Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


tələrin həm tapılması, həm də blok ümumiliyi nöqteyi- nəzərindən



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   38   39   40   41   42   43   44   45   ...   130

tələrin həm tapılması, həm də blok ümumiliyi nöqteyi- nəzərindən 
həyata keçirilməsi qabarıq şəkildə ifadə olunan spesifik cəhətləri ilə 
fərqlənir.  Problemin  mahiyyətində  dayanan  əsas  mərkəzi 
məsələlərdən 
biri 
xarici 
ticarətin 
liberallaşdırılması 
və 
stabilləşdirilməsi  (yaxud  dayanıqlı  inkişafı)  proseslərinin  zaman 
e’tiban  ilə  üst-üstə  düşməsidir.  Yə’ni,  qarşılıqlı  əngəl  törədənlərin 
vahid  müstəvidə  həyata  keçirilməsi,  sözün  müstəqim  mə’nasında 
gözlənilən effektin tam həcmdə əldə edilməsinə imkan verə bilməz. 
Belə  ki,  xarici  ticarətin  liberallaşdırılması  valyuta  məzənnəsinin 
aşağı  salınmasını  tələb  edir  ki,  bu  da  devalvasiyanın  verə  biləcəyi 
mənfi  çalarlarla  bahəm  infliyasiya  zəncirini  də  hərəkətə 
gətirəcəkdir. 
Qeyd  edilən  aspektdə  Azərbaycanın  təcrübəsi  problemin 
nəzəri baxımdan həll mümkünsüzlüyünü şübhə altına alır. Son 5 ilin 
empirik araşdırmal an göstərir ki, əslində yuxanda təsvir etdiyimiz 
problem  sırf  praktiki  anlamda  həll  edilə  biləndir.  Hətta,  bunun 
üçün milli valyutanın real məzənnəsinin aşağı salınmasına o qədər 
də  ehtiyac  duyulmur.  Məzənnə  sabitliyini,  tənzimlənən  cüz’i 
dəyişmələri  də  ehtiva  etməklə,  qoruyub  saxlamaq  kifayətdir. 
Maraqlı cəhət burasındadır ki, əks- təqdirdə ixracatın artımı yaxud 
dayanıqlı  inkişafı  (keçid  iqtisadiyyatı  şəraitində)  sadəcə  olaraq 
qeyri-mümkündür. Eyni zamanda, əvvəldə qeyd etdiyimiz məsələyə 
bir də qayıdaraq göstərmək istərdik ki, keçid problemləri ilə üz-üzə 
dayanmış  bir  ölkədə  yaxud  regional  qruplaşmada  valyuta 
məzənnəsinin  aşağı  salınması  (məqsədli  devalvasiya)  bir  qayda 
olaraq  idxalatdan  qorunmaya  deyil,  tədiyyə  balansının  operativ 
tənzimlənməsinə yönəldilir. Həm də, mütləq nəzərə alınmalıdır ki, 
devalvasiya 
bütövlükdə 
qeyri-tarif 
üsullarla 
qorunmanın 
əhəmiyyətini heçə endirə bilər. 
Ümumiyyətlə,  müasir  iqtisadi fikirdə  xarici  ticarətdən  əldə 
edilən 
uduşun 
maksimumlaşdırıİması 
nöqteyi-nəzərindən 
devalvasiya siyasətinə böyük önəm verilir. Maraqlı cəhət bundadır 
ki, qeyd edilən yanaşma bütünlüklə beynəlxalq 
121 


 
ticarətin  neoklassik  nəzəriyyəsinə  əsaslanır.  Yə’ni,  bir  sıra  digər 
məsələlərə  yanaşmada  olduğu  kimi,  devalvasiyanın  val
5
mta 
bazarına  tə’siri  imkanlan  da  bəsitləşdirilmiş  model  çərçivəsində 
nəzərdən keçirilir. Nəzərdə tutulur ki, valyutaya olan tələb və təklif 
istisna qaydada mal və xidmətlər üzrə balansın vəziyyətindən asılı 
olaraq müəyyənləşir. Başqa sözlə, kapitalın beynəlxalq miqrasiyası, 
ölkənin pul-kredit siyasəti və s. və i.a. qətiyyən nəzərə alınmır. Belə 
bir  ehtimala  söykənilir  ki,  ölkənin  tədiyyə  balansının  vəziyyəti 
yalnız  və  yalnız  xalis  ixracın  həcmindən  asılıdır.  Digər  tərəfdən, 
gəlirlərin  səviyyəsinin  dəyişməsi  nəticəsində  tələbdə  baş  verən 
dəyişikliklər təhlil prosesindən sərf-nəzər edilir və s. 
Əlbəttə, 
devalvasiya 
siyasətinə 
neoklassik 
görmə 
bucağından  baxış  heç  şübhəsiz,  reallıqla  bir  araya  sığmır.  Nəzəri 
təhlil  materiallan  açıq-aydın  şəkildə  göstərir  ki,  ölkənin  xarici 
ticarət şəraitinin yaxşılaşdırılmasına nail olmaq istəyi baxımından 
devalvasiya  yalnız  aşağıdakı  şərtlər  ödəndiyi  təqdirdə  müsbət  rol 
oynaya bilər: 
1 .Marşall-Lemer®^ şərti ödəndikdə; 
Yə’ni, 
r-frj,„>l 
Burada, r,,- ixraca olan tələbin elastiklik əmsalı; rj,„- idxala 
olan tələbin elastiklik əmsalı; vJv4arşall-Lemem şərtinin 
ödənilməsi aşağıdakılara əməl 
p-fRldiylY^j^qHirHa ımimlfimHiir“ 
1)
 
Kapitalın beynəlxalq miqrasiyası yoxdur; 
2)
 
Daxili və xarici tələb yalnız milli valyuta ilə hesablanmış 
qiymətin səviyyəsindən asılıdır; 
3)
 
Xarici valyuta təklifi mütləq mə’nada elastikdir; 
4)
 
İlkin ticarət balansı sıfıra bərabərdir. 
A. Киреев. Международная 
отношения", 1999 г.; стр.71. 
экономика. М; "Международные 
122 


2.Əgər, qarşılıqlı ticarətdə əsas yeri substitut mallar tutarsa
Bu iki şərtdən kənarda devalvasiya ən azı valyuta dempinqi 
üçün  şərait  yaratmaqla  ölkənin  xarici  ticarət  şəraitini 
pisləşdirəcəkdir. 
Eyni  zamanda,  qeyd  edilməsi  zəruridir  ki,  valyuta 
məzənnəsinin  dəyişməsi  ilə  xarici  ticarət  dövriyyəsi  arasında 
funksional  qarşılıqlı  asılılığın  təkcə  yuxarıda  göstərilən  şərtlərin 
mövcudluğundan  birmə’nalı  mümkünlüyünü  də  iddia  etmək 
düzgün olmazdı. Empirik tədqiqatlar göstərir ki, bu istiqamətdə ən 
azı zaman məfhumunu nəzərə almaq zəruridir. Belə ki, qısa zaman 
intervalında  milli  valyutanın  devalvasiyası  yaxud  revalvasiyasının 
baş  verməsindən  asılı  olmayaraq  xarici  ticarət  dövriyyəsinin  həm 
mütləq,  həm  də  nisbi  həcminin  bu  amilə  verdiyi  reaksiya  sıfıra 
yaxın olacaqdır. Ən yaxşı halda əldə edilən nəticə valyuta bazarının 
məhz  «neoklassik»  tarazlıqdan  çıxışı  ile  məhdudlaııacaqdır.  Uzun 
müddətli vaxt intervalında isə milli valyutanın ucuzlaşması başlıca 
olaraq,  möhtəkir  əməliyyatlarının  intensivliyinin  kəskin  azalması 
ucbatından  xarici  ticarət  şəraitinin  yaxşılaşdırılmasına  müsbət 
istiqamətli  tə’sir  gösterə  bilər.  Sözsüz  ki,  yuxanda  qeyd  etdiyimiz 
hər iki şərt ödəndiyi təqdirdə! 
Valyuta məzənnəsi siyasəti ilə makroiqtisadi inkişaf arasında 
dialektik bağlılıq keçid iqtisadiyyatı şəraitində daha qabarıq şəkildə 
nəzərə  çarpır.  Sözsi'ız  ki,  bu  hal  bir  tərəfdən  keçid  dövrünün 
«sistemsizlik» kompleksi ilə əlaqədardırsa, diger tərəfdən qarşılıqlı 
tə’sirin  pul-kredit  siyasəti  İlə  sıx  əlaqədə,  daha  doğrusu  mehz 
başlıca  olaraq  onun  vasitəçiliyi  əsasında  həyata  keçməsi 
baxımından  təzadlı  sistemlilik  formalaşdırır.  Mə’lumdur  ki, 
valyuta məzənnəsi siyasətinin liberal və məhdudlaşdırıcı pul-kredit 
siyasəti  ilə  üzvi  bağlılığı  hər  cür  şübhədən  kənardır.  Və,  o  da 
ıno’lumdur  ki,  pul-kredit  siyasətinin  qeyd  etdiyimiz  hər  iki 
fonnasınin  makroiqtisadi  göstəricilərə  tə’siri  müxtəlif  rnozmunlu 
nəticələrlə  tamamlanır.  Əgər,  hipotetik  olaraq  qəbul  etsək  ki, 
sərbəst məzənnə siyasəti liberal pul-kredit siyasətinin, tənzimlənən 
məzənnə siyasəti isə onun məhdudlaşdırılan formasına 
123 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə