Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Şək. 3,3. Keçid iqtisadiyyatı şəraitində xarici ticarət uduşunun



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   40   41   42   43   44   45   46   47   ...   130

 
Şək. 3,3. Keçid iqtisadiyyatı şəraitində xarici ticarət uduşunun 
maksimumlaşdırdmasınm ümumiləşdirilmiş blok-sxemi 
Bütün bunlarla yanaşı, belə bir həqiqəti də unutmaq olmaz 
ki, sırf nəzəri ümumiləşdirməyə söykənməklə gəlinən nəticələri və 
inkişaf  etmiş  valyuta  bazannm  fəaliyyət  mexanizminə  xas  olan 
funksional-əməli  xarakter  daşıyan  prinsip  və  qaydaları  olduğu 
kimi keçid iqtisadiyyatı şəraitinə köçürmək qeyri-mümkündür. Bu 
mə’nada  ki,  Azərbaycanda,  eləcə  də  əksər  MDB  ölkələrində 
yuxarıda  təsvir  etdiyimiz  aspekt  çoxlu  sayda  məhdudiyyətlər 
çərçivəsinə düşür. 
Əvvəla,  əksər  MDB  ölkələrində  valyuta  bazarı  da  daxil 
olmaqla,  bütün  mal  və  xidmətlər  bazarıamında  informasiyanın 
asimmetrikliyi  mövcuddur.  Elə  buna  görə  də,  valyuta  məzənnəsi 
siyasətində  baş  verən  dəyişikliklərş  xarici  ticarətin  cavab 
reaksiyası həmişə ləngiyir; 
127 


ikincisi,  valy\ıta  məzənnəsi  ilə  ölkədaxili  istehsal  xərcləri 
arasında son dərəcə sıx qarşılıqlı bağlılıq vardır. Yə’ni, məzənnə 
siyasəti istehsal xərclərini yüksəltməklə kapitalın xarici bazarlara 
axınını  gücləndirə  bilər  ki,  bu  da  onsuz  da  «ucuz  bazar->baha 
istehsal»  dilemması  ilə  qarşılaşan  keçid  iqtisadiyyatlı  ölkələr,  o 
cümlədən  Azərbaycan  üçün  tamamilə  real  məzmun  kəsb  edir. 
Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  sözügedən  ölkələrdə istehsalın, 
eləcə  də  bütövlükdə  geniş  təkrar  istehsal  prosesinin  xarici 
ölkələrin  (bazar  iqtisadiyyatlı)  uzun  onilliklər  boyu  qərarlaşmış 
şəraitinə adaptasiyası üçün müəyyən vaxt tələb olunur. 
Üçüncüsü, MDB 
ölkələrinin 
bazar subyektləri 
kontragent  dəyişikliyini  sür’ətlə  həyata  keçirmək  imkanında 
deyildirlər.  Belə  ki,  milli  valyutanın  məzənnəsində  baş  verən 
dəyişiklik  həm  idxal,  həm  də  ixrac  sferasında  (xarici  ticarət 
şəraitinin  pisləşməsinin  qarşısını  almaq  məqsədi  ilə)  adekvat 
uyğunlaşma  tələb  edir.  Məsələn,  daha  ucuz  idxalata  (istehsal 
tə’yinatlı)  nail  olmaq  zəruriliyi  bu  qəbildən  olan  problemlər 
sırasında öncül yerlərdən birini tutur. 
Dördüncüsü, işçi 
qüvvəsinin minimal yaşayış 
səviyyəsinin  tə’minatı  sferasında  müəyyən  problemlərin 
mövcudluğu 
valyuta 
məzənnəsi 
siyasətinin 
həm 
formalaşdırılması,  həm  də  tətbiqi  baxımmdan  bir  sıra  spesifik 
cəhətlərin  nəzərə  alınmasını  labüdləşdirir.  Belə  ki,  real  bazarın 
formalaşmaqda  olduğu  bir  məkanda  valyutanın  devalvasiyası 
idxalat  qiymətlərini  yüksəltməklə  mövcud  sosial  problemləri 
daha da dərinləşdirə bilər. Digər tərəfdən, bu hal məcmu tələbin 
(alıcı 
tələbinin) 
zsinşijujkş 
(dəyercə) 
nşbşb 
gıyaqıa 
raikrosəviyyədə  ən  azı  əmək  haqqının  yüksəldilməsi  zəruriliyini 
ortalığa çıxarmaqla istehsal xərclərinin artımına və nəticə e’tibarı 
ilə  ixrac  qiymətlərinin  yüksəlməsinə  səbəb  olacaqdır.  Deməli, 
devalvasiyadan 
əldə 
edilməsi 
gözlənilən 
(ixracın 
artımı-qiymətlərin aşağı düşməsi hesabına) effekt əks istiqamətə 
yönələcəkdir. 
Eyni 
zamanda, 
göstərmək 
lazımdır 
ki, 
dünya 
iqtisadiyyatında  gedən  müasir  qloballaşma  prosesi  valyuta 
məzənnəsi və onun doğurduğu riskin mahiyyət və məzmununda 
güclü keyfiyyət dəyişikliyi meydana çıxarmışdır. Belə ki, maliyyə 
sferası demək olar ki, özü üçün işləyən 
128 


sahəyə 
çevrilməkdədir. 
Hal-hazırda 
gündəlik 
valyuta 
əməliyyatlarının  yalnız  10%-i  xarici  ticarətlə  bağlıdır. 
Ümumiyyətlə, qloballaşma prosesinin anatomiyasını tam şəkildə 
açmadan  da,  təkcə  bu  faktın  mövcudluğu  açıq-aydın  şəkildə 
göstərir  ki,  ölkənin  maliyyə  bazarının  (o  cümlədən,  bütövlükdə 
MDB  çərçivəsində)  tam  liberallaşdıniması,  başqa sözlə,  maliyyə 
sferasının  qloballaşması  prosesinə  qoşulma  araşdırdığımız 
problemə  keyfiyyətcə  yeni  çalarlar  gətirəcək  və  ona  yanaşmada 
ən’ənəvi  baxışları  bütövlükdə  aradan  qaldıracaqdır.  Düzdür, 
qeyd edilən aspekt daha çox kapitalın beynəlxalq miqrasiyası ilə 
bağlıdır.  Bununla  belə,  iqtisadi  prosesin  dəyişənlər  çoxluğu,  o 
cümlədən  valyuta  məzənnəsi  və  onun  tə’sir  dairəsi  maliyyə 
qloballaşmasından  kənarda  deyildir.  Buna  görə  də,  həmin 
dəyişikliyin  tə’sir  imkanlarını  inkar  etmək  məqsədəuyğun 
olmazdı. 
§4. BİRGƏ SAHİBKARLIĞIN İNKİŞAFI ZƏRURİLİYİ: 
PROBLEMİN QOYULUŞU 
Mə’lumdur ki, müasir qloballaşma prosesi, ələlxüsus keçid 
iqtisadiyyatlı ölkələr üçün mövcudluq və inkişafın xarici şəraitini 
kəskin  şəkildə  mürəkkəbləşdirir.  Bununla  əlaqədar  olaraq 
M.Kastells yazır ki, «...Cəmiyyətin ayrı-ayn elementlərinin qlobal 
şəbəkəyə inteqrasiya olunması nöqteyi- nəzərindən güclü ekzogen 
əlaqələr  və  asılılıq  meydana  çıxır...  Mərkəzə  qaçma  meylləri 
güclənir  ki,  bu  da  ən’ənəvi  endogen  əlaqələri  zəiflədir  və 
deformasiyaya uğradır. Nəticədə cəmiyyətin dağılması təhlükəsi 
meydana  çıxır»‘^^  Göründüyü  kimi,  qlobal  şəbəkə  tipli 
metasistemin  mövcudluğundan  bəhs  edən  müəllif  ən  aktual 
problemləri  belə  istehsal  amilləri  üzrə  məsrəflərə  ürcah  edir. 
Əslində,  qeyd  edilən  konseptual  baxış  əhəmiyyətli  dərəcədə 
reallıqdan uzaqdır. Belə ki, əvvəla qlobal şəbəkə tipli metasistem 
mövcud deyil. İkincisi, istehsal amilləri üzrə məsrəflərin səviyyəsi 
problemi  sosial  məsələlərlə  birbaşa  bağlılıqdadır  və  onlara 
ayn-ayrılıqda  yanaşmaq  metodoloji  baxımdan  düzgün  olmazdı. 
Üçüncüsü,  qlobal  şəbəkə  öz-özlüyündə  sözügedən  məsrəflərin 
azaldılması 
M.Castells. The Rise of Network Sosiety Malden. 1996. p.l4. 
129 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə