Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


böhranım  ortalığa  çıxarmaqla  xarici  bazarlardan  asılılığı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   36   37   38   39   40   41   42   43   ...   130

 
böhranım  ortalığa  çıxarmaqla  xarici  bazarlardan  asılılığı 
maksimum  səviyyəyə  qaldırmışdır:  İkincisi,  məcmu  tələbatın 
ödənilməsində  xarici  mənbələrin  xuSirsT^  çəkisinin  artması 
adekvat surətdə xarici  valyutaya olan tələbi yüksəldirdi ki, bu da 
yenicə 
dövriyyəyə 
buraxılmış 
milli 
valyutanın 
kəskin 
devalvasiyasına  gətirib  çıxarmış,  ölkə  iqtisadiyyatı  valyuta 
məzənnəsindən maksimal asılılığa düşmüşdür. Nəticə e’tiban ile isə, 
satış qiymətlərinin aramsız yüksəlişi, hiperinflyasiya həm iqtisadi, 
həm de sosial problemləri daha da kəskinləşdirmişdir. 
Bu aspektdə çoxlu sayda amillərin həm bütövlükdə, həm də 
ayrıca  götürülmüş  şəkildə  təfsir  gücündən  saysız  misallar 
göstərmək olar. Lakin, təkcə bu iki  amil ölkə rəhbərliyinin qəbul 
etdiyi  qərarın  yeganə  düzgün  qərar  olduğunu  makroprosesin 
sonrakı  gedişində  açıq-aydın  şəkildə  sübuta  yetirdi.  Beləliklə, 
1994-cü  ilin  ikinci  yarısından  c’tibaren  Azərbaycanın  yürütdüyü 
valyuta  siyasətinin  əsas  səciyyəvi  cəhətləri  aşağıdakılardan  ibarət 
olmuşdur (şok. 3.I.). 
Valyuta siyasəti 
Tədbir 
Məqsəd 
Milli valyutanın məzənnəsinin 
sabitləşdirilməsi
 
İnflyasiya ve devalvasiyamn qarşısımn 
alınması
 
Milli valyuta bazarının inkişafının 
tə’mini
 
Valyuta 
emeliyyatlarımn 
əhatə 
dairəsinin genişlənməsi
 
Manatın  tam  dönəri  iliyinə  keçidin 
tə’mini
 
Adekvat situasiyanın formalaşdırılması
 
Qızıl-valyuta ehtiyyatlarının səmərəli 
idarə edilməsi
 
Gəlirinik və likvidliyin tə’mini
 
Şdk. 3.1. 1994-cü ildən başlayaraq Azerbaycanın valyuta 
siyasətinin xarakteri və məzmunu. 
115 


Elə  həmin  ildən  başlayaraq  Bakı  Banklararası  Valyuta 
Birjasının  fəaliyyətə  başlaması  ilə  bazarın  infrastruktunınun 
təşəkkülü start götürdü və eyni zamanda, müvəqqəti tədbirlər kimi 
tətbiq  edilən  ixracatçıların  valyuta  hasilatının  bir  hissəsinin 
məcburi  satışının  təşkili  ölkənin  valyuta  bazarının  canlanmasına 
təkan verdi. Digər tərəfdən 21 oktyabr 1994-cü il tarixli «Valyuta 
tənzimlənməsi  haqqında»  Qanunun  qəbul  edilməsi  valyuta 
rejiminin  liberallaşdıniması  üçün  əlverişli  hüquqi  baza 
formalaşdırdı. 
Məhz  bu  tədbirlərin  dönmədən  həyata  keçirilməsi 
nəticəsində  «qara»  bazarın  əsarətindən  qurtulmaqla  yanaşı, 
manatın məzənnə sabitliyinə nail olundu. 
1998-
 
ci  ildən  e’tibarən  çoxseqmentli  valyuta  bazarının 
fonnalaşması  prosesi  demək  olar  ki,  başa  çatmışdır.  Valyuta 
əməliyyatlarının  tənzimlənməsi  istiqamətində  həyata  keçirilən 
sistemli  islahatlar  nəticəsində  milli  valyuta  bazarının  dövriyyəsi 
durmadan artmaqda davam etmişdir. Belə ki, əgər 
1994-
 
cü ildə valyuta bazarının tutumu cəmi 13,1 mln. ABŞ 
dolları dəyərində qiymətləndirilirdisə, bu rəqəm 1996-cı ildə 611,4 
mln. dol., 1998-ci ildə isə 1 mlrd, dollara bərabər olmuşdur. 
1999-
 
cu  ildə  isə  valyuta  bazarının  tutumu  1998-ci  ilə 
nisbətən 37,3% artaraq 1594,8 mln. ABŞ dolları təşkil etmişdir. 
Milli  valyuta  bazarının  inkişafı  və  manatın  məzənnə 
siyasətinin  dövrün  reallıqlarına  uyğun  həyata  keçirilməsi  nəinki 
xarici  ticarət  əlaqələrində,  eləcə  də  bütövlükdə  makroiqtisadi 
sabitliyin qərarlaşması, inflyasiyanın qarşısının alınması və xarici 
investisiya axınlarının güclənməsində mühüm rol oynamışdır. 
1995-
 
ci  ildən  başlayaraq  sosial-iqtisadi  böhranın 
kəskinləşməsində  əsas  təkanverici  amillərdən  biri  olan  məzənnə 
siyasətində  stabilliyə  nail  olunmuşdur.  1996-1998-ci  illər  ərzində 
hətta  milli  valyutanın  revalvasiyasına  rəvac  verilməsi  idxalat 
qiymətlərinin 
sabitləşməsinə 
gətirib 
çıxarmaqla 
kütləvi 
yoxsullaşmanın  qarşısının  alınması  və  ümumiyyətlə,  bu  prosesin 
maksimum ləngidilməsi yönümündə 
II6 


müsbət  effekt  əldə  etməyə  imkan  vermişdir.  Bununla  da, 
iqtisadiyyatın  artan  sür’ətlə  «dollarlaşmasına»  əngəl  yaradılmış, 
ölkənin «nəfəs dənnəsinə» imkan verilmişdir. 
1998-ci 
ildən  başlayan  ümumigtisadi  dirçəliş  milli 
valyutanın məzənnə siyasətində də (dünya iqtisadiyyatına səmərəli 
qovuşma  istiqamətində)  müəyyən  məqsəd  genişliyinin  zəruriliyini 
ortalığa çıxarılmış, eləcə də 1997- 1998-ci illər ərzində Cənub-Şərqi 
Asiya  ölkələri  və  Rusiyada  baş  verən  maliyyə  böhranından 
qorunmağın 
vacibliyini 
nəzərə 
almaq 
məcburiyyətliyini 
qabartmışdır.  Lakin,  həmin  dövrün  empirik  təhlili  göstərir  ki, 
sözügedən  proseslərin  mənfi  tə’sirindən  tam  şəkildə  qorunmaq 
mümkün olmamışdır. Belə ki, 1997-ci illə müqayisədə 1998-ci ildə 
aparıcı  ixracat  sahələrinin  valyuta  hasilatı  45,1%,  valyuta  təklifi 
49,5%  azalmış,  tələb  isə  0,3%  artmışdır.  Rus  rublunun  kəskin 
devalvasiyası  möhtəkir  əməliyyatlarının  intensivliyini  artırmış, 
milli 
valyuta 
bazarında 
bizim 
«perspektiv 
ehtimallar» 
adlandırdığımız sindromu ortalığa çıxarmışdır. 
Sırf  psixoloji  mahiyyət  daşıyan  «ehtimallar»  bir  tərəfdən 
konyunktur  dəyişmələri  doğurmaqla  valyuta  bazarının  normal 
fəaliyyətini əngəlləyirsə, digər tərəfdən bütövlükdə ümu- miqtisadi 
aktivliyi  azaltmaqla  zərərin  «multiplikatorunu»  isə  salır.  Bu  hal 
əslində  keçid  iqtisadiyyatı  şəraitində tsiklik  olaraq  təkrarlanan  və 
mahiyyətcə «təbii» xarakter daşıyan bir prosesdir. Atıq iqtisadiyyat 
tipinin  getdikcə  daha  möhkəm  əsaslarla  formalaşması  prosesinə 
paralel  olaraq  məzənnə  siyasətinin  «yumşaq»  tənzimlənməsi 
mühümlüyü  də  məhz  elə  yuxarıda  göstərdiyimiz  «kompleksdən» 
doğur. Eyni zamanda, ədalət naminə qeyd edilməlidir ki, sözügedən 
dövrdə baş vermiş iki mənfi amilin (Rusiya böhranı və neftin satış 
qiymətlərinin aşağı düşməsi) tə’sirinə daha çox dözümlülük də elə 
Azərbaycanda (MDB ölkələri ilə müqayisədə) müşahidə edilmişdir. 
Sistemli  islahatların  həyata  keçirilm^-  niəticəsihdə 
konversiya  əməliyyatları  tam  liberallaşdırılmış,  milli  valyuta 
bazarıkxk  çoxseqmentliliyi  qərarlaşmış,  operatorlann  bazarın 
istənilən seqmentində iştirakı sərbəstləşdirilmişdir. 
117 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə