Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


marksist və neoklassik baxışlann birtərəfli mahiyyət daşıyan əsas



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə58/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   54   55   56   57   58   59   60   61   ...   130

marksist və neoklassik baxışlann birtərəfli mahiyyət daşıyan əsas 
cəhətlərini aşkara çıxarmağa imkan vermişdir (şək. 4.1 .)• 
 
Şək. 4.1. İnhisar nəz^riyy^simf marksist va neoklassik 
baxışların müqayisəli təhlili. 
Göründüyü kimi, hər iki yanaşma inhisar fenomeni ilə bağlı 
real gerçəkliyi tam şəkildə əhatə edə bilmək iqtidarında deyildir. 
Problemin  həm  qoyuluşu,  təsviri,  həm  də  onun  aradan 
qaldırılmasında  güdülən  əsas  məqsədlər  bir-birindən  kəskin 
fərqlənməklə  yanaşı,  müasirliklə  qətiyyən  üst-üstə  düşmürlər. 
Belə  ki,  hər  iki  məktəbin  yanaşma  tərzindən  fərqli  olaraq, 
inhisarla  mübarizədə  başlıca  məqsəd  sosial-iqtisadi  effektivliyin 
yüksəldilməsi ilə şərtlənir. 
«Rəqabət  mühiti»  öz-özlüyündə  məqsəd  kimi  çıxış  edə 
bilməz. İnhisar yaradan prosesə yanaşmada nəyin əsas olmasının 
(istehsal yoxsa tədavül) birmənalı qabardılması praktiki anlamda 
elə bir əhəmiyyət daşımır. Eyni zamanda, bu 
170 


aspekt geniş təkrar istehsal prosesinin «süniliklə» 
parçalanması, sahə və sferalararası qarşılıqlı münasibətlərin 
bəsitləşdirilməsi anlamından qeyri bir məzmun kəsb etmir. 
İnhisara qarşı aparılan mübarizənin əsas çıxış nöqtəsinin 
struktur->davramş->nəticə (effektivlik) sxeminə söykənraə- 
məsi hər iki məktəb üçün ümumi haldır. 
Elə buradaca qeyd edək ki, inhisar probleminə 
yanaşmada əks qütblərdə dayanan marksist və neoklassik 
baxışların, nə qədər qəribə görünsə də, müəyyən kəsişən 
nöqtələri mövcuddur. Məsələn, inhisar bazara təsir 
göstərməklə onun «kortəbiiliyini» aradan qaldınr tipli tezis 
həm marksist, həm də neoklassik yanaşma çərçivəsində 
keçərlidir. 
«...İnhisar daxilində istehsalın ayrı-ayrı həlqələri arasın- 
da əlaqə birbaşa, planauyğun və rasional səciyyə daşıyır. 
İnhisar daxili qarşılıqlı münasibətlərdə kortəbiiliyi aradan 
qaldırır»®*. 
P.Draker isə yazır ki, «...General Motorsun» iri 
bölmələrinin planlı iqtisadiyyatın vahidləri kimi fəaliyyət 
göstərdiyini demək heç də şişirtmə olmayacaqdır... Daxili 
təşkilati qaydalarına görə onlar mərkəzləşdirilmiş qiymətqoy- 
ma və sosialist rəqabəti ilə birlikdə nıs «trestlərinə» fövqəladə 
dərəcədə oxşardırlar®^. 
Oxşar mövqelərə diqqət çəkməkdə məqsədimiz bu 
problemlə bağlı ən azı iki aspekti ön plana çıxarmaqdan 
ibarətdir: 

l)
 
İnhisar bazara təsir göstərməklə onun bütövlükdə 
deyil, yalnız inhisarçı fəaliyyəti göstərən firmanın bazarında 
«kortəbiiliyi» aradan qaldıra bilər. Əvvəla, ona görə ki, tam 
inhisarçı situasiya yoxdur, olmayıb və ola da bilməz. İkincisi, 
firmanın bazarı ümumbazarın üzvi tərkib hissəsidir. Yə’ni, bu 
baxımdan məntiqi antinomiya meydana çıxır. «Kortəbii» 
bazarın tərkib hissəsi «kortəbii» olmaya bilməz. Əlbəttə, 
tənzimləmə dərəcəsi nöqteyi-nəzərindən müəyyən fərqlərin 
mövcud olması şübhəsizdir. Lakin, bunu bütövlükdə fərqli 
 
K.MapKC, O.ƏHrejibc. C
OH
.
 T
.25,
 H
. I .  crp. 481. 
P.Drucker. Tlıe Concept of the Corporation N.Y., 1946, p.l23. 
171 


mahiyyət daşıyan fenomen kimi ortalığa qoymağa heç bir lüzumu 
yoxdur. 
2)
 
Iri  biznes  subyektlərinin,  məsələn  Transmilli 
Korporasiyaların  yüksək  səviyyədə  inkişaf  etmiş  «daxili» 
bazarları  mövcuddur.  Empirik  araşdırmalar  birmənalı  olaraq 
göstərir  ki,  hətta  bu  bazarlarda  ən  azı  ekzogen  amillərin  təsiri 
nəticəsində tam «planauyğunluq» yoxdur. 
Neoklassiklərin  inhisarizm  fenomeninə-idarəetmə  və 
tənzimləmə  sferasında  xüsusi  imtiyazların  bir  yaxud  bir  neçə 
qrupun  əlinə  keçməsinə-biganə  münasibəti  darixtisaslaşmış 
yanaşmanın doğurduğu yanlışlıq kimi meydana çıxır. 
İnhisarİ
2
nn  öz  mahiyyəti  və  formalaşması  baxımından 
dialektik səciyyə daşıyan, prosesin gedişi nöqteyi-nəzərindən real 
bazarın  məzmunca  deyil,  keyfiyyətcə  dəyişilməsinə  gətirib 
çıxaran,  daha  çox  üstqurum  xarakteri  daşıyan  və  daha  çox 
makrohadisə  kimi  təzahür  edən  mikrosəviyyənin  doğurduğu 
nəticədir.  Makro-mikro  səviyyələr  arasında  determinoloji 
bağlılığın  daha  da  möhkəmlənməsinə  və  bu  bağlılığın 
tənzimlənən, 
idarəedilən 
olmasına, 
nəhayət 
ümummilli 
mənafelərin 
həm 
çərçivə, 
həm 
də 
istiqamətləri 
nöqteyi-nəzərindən  birmənalı  şəkildə  müəyyənləşməsi  və 
təminatının təşkili zəruriliyi aspektindən inhisarizmin böyük rolu 
vardır. 
§2. İNHİSARÇI YARANIŞ BAZAR PROSESİNİN 
MƏNTİQİ NƏTİCƏSİDİR 
Ç? İnhisar fenomeni və bütövlükdə inhisar yaradan prosesə nəzəri 
baxışların  müqayisəli  təhlili  və  bunun  nəticəsində  əldə  o'»tıan 
ümumiləşdirilmiş  yanaşma  tərzi  aydın  şəkildə  göstərir  ki, 
problemin həm qoyuluşu, həm də mahiyyətcə açıqlanmasında sırf 
iqtisadi  məzmun  daşıyan  aspektlər  həmişə  ön  sıralarda 
qərarlaşmışdır. Başqa sözlə, inhisarın nəyin törəməsi olduğundan 
(istehsal  yoxsa  bazar)  asılı  olmayaraq,  söhbət  yalnız  bazar 
şəraitindən,  bazar  mexanizminin  real  fəaliyyət  göstərdiyi 
situasiyadan gedir. İnhisarın məhz bu görmə bucağı altında şərhi 
əvvəllər qeyd etdiyimiz birtərəfliliyin meydana 
\12 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə