Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


«birtərəfli təklif», ya da «birtərəfli tələblə» səciyyələndirilər. Bu o



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   11   12   13   14   15   16   17   18   ...   130

«birtərəfli təklif», ya da «birtərəfli tələblə» səciyyələndirilər. Bu o 
deməkdir ki, əgər eyni növ məhsulun tam istehsalı yaxud alışı bir 
sub’ekt  tərəfindən  həyata  keçirilərsə,  onda  bu  sub’ektə  inhisar 
demək  olar.  Bəri  başdan  deyək  ki,  bu  cür  yanaşma  sün’i 
abstraktsiyadan başqa bir şey deyildir. Yəni, real həyatda mütləq 
inhisar  yoxdur  və  ola  da  bilməz.  Neoklassik  məktəbin  inhisar 
mövzusunda  büdrəmələri  bütövlükdə  nəzəriyyənin  «xalis» 
rəqabətə əsaslanması ilə izah oluna bilər. Qeyd edək ki, ilkin olaraq 
«xalis»  rəqabət  anlayışı  italyan  iqtisadçısı  P.Sraffa  tərəfindən 
kəskin  tənqidə  məruz  qalmış  və  G.Çemberlinin  araşdırmaları 
nəticəsində  neoklassiklərin  başlıca  «istinad  nöqtəsi»  əvvəlki 
əhəmiyyətini xeyli itirmişdir'®. 
Bizim fikrimizcə, təkcə «xalis» yox, həm də «kamil» rəqabət 
anlayışı qəbul edilməzdi. Belə ki, «kamil» rəqabət adlanan istinad 
nöqtəsindən çıxış etdikdə qəribə mənzərə alınır. Belə çıxır ki, kamil 
rəqabət  ümumiyyətlə,  rəqabətin  yoxluğu  deməkdir.  Həqiqətən  də 
ayn-ayn korporativ mənafelərdən çıxış edən bazar subyektlərindən 
hansı  məntiqlə  rəqabət  mübarizəsində  «insaflı»  olmalarını  tələb 
etmək mümkündür? Əgər rəqabət «qeyri-müəyyənlikdən» doğursa 
(nəticəsi  məlum  olan  hadisə  rəqabət  yarada  bilməz)  və  «mənə 
məxsus  olmalıdır»  şüarı  altında  hərəkətə  gəlirsə,  onda  hansı 
«kamillikdən»  danışmaq  mümkündür.  Məhz  bu  baxımdan 
K.Marksm «...İnhisar və rəqabətin sintezi formula yox, hərəkətdir» 
fikiri çox sönük görünür. Həmin sintezin inhisarçı rəqabət şəklində 
məhz  formula  olduğunu  G.Çemberlin  yuxanda  söz  açdığımız 
əsərində  inandıncı  dəlillərlə  sübut  etmişdir.  Beləliklə,  «klassik» 
bazarın tədqiqatçıları inhisar- çılann meydana çıxmasını kapital və 
istehsalın  təmərküzləşməsi  prosesi  ilə  əlaqələndirirlər  və  bu 
araşdırdığımız  problemdə  yeganə  cəhətdir  ki,  fikir  yekdilliyi 
mövcuddur. 
Müasir iqtisadçılardan  D.Natter, P.Samuelson,  C.Stiller  və 
s.,  eləcə  də  bizim  fikrimizcə  inhisar  doğuran  situasiya  istehsalın 
təmərküzləşməsi ilə mütləq bağlılıqda deyil və 
^Э.Чемберлин-Теория  монополитичоской  конкуренции.  Реориентация 
теории стоимости. М: «Экономика», 1996 г. стр.8. 
40 


burada  çox  incə  nüanslar  mövcuddur.  Ümumiyyətlə,  müasir 
şəraitdə  istehsalın  təmərküzləşməsi  (təbii  inhisarlar  istisnadır) 
getmir və s. Bu məsələ sonrakı paraqrafda ətraflı şərh ediləcəkdir. 
Sosial-iqtisadi  inkişafda  inhisarların  roluna  dair  iki  yanaşma 
mövcuddur. 
Hevemis,  Lifman,  Risser  və  başqaları  bazar  iqtisadiyyatı 
şəraitində inhisann böyük rol oynadığını, «təşkilatçılığını» ön plana 
çəkmiş,  onun  bazarın  ayrılmaz  atributu  olduğunu  xüsusi  ilə 
vurğulamışlar^*’. 
Qobson,  Lansbıırq^“,  eləcə  də  Sraffa,  Robinson  və  H.fon 
Ştakkelbcrq^' isə inhisarın roluna tənqidi mövqedən yanaşmış və 
azad rəqabətli bazara dönüşün zəruriliyini qeyd etmişlər. 
Sosial-demokratların  lideri  K.Kautski  özünün  «ultraim- 
perializm» nəzəriyyəsində bazar münasibətlərinin inkişafının milli 
kapitalların  vahid  trestdə  birləşməsinə  gətirib  çıxaracağını  və 
bütövlükdə  dünya  iqtisadiyyatının  kapitalın  beynəlxalq  birliyi 
tərəfindən 
idarəediləcəyini 
əsaslandırmağa 
çalışmışdır. 
N.Buxarinin  «xalis  imperializm»  konsepsiyasına  görə  isə,  inhisar 
mal  istehsalının  ziddiyyətlərini  ləğv  etməklə  ictimai  təsərrüfatın 
tamamilə yenidən qurulmasına gətirib çıxarır və s. 
İnhisarçı fəaliyyətə həsr edilmiş çoxlu sayda nəzəriyyələr və 
konsepsiyaların  qısa  xülasəsi  göstərir  ki,  uzun  illər  ərzində 
inhisarın  mahiyyəti  və  onun  terminoloji  mənası  baxımından 
iqtisadçılar arasında yekdil fikir olmamışdır. 
Beləliklə,  inhisara  yanaşmada  başlıca  olaraq  2  nöqteyi- 
nəzərin mövcudluğu göz önündədir: 
l)İnhisar  hər  hansı  bir  istehsal  sferasında  liderlik  edən  iri 
korporasiyadır;  Bu  yanaşmanı  yalnız  retrospektiv  aspektdə 
nəzərdən keçinnək olar. Məsələ bundadır ki, XX əsrin I yarısında 
(30-cu illərə qədər) ziddiyyətlərin zahiri görünüşü arxasında bazar 
iqtisadiyyatının formalaşdığı andan davam 
''^Политическая экономия (учебник). М; «Политической литературы» |980. 
стр. 379. 
Политическая экономия (учебник). М: «Политической литературы» 
1980. стр. 379. 
Э.Чемберлин-Теория монополитической конкуренции. Реориентация 
теории стоимости. М: «Экономика», 1996 г. сгр.О. 
41 


edən  böhran  yetişməkdə  idi.  Bu  da  həmin  dövr  ərzində 
ictimailəşmənin tipindən irəli gəlirdi. Və həmin tip azad rəqabəti 
aradan  qaldırmaqla  inliisarların 
mövqelərim 
daha 
da 
möhkəmlətdi.  İctimailəşmənin  bu  tipini  piramida  qumculuğu 
prosesi kimi təsvir etmək olar (şək.l .6.). 
Təbiidir  ki,  belə  piramidanın  quruculuğu  uzun  sürən  bir 
prosesdir və öz-özlüyündə istehsalın ictimailəşməsinin bu tipinin ən 
dərin əsaslannı dağıtdı. Və, nəticədə əməyin yaradıcı xarakteri ön 
plana çıxmaqla nəhəng piramidaların daha az səmərəli olduğunu 
nümayiş etdirdi. 
2)İnhisar bazar situasiyasıdır, bazarda tək satıcı deməkdir. 
Deməli, bazar mexanizmi mövqeyindən yanaşdıqda kiçik müəssisə 
inhisarçı, iri korporasiya isə inhisarçı olmaya bilər (əgər bazar payı 
azdırsa) və s. 
 
Göründüyü kimi, inhisar xüsusi imtiyaz, iri istehsal, satış və 
yaxud tədarük təşkilatı, tək satıcı kimi izah olunmuş, hətta ictimai 
həyatın  digər  sferalarına  münasibətdə  də  geniş  surətdə  istifadə 
edilmişdir (hakimİA^ət inhisarı, ideoloji inhisar, siyasi inhisar və 
s.). 
42 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə