Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   14   15   16   17   18   19   20   21   ...   130

u FƏSİL. MİLLİ VƏ' KORPORATİV MƏNAFELƏR: 
QARŞILIQLI UYĞUNLUĞUN ZƏRURİLİYİ 
Vay halına çokidə və ölçüdə aldadanların. 
O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu 
tam ölçüb alar, xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə 
isə onu əksildərlər. 
«Qur* ani-Kərim», Əl-mütəfflfin 
surəsi,!, 
2
,
3
-cü ayələr. 
Tarixi-xronoloji 
inkişaf 
prizmasından 
yanaşdıqda 
Azərbaycanın  milli  mənafeləri  sözün  əsl  mənasında  nəinki  ətraflı 
tədqiq  edilməmiş,  hətta  bu  problemin  mövcudluğu  belə  elmi 
tədqiqatlarda  öz  adekvat  əksini  tapmamışdır.  Qısa  bir  tarixi 
dövrdə  (cəmi  23  ay)  yaşamış  Azərbaycan  Demokratik 
Respublikasının  özünü  dərk  etmək  imkanı  olmadı.  Son  200  illik 
tarix  ərzində  əvvəlcə  Çar  Rusiyanın,  sonradan  isə  SSRİ-nin 
tərkibinə daxil olan Azərbaycanın ən yaxşı halda əyalət statusuna 
malikliyi  və  mərkəzlə  qarşılıqlı  siyasi-iqtisadi  əlaqələrinin 
mahiyyəti  və  məzmunu,  dialektik  yanaşma  baxımından  tam  və 
hissənin  deyil,  vahid  sistemin  daxili  münasibətləri  formasında 
özünü biruzə verirdi. Başqa sözlə, Azərbaycan adlı nəinki müstəqil 
dövlət,  hətta milli iqtisadi  tamlıq  belə mövcud  deyildi. Buna görə 
də,  həmin  tarixi  mərhələlərin  məntiqi  xüsusiyyətləri  öz  xarakteri 
etiban  ilə  «milli  mənafe»  doğura  bilməzdi.  Milli  mənafe  milli 
dövlətçiliyin  törəməsi,  onun  mövcudiyyət  və  təzahür  formasıdır. 
Təbiidir  ki,  Azərbaycanda  bu  problemə  iqtisadi-  sosioloji  fikir 
tarixində  münasibət  Respublikanın  ümummilli  mənafelərinin 
birmənalı  şəkildə  qiymətləndirilməsi  və  müəyyənləşdirilmosinin 
necə  böyük  əhəmiyyət  kəsb  etdiyini  sübut  etməyə,  zənnimizcə, 
lüzum  yoxdur.  XX  əsrdə  ikinci  dəfə  müstəqillik  əldə  etmiş 
Azərbaycan  Respublikasının  bu  günü  və  sabahı  milli  mənafelərə 
uyğun 
inkişaf 
strategiyasının 
hazırlanmasından 
birbaşa 
asılılıqdadır. 
Bu  baxımdan,  hər  şeydən  əvvəl  ümummilli  mənafenin 
mahiyyətinin,  subyekt  tərkibinin  və  xüsusiyyətlərinin  nəzəri 
əsaslarına diqqət yetirmək məqsədəpyğun olardı. 
49 


§ I. ÜMUMMİLLİ MƏNAFE: MAHİYYƏT VƏ TƏZAHÜR 
Əksər elmi ədəbiyyatlarda «milli», «milli dövlət» və «dövlət» 
mənafeləri 
kimi 
ilk 
baxışdan 
müxtəlif 
terminoloji 
variantlarda-^cəssmüf ^irilən iünummilli mənafenin mahiyyətinə 
yanaşmada 
vahid 
nəzəri-metodoloji 
platforma 
işlənib 
hazırlanmamışdır. Bu mənada iqtisadçılardan B.Pozdni- yakovıın 
fikri  səciyyovidir:  «...XVll  əsrdən-Avropada  milli  dövlətlərin 
formalaşdığı dövrdən-bu günə qədər diplomatiyada ən çox işlənən 
termin  dövlət  mənafeyi  anlayışıdır.  Eyni  zamanda  nə  qədər 
paradoksal  görünsə  də,  bu  anlayış  kimi  qeyri-müoyyən,  dağınıq, 
iki mənalı və ziddiyyətli digər bir anlayış yoxdur»^"*. 
Bunun əksinə olaraq S.Blaqovolin yazır ki, «...Son dövrlərdə 
milli  mənafelər  anlayışının  mahiyyəti  ətrafında...  qəribə 
diskussiyalar gedir. Onu (milli mənafeni-kursiv Ə.B.) son dərəcə 
anlaşılmaz bir hadisə kimi səciyyələndirirlər və s. Mənim fikrimcə, 
dağınıqlığı  problemin  mahiyyətində  deyil,  təriflərdə  axtarmaq 
lazımdır»^\ 
Diametral  əks  mövqelər  nəinki  problemin  dərk  edilməsi, 
eləcə  də  onun  kriteriyaları,  subyektləri,  bütövlükdə  konseptual 
əsaslarında da özünü büruzə verir. 
.3eləliklə,  «ümumnnlli  mənafe»  nədir^və  müasir  gerçəklik 
prizmasından  onun  subyekt  tərkibrvə  f^lizasiyası  haqqında  nə 
demək olar? 
Hər  şeydən  əvvəl,  qeyd  etmək  lagımdn;^]^,  ümummilli 
mənafe  məzmunca  «ümumbəşəri»  və_jKnuÜi^min  mürəkkəb 
konstruksiyalı  konqlomeratı  kimi  çıxış  edir.  Yəni,  sırf  nəzəri 
tədqiqat  mövqeyindən  ümummilli  mənafe  iki  əsas  komponent 
prizmasından ən azı iki səviyyşx^. 
1 )Ümumbəşəri_§Əçiyyə daşıyan mənafelər;.Yəni hər hansı 
ayrıca  götürülmüş  bir  ölkənin  spesifikasını  əks  etdirməyən  və 
bütün  milli-dövlətlər  bölümündə  ən  universal  xarakterli  və 
mahiyyət  eyniliyi  ilə  fərqlənən  mənafelər,  məsələn,  siyasi  və 
iqtisadi müstəqillik, ekoloji və ərzaq 
Э.Поздняков Национальные интересы: теория и практика. М: 
ИМЭМО, 1991 стр.З 
25 
С.Благоволин «Геостратегические и внешнеполитические приори- 
теты России». //Вопросы экономики. №2, 1994, стр.17. 
50 


təhlükəsizliyi,  ümumiyyətlə,  iqtisadi  təhlükəsizlik  və  s.  Milli 
mənafelərin 
göstərilən 
səpgidə 
açıqlanması, 
milli 
özünəməxsusluğundan,  eləcə  də  inkişaf  səviyyəsindən  asılı 
olmayaraq bütün dövlətlər üçün eyni dərəcədə səciyyəvidir. 
2)Sırf milli özünəməxsusluq_və,ııyJ[J^^ 
bağlı 
olaıTH!§®^t^'əT'.*'B^qa’sozTə7iimummilli mənafenin göstərilən 
aspektdən konkret sosial-iqtisadi vo ideoloji spesifikası; Bu səviyyə 
öz  mahiyyəti  etibarı  ilə  sözügedən  hadisənin  konkret  təzahür 
formaları, subyekt strukturu və s.-ni ümumdövlət çərçivəsində əks 
etdirir. 
Ümummilli 
mənafenin 
sosial-iqtisadi 
təbiəti 
və 
mahiwətihlru ÖflülT' öbvektivr "ya^vüd " 
xarakter 
daşıması  probleminin  araşdırılmasında  müxtəlif  metodoloji 
yanaşnaal^Ban  islifa^“  edilməsi  iqtisadi  fikirdə  müəyyən 
çaşqınlığın  yaranmasına  gətirib  çıxarmışdır.  Söhbət,  hər  şeydən 
əvvəl,  mənafenin  iqtisadi  mahiyyətinin  qabardılmasından, 
«iqtisadi»  aspektin  dominantlığının  birmənalı  şəkildə təsbitindən 
və onun inkişaf qanunauyğunluqları ilə determino- loji bağlılıqdan 
gedir.  Məhz  göstərilən  cəhətlərin  üstünlüyü  mövqeyindən 
yanaşdıqda iki meylin mövcudluğunu açıq-aşkar müşahidə edilir:
 
 ....  .  
ryRənafel  ər-obyektiv  x^akter  daşıyır.  Bu  mövqe 
bütövlüklə marİcsisF rnefodolo^aya ^əsaslan yəni mənafe iqtisadi 
münasibətlərin  təzahürü  tonıiasıT’isTeh'^lnunäsT^ət-  lərinin 
törəməsidir.. Mənafelər istehsal münasibətləri ilə eyniləşdirilir və 
ona  sırf  obyektiv  hadisə  kimi  yanaşılır.  Hətta  bəzi  iqtisadçılar 
xəbərdarlıq  edirlər  ki,  «...əgər  iqtisadi  mənafelərin  obyektivliyi 
qəbul  edilməzsə,  onda  həmin  mənafelərlə  manipulyasiya  etmək 
imkanı yarana bilər»“7 
Milli  iqtisadi  mənafenin  obyektiv  xarakterinin  danılmaz 
olduğunu qeyd edən müəlliflər onu avtomatik surətdə bütövlükdə 
ümummilli  mənafelərə  şamil  edirlər  və  istər-  istəməz  dövlətin 
rolunu  absolyuta  yüksəltmək  məcburiyyəti  qarşısında  qalırlar. 
Belə ki, obyektivləşdirmə prosesi şəraitində milli mənafe dövlətin 
xarakterik  özünəməxsusluğu  kimi  təzahür  edir.  Öz-özlüyündə 
aydındır  ki,  bu  mövqenin  bir-  mə’nalı  qəbulu  ifrat 
mühafizəkarlığın güclənməsi riskini 
Я.А.Кронрод. Закон политической экономии социализма. М; 1966, стр. 
.'545. 
51 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə