  funksional  asılılığım 
nəzərə  alsaq,  onda  ikinci  ümumiləşdirici  kriteriya  (humanizm, 
fərdin mərkəzi fiqur kimi səciyyələndirilməsi, həyat səviyyəsinin 
yüksəlməsi-  və  s.)  məhz  məhsuldar  qüvvələrin  inkişafı 
prosesindən törəyir. Bununla yanaşı, hər iki kriteriya ümummilli 
mənafenin 
təminatına 
yönəldilən 
siyasətin 
praqmatik 
nöqteyi-nəzərdən  istinad  müstəvisi  kimi  çıxış  etmək  imkanında 
deyildirlər. Ümumiyyətlə, milli mənafenin nisbi səciyyə daşıması 
ikili mahiyyətə malikdir: l)Zaman etibarı ilə öncül istiqamətlərin 
dəyişməsi; 2)Sosial xarakterli struktur dəyişiklikləri. 
Eyni 
zamanda, 
ümummilli 
mənafe 
probleminin 
qoyuluşundan  ölkənin  planetar  inkişaf  prosesində  özünəməxsus 
mənafeləri 
baxımından 
yerinin 
və 
xüsusi 
çəkisinin 
müəyyənləşdirilməsi həlledici əhəmiyyətə malikdir. 
Beləliklə,  milli  və  korporativ  mənafelərin  uzlaşdırılması 
probleminin  qoyuluşunda  yuxanda  deyilənlərin  əsas  kimi 
götüriilməsini məqsədəuyğun hesab edirik. 
54 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə