Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


ümumiyyətlə, ölkənin sosial-iqtisadi inkişafında neft sektonı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   46   47   48   49   50   51   52   53   ...   130

ümumiyyətlə, ölkənin sosial-iqtisadi inkişafında neft sektonı 
əsas  rol  oynayır.  Belə  ki,  bu  gün  ölkə  i’ızrə  sənaye  məhsulu 
istehsalının  l/2-dən  çoxu,  vergi  daxilolmalarının  təxminən  yarısı, 
ümumixracatın isə 2/3 hissəsi neft sektorunun payına düşür. 
Qaçaraq  bir  məsələyə  də  münasibət  bildirməyi  zəruri 
sayırıq  ki,  Azərbaycanın  «Holland  sindromu»  təhlükəsi  ilə  (bəzi 
müəlliflərin iddia etdikləri kimi) üz-üzə qalması mümkünsüzdür. 
Ona  görə  ki,  ölkədə  yaradılan  Neft  Fondu  və  onun  vəsaitlərinin 
sərfi istiqamətləri belə bir təhlükənin olmadığından xəbər verir. 
Təhlil materialları göstərir ki, Azərbaycan Respublikasının 
istehsal-texnoloji  sferada  birgə  sahibkarlığın  inkişaf  etdiyi  əsas 
sahə  neft  sektorudur.  Hal-hazırda,  Azərbaycanın  Xəzər 
sektorunda  olan  neft  ehtiyatları  3-8  mlrd.ton  arasında 
qiymətləndirilir.  Əgər,  nəzərə  alsaq  ki,  dünya  üzrə  neftin 
ehtiyatlanmn proqnoz həcmi 840 mlrd.ton, kəşf edilmiş ehtiyatları 
isə  139,7  mlrd.ton  təşkil  edir,  onda  yuxarıda  əks  etdirdiyimiz 
rəqəm  elə  də  böyük  əhəmiyyətli  olmayacaqdır  (müvafiq  olaraq, 
ölkənin dünya neft ehtiyatlarında payı 2,1- 5,7% arasında dəyişir). 
Başqa  sözlə,  dünya  neft  bazarında  mal  təklifinin  formalaşması 
nöqteyi-nəzərindən Azərbaycan çox az paya malikdir. Qeyd etmək 
lazımdır ki, bu günə qədər (2000- ci il) ölkəmizdə 1,3 mlrd, tondan 
çox neft hasil edilmişdir. 
Əhalinin  hər  nəfəri  hesabı  ilə  istehsalın  həcminə  görə 
Azərbaycan birinci on ölkənin sırasındadır. 
Cədvəl 3.10. 
Azərbaycanın Xəzər sektorunda neft ehtiyatlarının 
Neft
 
ehtiyatlarının
 
həcmi
 
1 barrel/17 
dol.
 
1 barrcl/25 dol.
 
1 barrel/32 dol.
 
Proqnoz qiymətləndiiTnə:
 
I Variant: 8 mlrd, 
ton
 
855,3
 
mlrd.dol.
 
1257,8 mlrddol.
 
1609,6 mlrd.dol.
 
II  Variant:  3mlrd. 
ton
 
319,6
 
mlrd.dol.
 
470,0 mlrd.dol.
 
604,8 mlrd.dol.
 
Neft 
kontraktlan 
üzıə 
fiıktiki 
ehtiyatlaı:
 
2,290 mlrd ton
 
244,8
 
mlrd.dol.
 
360,0 mlrd.dol.
 
460,7 mlrd.dol.
 
145 


Xəzərdə  railli  sektorun  neft  ehtiyatlarının  dəyərcə 
qiymətləndirilməsində  müxtəlif  qiymət  səviyyələrindən  istifadə 
etməyimiz sözügedən bazarın kəskin konyunktur dəyişikliklərinə 
mə’ruz  qalması  ilə şərtlənir.  Ümumiyyətlə,  dünya  neft  bazarının 
konyunktur  proqnozlaşdırılması  göstərir  ki,  qiymət  səviyyəsində 
orta göstərici bir barrel/25 dollara yaxındır. 
Hal-hazırda neft hasilatı sferasında imzalanmış 21 kontrakt 
üzrə təqribi hesablamalara görə 2,290 mlrd.ton neft hasil ediləcək, 
bu  məqsədlə  xarici  partnyorlar  tərəfindən  60  mlrd.dollar 
həcmində  investisiya  qoyuluşu  həyata  keçiriləcəkdir.  (Bax:  əlavə 
2.6.). 15 xarici ölkəni təmsil edən .33 trans-milli korporasiya və iri 
biznes  subyektləri  ilə  bağlanmış  kontraktlar  «Prodakşn-şcrinq» 
(məhsul bölgüsü) tiplidir. Bu prinsip öz mahiyyəti etibarı ilə milli 
iqtisadi mənafelər baxımından son dərəcə əlverişlidir. Belə ki, bu 
halda  Azərbaycan  özünün  mineral-xammal  resurslarının 
mülkiyyətçisi kimi çıxış etməklə, layihənin həyata keçirilməsi üzrə 
heç  bir  maliyyə  öhdəliyi  daşımır.  Xarici  korporasiya  birgə 
fəaliyyət nəticəsində hasil olunmuş neftin bir hissəsinin sahibi olur. 
Eyni  zamanda,  xarici  investor  əksər  vergi  və  rüsumlardan  azad 
olunur və yalnız mənfəət vergisinə (25%) cəlb edilir. 
Kontraktların  kommersiya  şərtlərinə  görə  əvvəlcə 
investorun məsrəfləri ödənilir, sonra isə hasil edilən neft tərəflər 
arasında  bölüşdürülür  (iştirak  payına  görə).  Elə  buradaca  qeyd 
edək ki, neft kontraktları üzrə Azərbaycan Respublikasının gəliri 
təkcə  iştirak  payına  görə  müəyyənləşmir.  Belə  ki,  Azərbaycan 
Respublikası  Dövlət  Neft  şirkətinin  simasında  aşağıdakı 
mənbələrdən gəlir əldə edir: 
1)
 
Təbii resurslann mülkiyyətçisi kimi; 
2)
 
Xarici  investorların  mənfəətinin  25%-i  ölkənin  dövlət 
büdcəsinə köçürülür
3)
 
Perspektiv  strukturların  kəşfiyyatı  dövründə  kontrakt 
sahəsinin hər km^-nə 1200 dollar alınır; 
4)
 
Ncftlə  birlikdə  çıxarılan  səmt  qazı  bütünlüklə 
Azərbaycanın sərəncamında qalır; 
5)
 
Dərin  qazma  platformalarından  vo  neft  kəmərindən 
istifadəyə görə haqq alınır; 
6)
 
Xarici  partnyorlar  neft  hasilatında  iştirak  etməyə  görə 
bonus ödəyirlər. 
Bu günə qədər artıq 700 mln. dol. həcmində bonus və digər 
ödənişlər həyata keçirilmişdir. Eləcə də, xarici 
146 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə