Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


sosial-siyasi  nəticə  çıxarılmasına  lüzum  yoxdur.  Digər  tərəfdən



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   19   20   21   22   23   24   25   26   ...   130

sosial-siyasi  nəticə  çıxarılmasına  lüzum  yoxdur.  Digər  tərəfdən, 
sahibkar  və  muzdlu  işçinin  mənafeləri  ziddiyyətli  vahidlik 
formasında  mövcuddur.  Başqa  sözlə,  bu  mənafelər  nə  qədər 
bir-birindən fərqlənirlərsə, bir o qədər də üst-üstə düşürlər. 
Formal məntiq çərçivəsindən çıxış etsək, qeyd etməliyik ki, 
əks halda biznesin təşkili ümumiyyətlə, qeyri-mümkün olardı. 
2)
 
Mənafelərin  yalnız  obyektiv  mahiyyətini  qəbul  edən 
iqtisadçı  və  sosioloqlar  mülkiyyətin  forma  müxtəlifliyi  əsasında 
onun  əlahiddələşdirilməsinə  cəhd  göstərir  və  dövlət-  özəl  sektor 
komponentlərini  antaqonist  xarakterli  münasibətlərin  və 
maraqların daşıyıcıları kimi hallandırırlar, 
Fikrimizcə, 
mənafelərin 
subyektlərini 
mülkiyyət 
mənsubiyyətinə görə qarşı-qarşıya qoymaq həm nəzəri-metodoloji, 
həm  də  praktiki  baxımdan  yanlışdır.  Belə  ki,  əvvəl  a,  mülkiyyət 
mənsubiyyətindən  asılı  olmayaraq  real  bazar  şəraitində  fəaliyyət 
göstərən  iqtisadi  strukturların  məqsəd  və  vəzifələrində  ümumi 
cəhətlər,  uyğunluq  daha çoxdur.  Bütün  iqtisadi  vahidlər fəaliyyət 
müstəqilliyi  və  zəruri  inkişaf  tempinə  malik  olmaq  istəyində  eyni 
cəbhədən çıxış edirlər; İkincisi, əksər hallarda həm dövlətin, həm 
də özəl sektorun struktur bölmələri əlverişli sosial-iqtisadi siyasətin 
həyata keçirilməsində hökumətə birlikdə təsir göstərirlər. Əlbəttə, 
ümummilli  mənafenin  öncüllüyünü  əsas  götiüən  dövlət  hər  iki 
tərəfin inkişaf sürətləri arasında konkret zaman kəsiyində müəyyən 
nisbətlərin (birincilərin üstünlüyü baxımından) bərqərar olmasına 
təsir göstərə bilər. Lakin, bu hal heç də.mülkiyyət foiTnalarına görə 
mənafelərin differensasiyasına əsas vermir; 
3)
 
Keçid dövrünün spesifik çətinlikləri və onların yaratdığı 
sosial-iqtisadi  situasiyaların  səthi  anlamına  əsaslanan  müəlliflər 
mənafelərin  funksional-sahəvi  müstəvi  üzərində  fərqləndirilməsi 
tələbi  ilə  çıxış  edir  və  ticarət,  maliyyə,  xidmət  və  s.  sferalarla 
müqayisədə  istehsala  üstünlük  verilməsini  və  uyğun  strukturlann 
mənafe təminatının ön plana çəkilməsini zəmri sayırlar. Şübhəsiz, 
məhz müasir dövrün xarakteri baxımından yanaşıldıqda bu bölgü 
daha real 
64 


görünür.  Əlbəttə,  maddi  nemətlər  istehsalının  cəmiyyətin 
həyatında  oynadığı  mühüm  rol  inkar  edilə  bilməz.  Lakin,  bazar 
iqtisadiyyatı  çərçivəsində  iqtisadi  fəaliyyətin  istehsaldan  yox, 
tədavüldən  başladığını  və  bütövlükdə,  milli  mənafenin 
tədavül—>istehsal->tədavül  (həm  daxili,  həm  də  xarici  kəsimdə) 
triadası  üzrə  münasibətlər  kompleksinin  təşkili  səviyyəsindən 
asılılığını  qəbul  ediriksə,  onda  mənafelərin  funksional-sahəvi 
bölgüsünü  absolyuta  yüksəltməyə  lüzum  qalmır.  Beləliklə,  milli 
mənafenin  subyekt  tərkibini  yuxarıda  göstərilənlər  əsasında 
təsnifləşdirmək mümkünsüzdür. 
§3. ÜMUMMİLLİ MƏNAFELƏRİN TƏMİNATINDA 

SUBYEKT SEÇİMİ PROBLEMİ 
Ümumdövlət səviyyəsində milli mənafelərin subyektləri kimi 
əksər  hallarda  dövlət  və millət  götürülür.  Eyni  zamanda,  bir  çox 
tədqiqatçılar vətəndaş cəmiyyətinə daha böyük əhəmiyyət verirlər. 
Subyektlərin~göstərflən səpgidə bölgüsü əsasən onunla əlaqədardır 
ki, ölkənin ümümmilli mənafeyi bir qayda olaraq xarici amillərin 
təsiri  ılə^səcı^ələnir.  Buna  görə  də,  dövlət  həmin  münasibətlərin 
(daxili  mənafe'  tarazlığı  da  nəzərə  alınmaqla)  birbaşa  daşıyıcısı 
kimi  çıxış  edir. Bu fikri millət  haqqında  da  deməlc  mümkündür. 
Lakin  millətin  mənafe  daşıyıcısı  kimi  rolu  dövləfə“V^'"vərəndaş 
cəmiyyətinə 
nisbətdə 
cl^a 
geniş. 
dahk.əhatəli-JvaZdahi'mücərrəddir.  N.Berdyayevin  sözləri  ilə 
desək: «...Millət anlayışına təkcə bəşər aləmi deyil, eləcə də məbəd, 
saray  və  imarətlərin  tikildiyi  daşlar,  qəbir  daşları,  köhnə 
əlyazmalar və kitabələr daxildir. Millətin iradəsini anlamaq üçün 
həmin  daşları  eşitmək,  saralmış  səhifələri  oxumaq  lazımdır»'*“. 
Əksər  inkişaf  etmiş  ölkələrdə  «millilik»  «millət»  terminləri  ilə 
«dövlət» termini eyni mahiyyətli anlayışlar kimi qəbul edilir. Yəni 
«milli-dövlət  mənafeyi»  və  «ümummilli  mənafe»  arasında 
məzmunca heç bir fərq qoyulmur. 
40 
H.BepAfles -HJioco(l)Hfl HepaBencTBa. M: 1990; CTp.lOI, 
65 


Fikrimizcə,  nəinki  tarixi-xronoloji  baxımdan  yanaşdıqda, 
hətta müasir dövrün reallıqlarından çıxış etməklə, həmin anlayışın 
mahiyyət eyniliyini qəbul etmək düzgün olmazdı. 
Dövlət  mənafeyi  ilaonüli  mənafe,  eləcə  də  korporativ 
mənafelər  (vətəndaş  cəmiyyəti  yə  onun  stmkto  bölmələrinin 
mənafeyi) heç də həmişə üst-üstə düşmür. Məsələn, F.Qrif özünün 
«Etnik qrupların konqresə təsiri» məqaləsində yazır ki, «...Əslində 
gözə görünməyən bu qruplar (lobbi təşkilatları - kursiv Ə.B.) bütün 
Amerika üçün mühüm qərarları formalaşdırır, bəzən isə onların 
dəyişməsinə təsir göstərirlər»"'. Beləliklə, bir sıra iqtisadçıların"^ 
«millə^tfdövlət+vətəndaş cəlmyyəfnTBı® etmək real inkişaf 
prosesinə bəsitləşdirilmiş riyazi məntiq prizmasından baxmaq 
demək olardı. 
Belə  tərzdə  fikirlərin  meydana  çıxmasında  bayaq  qeyd 
etdiyimiz'mexanizmlə bahəm: 
a)Millət  anlayışının  mahiyyətinə  primitiv  yanaşma; 
b)Vətəndaş  cəmiyyəti  ilə  demokratik  cəmiyyəti  eyniləşdirmə; 
v)Neoklassik  paradiqmanm-^tatik.  tarazlığın-əsiri  olma  və  s. 
amillər həlledici rol oynarhışlar. 
Yəni, bu gün kiməsə sübut etməyə ehtiyac varmı ki, sırf milli 
özünəməxsusluqla 
bağlı 
olan 
cəhətlərin 
mövcudluğuna 
baxmayaraq, onun konkret subyekti yoxdur? Və, hər şeydən əvvəl 
ona  görə  ki,  millət  bütövlükdə  mənafelərin  mövcudluğunu  ehtiva 
edir  və  onun  daşıyıcısı  kimi  yalnız  mücərrəd  anlamda  çıxış  edə 
bilər. Əlbəttə, belə bir fikirlə tam razıyıq ki, ümummilli mənafenin 
təminatı  kontekstində  dövlət  ümumiliyi,  vətəndaş  cəmiyyəti  isə 
xüsusiliyi (eqoizmi, ayrı-ayrı sosial qrup və fərdlərin mənafelərini) 
əks etdirir. Bu, həqiqətən də belədir. Amma, kim, harda və nə vaxt 
sübut  edib  ki,  dövlətin  əks  etdirdiyi  «ümumilik»  ümummillilik 
deməkdir?  İctimai  praktika  artıq  çoxdan  qərarlaşdınb  ki,
 
milli—»ictimai 
yanaşmalar arasında bərabərlik işarəsi qoymaq ən azı zaman 
■*' F.Grif-«Knight-Ridder Newspapers» qəzeti 17.VIII, I995-ci il. 
Э.Поздняков-Нация, государство, национальные интересы, 
Россия.//Вопросы экономики. №2. 1994 г. стр. 67. 
66 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə