Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


yönümündə  müsbət  təsirli  olsa  da,  rəqabət  mübarizəsinə  duruş



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə45/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   41   42   43   44   45   46   47   48   ...   130

yönümündə  müsbət  təsirli  olsa  da,  rəqabət  mübarizəsinə  duruş 
gətirmək  və  sosial-iqtisadi  inkişafın  təmininə  nail  olmaq 
nöqteyi-nəzərindən  gücsüzdür.  Dördüncüsü,  istehsal  amilləri 
üzrə  xərclər  probleminə  bir  qayda  olaraq  innovasiya  prosesi 
çərçivəsində  yanaşmaqla,  milli  iqtisadiyyatın  ümumi  fəaliyyət 
şəraiti  ilə  qarşılıqlı  əlaqədə  baxılmalıdır.  Milli  iqtisadi  sistemin 
ləğvi hesabına qlobal şəbəkəyə inteqrasiya və bunun nəticəsində 
istehsal  amilləri  üzrə  məsrəflərin  aşağı  düşməsi  və  mənfəət 
normasının  yüksəlməsinə  nail  olmaqla  xarici  investi-  siyalann 
ölkə iqtisadiyyatına cəlb edilməsi əks effekt verəcəkdir. 
Həqiqətən  də  dünya  iqtisadiyyatı  daxili  təbiəti  etibarı  ilə 
homogen  (eynicinsli)  deyildir.  Buna  görə  də,  investisiya 
əməkdaşlığı  mövqeyindən  əksər  ölkələr  üçün  eyni  məzmun 
daşıyan  inkişaf  modeli  yoxdur  və  dəyişən  şəraitə  adaptasiya 
olunma  üsulları  da  fərqlidir.  Məhz  bu  baxımdan  M.Turenlə 
qismən  razılaşmaq  olar  ki,  «...qloballaşma  və  fraqmentləşmə 
proseslərinin qarşılıqlı təsiri nəticəsində yekcins cəmiyyətin əsası 
kimi  çıxış  edən  açıq  dünya  bazarının  yerinə  müxtəlif  iqtisadi, 
sosial-siyasi  və  mədəni  modellərə  əsaslanan  çoxqütblü  məkan 
formalaşır»^^. Sözsüz ki, bu səpgili yanaşma sivilizasiyalı baxışın 
daxili məntiqindən doğur. 
Kapitalın beynəlxalq miqrasiyası və ümumiyyətlə, maliyyə 
qloballaşmasının  proses  olaraq  normal  gedişinin  problemsizliyi 
heç  də  bütün  tədqiqatçılar  tərəfindən  qəbul  edilmir.  Əsas 
nəzər-diqqəti beynəlxalq investorların davranış tərzinə yönəldən 
müəlliflər^^  klassik  nəzəriyyənin  sözügedən  prosesi  adekvat 
şəkildə  şəhr  edə  bilmədiyini  ön  plana  çəkirlər.  Belə  ki,  nəzəri 
cəhətdən şübhəsizdir ki, izafi daxili əmanətlər daha çox gəlir əldə 
etməyə  imkan  verən  Ölkəyə  yönəldilməlidir.  Və,  daxili 
əmanətlərlə  daxili  investisiyalar  arasında  heç  bir  korrelyasiya 
əlaqəsi yoxdur. Buna görə də, əgər maliyyə bazarları tam şəkildə 
birləşirsə,  onda  bütün  dünyada  əmanətlər  də  birləşməlidir.  Bu 
hal  iqtisad  elmində  Fildstayn-Horioki  paradoksu  adlanır.  Bu 
paradoksa söykənən tədqiqatçılar isə yazırlar ki, daxili əmanətlər 
və  daxili  investisiyalar  arasında  yüksək  korrelyasiya  əlaqəsi 
olduğu 
64 
M.Tourane Le bouleversement du monde. P., 1995. p.iO. 
Yçnə orada, p.l 1. 
130 


üçün maliyyə bazarlarının birləşməsi qeyri-mümkündür. Və, belə 
bir nəticəyə gəlirlər ki, bazarlar izafi («artıq») kapitalın ixracına 
deyil,  əmanətlərin  daxili  bazar  tərəfindən  udulmasına  cəhd 
göstərirlər.  Eyni  zamanda,  tutulan  iradlar  sırasına  riskin 
səviyyəsi ilə diversifıkasiya arasındakı bağlılığı da əlavə edirlər və 
s. 
Göründüyü  kimi,  spesifik  xüsusiyyətlər  və  keyfiyyət 
fərqliliyi  nəzərə  alınmadan  çılpaq  riyazi  məntiqə  söykənməklə 
«iqtisadi 
proses» 
adlanan 
məcmuluğun 
ən 
mühüm 
problemlərindən  birini  elmi  diskussiyaların  tədqiqat  obyektinə 
çevinnəyə  çalışırlar.  Qeyd  edilən  tərzli  yanaşmada  problemli 
situasiyanın mövcudluğu göz önündədir. 
Maraqlı  cəhət  burasındadır  ki,  iqtisadi  proses  tərkib 
ünsürləri  baxımından  «gözlə  görünəndir»  və  yəqin  ki,  elə  buna 
görə də iqtisadiyyatda riyazi dəqiqlik 
axtarışı  elmi  tədqiqatların  əsas  məqsədlərindən  birinə 
çevrilmişdir. Ayrıca götürülmüş hər hansı bir fəaliyyət sferasının 
tədqiqindən alınan nəticələri ümumiləşdinnəklə bütöv haqqında 
fikir  yürüdülməsi,  başqa  sözlə,  araşdırmaların  təkcədən 
ümumiyə,  hissədən  tama  doğru  yönəldilməsi  məhz  2x2=4 
məntiqinin  mütləq  düzlüyünə  olan  inamdan  doğur.  Öz- 
özlüyündə aydındır ki, qeyd olunan formada yanaşma tərzi elmi 
metodologiyada  problemli  situasiya  yarada  bilməz.  Eyni 
zamanda, 2x2=4 əməliyyatının təhlilinə də heç bir ehtiyac yoxdur. 
Son  dərəcə  mürəkkəb  olan  bir  problemə  bu  qədər  bəsit  şəkildə 
baxışın  əsasında  belə  bir  həqiqət  dayanır  ki,  iqtisadi  prosesin 
bütün təfərrüatı ilə riyazi təsviri, mahiyyətcə gözlənilən nəticələri 
öncədən  qəlibləşdirməklə  müəyyən  çərçivə  daxilinə  salınması 
gerçəkliyin  deformasiya  edilməsi  deməkdir.  Sadəcə  olaraq 
iqtisadi  hadisə  və  proseslərin  dərk  edilməsində  «sona  çata 
bilməmək»  zəifliyi  mövcuddur  və  onu  riyazi  əməliyyatlara 
əsaslanmaqla  aradan  qaldırmaq  mümkünsüzdür.  Problemin 
məhz  göstərilən  səpgidə  qoyuluşu  belə  bir  yanlış  təsəvvür 
yaratmamalıdır  ki,  guya  bütün  çətinliklər  riyazi  məntiqdən 
uzaqlaşan  kimi  aradan  qalxacaqdır.  Məsələ  burasındadır  ki, 
hətta  tam  aşkar  şəkildə  görünən  səbəb-nəticə  xəttində  də 
«qeyri-müəyyənlik» adlanan nəsnə vardır və onun həm prosesin 
gedişi  və  obyektin  özündə,  həm  də  dərketmədə  özünü  «necə 
aparacağı» əvvəlcədən 
131 


məlum  olmur.  Məsələn,  tutaq  ki,  hansısa  əcnəbi  mənşəli  «X» 
firması Azərbaycanda «A» məhsulunu istehsal etmək və onunla 
bazara (daxili) çıxmaq niyyətinə düşüb. Bu halda, yə’ni ideyanın 
hipotetik işlənməsi və meydana çıxarılması vəziyyətində bazarda 
real situasiyanın necə olduğu haqqında tam namə’lumluq hökm 
sürür.  Başqa  sözlə,  qeyri-müəyyənlik  özünün  maksimum 
səviyyəsindədir (şək. 3.4.). 
Sonrakı  proseslər,  yəni,  bazarın  kompleks  tədqiqatı,  real, 
eləcə də potensial tələbin səviyyəsinin müəyyənləşdirilməsi, onun 
proqnoz 
qiymətləndirilməsi, 
resurslar 
bazarının 
konyunkturunun  təhlili  və  s.  müasir  bazara  çıxışın  əsasında 
dayanan  müqəddəm  şərtlərin  öyrənilməsi  qeyri-müəyyənliyin 
tədricən azalmasına gətirib çıxarır. 
 
Şək. 3.4. «X» firmasının iqtisadi fəaliyyətində qeyri-müəyyənliyin 
rolunun sadələşdirilmiş məntiqi sxemi. 
Tarazlıq  vəziyyətinə  gəldikdən  sonra  isə  «bumeranq» 
effekti  meydana  çıxır.  Çünki,  bu  halda  (yə’ni,  orta  vəziyyətə 
canatma)  sistemdaxili  elementlərin  davranışında  xaos  daha  da 
yüksəlir və s. 
Göründüyü  kimi,  söhbət  açdığımız  paradoksa  birölçülü 
məntiqi baxış kökündən yanlışdır. Bu problem yalnız çox- ölçülü 
determinizm  bazasında  adekvat  şəhrini  tapa  bilər.  Məsələn, 
deyək ki, bu paradoksun əksər keçid iqtisadiyyatlı 
132 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə