Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə53/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   49   50   51   52   53   54   55   56   ...   130

2)
 
Elmi-texniki obyektlərdən birgə istifadə
3)
 
Elmi  kadrların  hazırlanması  və  ixtisas  səviyyələrinin 
yüksəldilməsi; 
4)
 
İnformasiya mübadiləsinin təşkili. 
İlk  baxışdan  elmi-texniki  fəaliyyət  sferasında  səmərəli 
əməkdaşlığın  təşkili  üçün  əlverişli  zəmin  yaradılıb.  Lakin,  real, 
praktiki fəaliyyət həyata keçirilmir. 
Beləliklə, MDB-in üzv-ölkələrinm_^W]^.ü^^ 
(f
  əsas  vasiıələrdən  Din  mvestısıva^ənö^daslıgıdır.  İnvestisiya 
əməkdaşlıgımn 
fealhğa 
çevrilməsi 
(ələlxüsus 
malİ
3
^ə 
imlcanlannm  kasadlığı  şəraitində)  birinci  növbədə  blokdaxili 
səviyyəyə uyğun makroiqtisadi siyasətin razılaşdınlmasmı və sırf 
konkret  prizmadan  yanaşmaqla  praqmatiq  məzmun  daşıyan 
konseptual  istiqamətin  formalaşdınimasını  tələb  edir.  Yə’ni,  ən 
ümumi  şəkildə  götürülərsə,  bu  o  deməkdir  ki,  investisiya 
əməkdaşlığının intişarı əsasən iki istiqamətdə həyata keçirilə bilər: 
I.
 
İnteqrasiya  məzmunu  daşıyan  və  bu  prosesin 
sürətlənməsinə  yönəlik  investisiya  əməkdaşlığı;  Bu  halda  proses 
sadədən  mürəkkəbə  doğnı  istiqamətlənir.  Yə’ni,  regional 
ümumbazarm qərarlaşması distet olaraq vahid iqtisadi məkanın 
formalaşması  ilə  başa  çatır.  Daha  konkret  ifadə  etsək,  söhbət 
MDB-in real məzmunlu inteqrasiya bloku kimi inkişafindan və bu 
anlamda investisiya əməkdaşlığının təşkilindən gedir. 
II.
 
Regional iqtisadi əməkdaşlıq çərçivəsində investisiya 
axınlarının  səmərəli  təşkili  və  müasir  qloballaşma  prosesinin 
gətirdiyi təhlükələrdən 
kollektiv mühafizənin həyata 
keçirilməsi.  Aydındır  ki,  müasir  reallığın  spesifikasından 
yanaşdıqda  yuxanda  qeyd  etdiyimiz  konseptual  istiqamət  daha 
real görünür. 
Beləliklə,  xüsusi  tədqiqat  aparmadan  da,  aydın  şəkildə 
görünür  ki,  xarici  investisiyaları  cəlb  etmək  sferasında  həyata 
keçirilən fəaliyyət sistemli səciyyə daşımır. 
Xarici  birbaşa  investisiyaların  cəlb  edilməsi  prosesində 
sistemliliyin  təminatı  zəruriliyi  sosial-iqtisadi  həyatın  mühüm 
göstəriciləri arasında mövcud olan dialektik qarşılıqlı bağlılıqla və 
müəyyən baxış 
bucağı çərçivəsində sillogizm 
mövqeyindən tam şəkildə sübuta yetirilir (Şək. 3.6.). 
154 


 


Düzdür,  müasir  fəlsəfə  sillogizm  təliminə  şübhə  ilə 
yanaşmaqdadır.  Qeyd  edək  ki,  bu  baxımdan  irəli  sürülən 
arqumentlərin  elmi  əsaslan  mövcuddur.  Həqiqətən  də,  çoxölçülü 
determinizmin  reallığı  nöqteyi-nəzərindən  sillogizm  təlimi  kifayət 
qədər sönük görünür. 
Biz bu mövqenin inkar etmək fikrində deyilik. Əksinə, qeyd 
edilən  yanaşmanın  daha  düzgün  olması  qənaətindəyik. 
Araşdırdığımız  problemə  yanaşmada  isə  sillogizm  təlimindən 
yararlanmağımızın  əsas  səbəbi  amillər  çoxluğunun  determinliyini 
göstərməkdən ibarətdir. 
Qeyd  edilən  yönümdə  fəaliyyətin  intensivləşdirilməsi  üçün, 
zənnimizcə,  aşağıdakı  istiqamətlərdə  mövcud  olan  problemləri 
aradan qaldırmaq məqsədəmüvafıq olardı: 
1.
 
Problemə  yanaşmada  subyektiv  amillərin  rolunun 
minimuma endirilməsi (Bürokratiya, neqativ hərəkətlər və s.); 
2.
 
İri  özəlləşdirmə  prosesinin  bütövlükdə,  onun  xarici 
investisiyalarla bağlı olan sferasının isə ələlxüsus şəffaflaşdırılması 
üçün zəruri hesab edilən bütün vasitələrdən maksimum səviyyədə 
istifadə edilməsi
3.
 
Xarici investisiyaların cəlbedilməsi, proscsııal fəaliyyət və 
onlardan istifadə edilməsi effektivliyinin yüksəldilməsi yönümündə 
hökumət  tərəfindən  xüsusi  sərəncam  verilməsi  yaxud  «Xarici 
investisiyalardan 
istifadənin 
səmərəliliyinin 
yüksəldilməsi 
haqqında»  parlamentin  qanun  qəbul  etməsinə  böyük  ehtiyac 
vardır. 
Belə  ki,  xarici  investisiyaların  cəlb  edilməsi  və  onun  verə 
biləcəyi  effekt  yaxud  prosessual  fəaliyyətin  nəticələri  eyni  anlam 
daşımırlar. Eyni zamanda, cəlb edilmənin hüquqi bazasını müasir 
şərtlər  daxilində  kifayətedici  saymaq  mümkün  deyildir.  Belə  ki, 
«Xarici  investisiyaların  mühafizəsi  haqqında»  qüvvədə  olan 
qanunun  dəyişən  şəraitə  müvafiq  surətdə  tokmilləşdirilraəsinə 
ehtiyac  yaranmışdır.  Hər  şeydən  əvvəl,  müasir  investisiya 
prosesinin mürəkkəb və çoxşaxəli xarakterini  nəzərə almaq, eləcə 
də  əksər  qanunlarımıza  xas  olan  «xəstəlikdən»-fıkrin  və  ifadənin 
dəqiq,  anlaşıqlı  şəkildə  əks  etdirilmərnəsindən  qurtarmaq 
məqsədəuyğun  olardı.  Bununla  yanaşı,  xarici  investisiyaların 
bütövlükdə milli 
156 


iqtisadiyyatın  inkişafına  şövqləndirilnıosi,  sahəvi  cəlbetmənin 
clmi-texnoloji  tutumunun  yüksəldilmosi  problemlərinin  optimal 
həlli  mövcud  hüquqi  baza  əsasında  (hətta,  təkmilləşdirilmiş 
variantda belə) çətin ki, öz realizasiyasını tapa bilsin. 
4.
 
Xarici  investisiyaların  cəlb  edilməsində  ölkədaxili 
mütənasibliyə  maksimum  əməl  edilməsinə  çalışmaq  zəruridir. 
Xarici  investisiyaların  (eləcə  də  daxili)  böyük  bir  hissəsinin 
paytaxtda cəmlənməsi (90%-dən çoxu) qeyri-normal haldır və milli 
iqtisadiyyatın  proporsional  inkişafından  tutmuş  demoqrafik 
vəziyyətə qədər çox uzağa gedən nəticələrlə sonuclana bilər
5.
 
Nəzərə  almaq  lazımdır  ki,  qeyri-neft  sektoruna  xarici 
investisiyaların  cəlb  edilməsi  problemində  heç  də  az  əhəmiyyət 
daşımayan  (əgər,  belə  demək  caizsə)  milli  bazarın  kiçik 
tutumluluğunun mövcudluğu və bu əsasda da bazar cəlbediciliyinin 
olmamasıdır.  Milli  bazarın  iqtisadi  və  texnoloji  sərhədlərinin 
«calaq»  yolu  ilə  genişləndirilməsi  zəruriliyi  MDB  çərçivəsində 
regional 
ümumiliyin 
forraalaşdırılmasmdan 
funksional 
asılılıqdadır. Ona görə ki, əvvəla, qeyd etdiyimiz ümumilik: 1)MDB 
daxili  məkanda  istehsal  və  elmi-texniki  əməkdaşlığın  inkişafına, 
nəticə etibarı ilə Azərbaycana daxil olan investisiyaların alternativ 
mənbələrinin  çoxalmasına  şərait  yaradardı;  2)Bu  hal  ölkənin 
inkişaf  etmiş  dünyadan  investisiya  üzrə  mütləq  asılılığının 
kəskinliyini  xeyli  azaltmaq  iqtidarmdadır;  3)300  mln.  nəfərlik 
nüfuza  malik  bazara  çıxış  imkanını  əhəmiyyətli  dərəcədə 
asanlaşdırmaqla,  hətta  modemləşməsiz  milli  istehsalın  ən’ənəvi 
sahələrinin sürətli inkişafına təkan verərdi; 4)Xarici rəqabətə duruş 
gətirmək, TMK-larm milli iqtisadiyyata inhisarçı mövqedən təsiri 
imkanlarını  neytarllaşdırmaq  üçün  regional  gücə  söykənmək 
imkanı  yaradardı  və  s.  İkincisi,  regional  ümumiliyin  ölkənin 
rəqabətqabiliyyətliliyinə  (investisiyaya  cəlbetmə  sferasında)  mənfi 
təsiri  olacağı  barədə  səslənən fikirlərin  heç  bir  elmi  əsası  yoxdur. 
Belə ki, xarici investorun «istədikləri» içərisində başda gələn məsələ 
sırf iqtisadi mənada, təkcə sabitlik deyil, həmçinin onun dayanıqlığı 
və «uzunömürlülüyüdür». 
157 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə