uyğundur, onda söhbət açdığımız qarşılıqlı tə’sirin müxtəlif
məzmunlu nəticələrini aşağıdakı məntiqi sxem şəklində ifadə
etmək olar (şək. 3.2.).
Şək. 3.2. Valyuta məzənnəsi və pul-kredit siyasətinin
makroiqtisadi göstəricilərə tə’sirinin blok-sxemi.
MDB iqtisadi qruplaşmasına daxil olan ölkələrin təcrübəsi
birmə’nalı şəkildə göstərir ki, valyuta məzənnəsi ilə makroiqtisadi
siyasət arasında üzvi bağlılıq olmalıdır.
Göründüyü kimi, valyutanın məzənnəsi və bütövlükdə
pul-kredit
siyasətinin
xarici
ticarət
uduşunun
maksimumlaşdırılması istiqamətində istifadəsi heç bir vəchlə
birtərəfli səciyyə daşıya bilməz. Eyni zamanda, məzənnə siyasətinin
tətbiqini də (formasından asılı olmayaraq) sırf nəzəri, ələlxüsus
klassik modelə söykənməklə həyata keçirilməsi yalnışlıqdır.
Klassik nəzəri yanaşmaya görə, sərbəst məzənnə ölkənin
müqayisəli üstünlüklərə malik olduğu sferalarda ixrac
potensialının artımına və nəticə olaraq, beynəlxalq əmək
bölgüsündə iştirakın optimallaşdırılmasma şərait yaradır. Lakin,
müasir dövrün reallıqları sözügedən problemə baxışın
124
klassik yozumunu birmə’nah şəkildə rədd edir. Valyutanın
məzənnəsinə tə’sir göstərmək imkanında olan amillərin say
çoxluğu və bunun ucbatından da hətta orta müddətli
proqnozlaşdırmanın mümkünsüzlüyü inkişaf səviyyəsindən asılı
olmayaraq əksər ölkələr üçün iqtisadi təhlükəsizlik baxımından
son dərəcə təhlükəlidir.
Və, təsadüfi deyildir ki, tam sərbəst məzənnə siyasətinə çox
nadir hallarda, o da çox qısa zaman intervalmda rast gəlinir.
Bütün bunlar heç də o demək deyildir ki, tənzimlənən
(fiksasiya edilmiş və s.) məzənnə siyasəti daha məqsədəmüvafiqdir.
Məsələ burasındadır ki, sözügedən formada siyasətin tətbiqi ən azı
makroiqtisadi sabitliyin mövcudluğunu və mühafizəsini tələb edir.
Bu halda milli hökumətin əsas problemi «xarici tarazlığın»
formalaş- dırılmasının üzərinə düşür ki, bu da ən çoxu
ortamüddətli dövrü əhatə edə bilər.
Əks-təqdirdə,
neoklassik
«bataqlıqdan»
qurtulmaq
mümkün olmayacaqdır.
Ümumiyyət]Əj^.yalyııtanın məzənnə siyas^ ilə_ bağlı həm inkişaf
etmiş ölkələrin təcf^ələfmin təhlili, həm də keçı3~ İqtisadiyyatı şəraitində
10 illik dinamikanın empirik ' 7 araşdırılması belə bir qənaəti ortalığa
qoyur ki;
' T'
1)
Bu problemin birdəfəlik həlli yoxdur;
2)
Məzənnə siyasəti ölkənin həm siyasi, həm də iqtisadi
prioritetlərindən diızmütənasib asılıqdadır;
3)
Nəbayət, məzənnə siyasəti makroiqtisadi və sosial
inkişafın
başlıca
istiqamətlərinin
ümumuyğunluğuna
söykənməlidir.
Bu istiqamətdə apardığımız araşdırmaların yekununu belə
bir tezislə ifadə etmək olar: Valyuta məzənnəsinin dəyişikliyindən
əldə edilən effekt stimullaşdırıcı xarakter daşıyan pul-kredit və
büdcə siyasətindən tərs-mütənasib asılılıqdadır. Başqa sözlə
deyilən
şərtlər
çərçivəsində
devalvasiya
infliyasiyanın
güclənməsinə gətirib çıxaracaqdır.
Eyni zamanda, iqtisadi leksikonda müəyyən mövqe tutan
problemlər sırasında valyuta siyasətinin, ələlxüsus mübadilə
125
məzənnəsinin ölkənin ixracatının rəqabətqabiliyyətliliyinin
yüksəldilməsinə tə’siri məsələsi son dövrlərdə daha tez-tez
səsləndirilir.
Bu cür yanaşmanın real arqumentləri, əlbəttə ki, olmamış
deyil. Əvvəllərdə qeyd etdiyimiz kimi milli valyutanın məzənnəsi
və onda baş verən dəyişikliklər bütövlükdə iqtisadi fəaliyyətin
dinamikasında mühüm rollardan birini oynayır. Elə məhz birini!
Yə"ni, ixracla bağlı qeyd etdiyimiz məsələdə valyuta məzənnəsini
başlıca amil kimi qəbul etmək və bu prosesdən digər amilləri
sərf-nəzər etmək qətiyyən düzgün yanaşma sayıla bilməz. Hətta,
en bəsit formada problemə yanaşsaq, onda azı 3 amilin sıx
funksional bağlılıqda olduğunu və məhz bu bağlılığın ixracatın
rəqabətqabiliyyətliliyin yüksəldilməsində əsas rol oynadığını
açıq-aydın şəkildə görə bilərik:
Burada:
- İxracın rəqabətqabiliyyətliliyi;
- Valyutanın məzənnəsi;
Mk - Məhsulun keyfiyyəti;
Dı,;, - Dünya bazannda formalaşmış situasiyaya
adaptasiya olunma.
Yuxarıda əks etdirdiyimiz eyniyyət əslində sözügedənlər
arasında maksimum sadələşdirilmiş bağlılığı ehtiva edir.
ixracatın rəqabətqabiliyyətliliyi çoxlu sayda amillərdən
birbaşa asılılıqdadır və onu ticarət siyasətinin çərçivəsi ilə
məhdudlaşdırmaq
qeyri-mümkündür.
Apardığımız
araşdırmaların nəzəri ümumiləşdirilməsi bütövlükdə xarici
ticarət siyasəti ilə bağlı sırf funksional aspektdə aşağıdakı
blok-sxem şəklində ifadə oluna bilər (şək. 3.3.).
Bu baxımdan tək bircə məsələni qeyd etmək zəruridir ki,
bütün bunların fonunda birbaşa ixrac subsidiyalardan istifadə
olunması daha böyük effekt verə bilərdi. Lakin, Ümumdünya
Ticarət Təşkilatının üzvü olmaq istəyən ölkənin bu üsuldan
yararlanması qeyri-mümkündür. Ona görə ki, bu sözügedən
təşkilatın prinsiplərinə ziddir.
126
Dostları ilə paylaş: |