Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Birinci qrupa daxil olan amillər kompleksi daha mürəkkəb



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   48   49   50   51   52   53   54   55   ...   130

Birinci qrupa daxil olan amillər kompleksi daha mürəkkəb 
məzmun d^ımaqla, alternativ seçim imkanlannın ifrat məhdudluğu 
ilə  səciyyələnir.  Texnoloji  gerilik,  innovasiya  sahibkarlığının 
rüşeyim  formasından  çıxa  bilməməsi  sözügedən  amillər 
kompleksinin  başlıca  məziyyəti  statusunda  çıxış  edir.  İqtisadi 
münasibətlər  sisteminin  real  bazarın  tələblərinə  uyğunsuzluğu 
problemi  də  az  əhəmiyyət  daşımır.  Belə  ki,  blokdaxili  məkanda 
birgə  sahibkarlığın  səmərəli  təşkili  ilə  effektiv  rəqabət  mühitinin 
qərarlaşması arasında düzmütənasib asılılıq mövcuddur. 
Blokdaxili məkanda birgə sahibkarlığın ən azı müasir dövr 
ərzində  zəmriliyini  əsaslandıran  şərtlər  də  belə məhz  bu  aspektin 
dəyişməyən, aksiomatik mahij^ətindən doğur. Əvvəla, ona görə ki, 
effektiv rəqabət mühitinin mövcudluğu nəinki qeyd edilən sferada, 
eləcə  də  bütövlükdə  MDB-in inteqrasiya  bloku  kimi yaşamasında 
həlledici  əhəmiyyət  daşıyır,  ikincisi,  effektiv  rəqabət  mühiti 
blokdaxili 
regional 
bərabərsizliyin 
(investisiya 
qoyuluşu 
prizmasından)  aradan  qaldırılması  və  qütbləşmə  prosesinə 
əks-təsir göstərilməsi yönümündə son dərəcə mühüm rola malikdir. 
Üçüncüsü,  qeyd  edilənlər  müasir  qloballaşma  şəraitində  xüsusilə 
aktuallaşır.  Maliyyə  bazarlarının  qloballaşması  kapital  axınım 
birmənalı olaraq yüksək rentabelliliyə malik regionlara yönəldir ki, 
bu  da  effektiv  rəqabət  mühiti  şəraitində  (ifrat  gəlirliliyin  qeyri- 
mümkünlüyü baxımından) mümkünsüzdür. Deməli, əks mövqedən 
yanaşdıqda,  keçid  iqtisadiyyatlı  ölkələr  üçün  (ayrıca  götürülmüş 
hər hansı bir ölkənin timsalında) real təhlükə qaçılmaz olacaqdır. 
Yə’ni, investisiya axınlarının inkişaf etmiş ölkələr tərəfindən keçid 
iqtisadiyyatlı ölkələrə yönəlik intensivləşdirilməsi istənilən konkret 
situasiyada  effektiv  rəqabət  mühitinin  formalaşmasına  imkan 
verməyəcəkdir. Bu hipotezin real məzmununu inkar etməmək şərti 
ilə,  onu  da  qeyd  etmək  zənnidir  ki,  yuxanda  təsvir  etdiyimiz 
situasiyanın  qərarlaşması  zaman  etiban  ilə  heç  də  birmənalı 
nəticələrlə  sonuclanmır.  Belə  ki,  uzunmüddətli  perspektiv  əsas 
götürülərsə, onda real bazarın «ən’ənəviçilik» səviyyəsindən yuxarı 
qalxa  bilməməsinə  baxmayaraq,  hətta  iqtisadi  artımdan  da 
danışmaq  mümkündür.  Qısamüddətli  zaman  interv  almda  isə 
makromaliyyə sabitsizliyindən qaçmaq mümkün olmayacaqdır. 
Ümumiyyətlə, 
qeyd 
etdiyimiz 
yönümlü 
inkişafla 
formalaşmaqda olan milli iqtisadiyyatın sistemli və kompleks 
151 


inkişafı  arasında  paralellilc  aparmaq  kökündən  yanlış  olan  bir 
yanaşmadır. 
Ölkədə  iri  özəlləşdirmənin  hələ  də  başa  çatmadığı  bir 
şəraitdə  yuxanda  qeyd  edilənlər  təhlükənin  real  məzmunundan 
xəbər verir. 
g 6. MDB-DAXİLİ BİRGƏ SAHİBKARLIĞIN 
İNKİŞAFININ PROBLEMLƏR KOMPLEKSİ 
MDB-daxili  birgə  sahibkarlığın  inkişafında  əsas  diqqətin 
tədavül  sferasına,  daha  dəqiq  ifadə  etsək,  qarşılıqlı  ticarətə 
yönəldilməsi  və  investisiya  əməkdaşlığına  biganə  münasibət 
bəslənilməsi 
regional 
səviyyəli 
əksər 
layihələrin 
müvəffəqiyyətsizliyinin  başlıca  səbəbidir.  Qarşılıqlı  ticarətin 
inkişafında  açıq-aydın  müşahidə  edilən  neqativ  meyl  və 
təmayüllərin  meydana  çıxmasının,  ticarət  axınlarının  blokxarici 
məkana yönəldilməsinin əsas səbəbi məhz bu iki istiqamət arasında 
hər hansı bir əlaqə və yaxud bağlılığın olmaması ilə şərtlənir. Açıq 
iqtisadiyyat  tipi  öz-özlüyündə  iqtisadi  əməkdaşlığı  bir  proses 
olaraq  hər  iki  istiqamətin  üzvi  vəhdəti  keyfiyyətində  ortalığa 
çıxarır. Həqiqətən də, xarici ticarətlə xarici investisiyalar arasında 
son dərəcə sıx qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Belə ki, əvvəla, 
investisiya  axınları  beynəlxalq  istehsal  sisteminin  hərəkətverici 
qüvvəsi  olmaqla  xarici  ticarətin  miqyası,  coğrafiyası  və  əmtəə 
strukturuna  əsaslı  surətdə  təsir  göstərmək  iqtidanndadır  və 
göstərir  də!  Buna  görə  də,  investisiya  siyasəti  və  ümumiyyətlə, 
investisiya qoyuluşlarının tənzimlənməsi bir proses olaraq etibarı 
ilə  ilk  növbədə  xarici  ticarətdə  əks-səda  verir.  İkincisi,  xarici 
investisiyalara  kəskin  tələbatın  mövcudluğu  şəraitində  əksər 
ölkələr daha əlverişli iqlimin fonnalaşdınlmasına çalışırlar ki, bu da 
sırf institutsional prizmadan xarici ticarət strategiyasını funksional 
baxımdan asılı vəziyyətə salır və s. 
Yuxarıda  əks  etdirdiyimiz  arqumentlər  belə  bir  qənaəti 
ortalığa qoyur ki, investisiya əməkdaşlığı və xarici ticarət eyni bir 
prosesin  iki  tərəfi  kimi  vahid  sistem  çərçivəsində  nəzərdən 
keçirilməlidirlər. 
Məhz  buna  görə  də  MDB  inteqrasiya  bloku  çərçivəsində 
xarici ticarət və investisiya siyasətinin maksimum 
152 


avtonomlaşdırılmış  şəkildə  həyata  keçirilməsi  birgə  sahibkarlığın 
getdikcə daha sürətli tənəzzülünə gətirib çıxarmışdır. Bu problemin 
mühüm  əhəmiyyət  kəsb  etdiyini  hələ  vaxtı  ilə  R.Vernon^^ 
göstəmıişdir.  O,  özünün  «Məhsulun  beynəlxalq  həyat  təşkili» 
konsepsiyasında göstərir ki, xarici birbaşa investisiya qoyuluşları o 
halda  həyata  keçirilir  ki,  ən’ənəvi  məhsulun  ixracı  istehsalçı 
firmaya kifayətedici səviyyədə mənfəət əldə etmək imkanı yaratmır. 
Maraqlı  cəhət  burasındadır  ki,  investisiya  qoyuluşları  ilə 
xarici ticarət arasında mövcud olan düzxəttli asılılıq iqtisadiyyatın 
digər sahələrində də öz məzmununu olduğu kimi saxlayır. Bu halda 
yalnız  subyektlərarası  inteqrasiya  üfiqi  istiqamətdən  şaquli 
istiqamətə  çevrilir.  Eyni  zamanda,  qeyd  edilən  istiqamətlər 
arasındakı qarşılıqlı asılılıq başqa məzmunda da ortalığa çıxa bilər. 
Belə  ki,  hər  hansı  bir  istehsalçı  fınna  effektivliyi  yüksəltmək  və 
məsrəfləri  azaltmaq  məqsədi  ilə  daha  ucuz  olan  istehsal 
resurslarına çıxış axtara bilər. Bununla belə, istənilən halda xarici 
ticarətlə  investisiya  axınları  arasındakı  dialektik  bağlılığa  heç  bir 
xələl gəlməyəcəkdir. 
MDB  inteqrasiya  bloku  çərçivəsində  birgə  sahibkarlığın 
arzucdilən  səviyyədə  inkişaf  etmədiyi  sahələrdən  biri  də  elmi- 
texniki  fəaliyyətlə  bağlıdır.  Düzdür,  elə  blokun  yarandığı  ilk 
günlərdən  (mart  1992-ci  il)  üzv-ölkələr  arasında  Razılaşma 
imzalanmış,  elə  həmin  ildə  Dövlətlərarası  Elmi-Texniki  Şura 
haqqında  təsdiq  Protokolu  paraflanmış  və  1995-ci  ilin  noyabr 
ayında  ümumi  elmi-texnoloji  məkan  yaradılması  haqqında 
Razılaşma  əldə  olunmuşdur.  Hal-hazırda  sözügedən  sferada 
fəaliyyətin  təşkili  ilə  bir  neçə  regional  səviyyəli  qurumlar 
(Elmi-texniki  inlcişaf  üzrə  Dövlətlərarası  Komitə,  Elmi-texniki 
informasiyalar 
üzrə 
Dövlətlərarası 
koordinasiya 
Şurası, 
Dövlətlərarası  iqtisadi  komitənin  elmi-texniki  əməkdaşlıq  üzrə 
departamenti) məşğul olurlar. 
Ümumiyyətlə,  MDB  daxili  məkanda  elm  və  texnologiyalar 
sferasında  əməkdaşlığın  başlıca  istiqamətləri  kimi  aşağıdakılar 
nəzərdə tutulmuşdur: 
l)Birgə proqramların hazırlanması və tətbiqi; 
’■  R.Vernon.  International  investment  and  International  Trade  in  the  Product 
Cycle/ZQuarterly Journal of Economics, 1966, pp. 190-207. 
153 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə