çilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun irsinin
tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və
iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata
keçirilməsi, Azərbaycan tarixi, mədəniyyəti, dili və digər milli-mənəvi
sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya
mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda
tanıdılması, regional, beynəlxalq konfrans, simpozium və digər tədbirlərin
keçirilməsi istiqamətində fəaliyyət göstərir. Mərkəz həmçinin digər
ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil,
mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə
layihələr həyata keçirərək Müasir Azərbaycanın, Bakının rəmzinə çevrilib.
Mərkəzin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən
gələcəyə bağlılığını təcəssüm etdirir, onun loqosu məhz bu ideyadan
yaranıb, loqosun gümüşü rəngi özündə bütün maneələri aşmağı, hədəfə
doğru addımlamağı, liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq,
inkişaf və innovasiya rəmzidir. Loqosu qurumun üzərinə düşən vəzifələrin
rəmzi olaraq təsvir etməklə yanaşı, milli və bəşəri dəyərlərin, dövlətçilik
ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını tərənnüm edir. Mərkəzin
“Gələcəyə dəyərlərlə!” şüarı da bu ideyadan yaranıb.
Heydər Əliyev
Mərkəzi - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr
2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və
azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği,
Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin
yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər
Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir. Mərkəz 101,801 m^
ərazini əhatə edir. Binanın tikinti prosesi, dünyanın ən mürəkkəb və maraqlı
müasir memarlıq layihələrinə həsr edilən, Discovery Science və Discovery
Channel vasitəsiylə yayımlanan məşhur Build It Bigger verilişində
işıqlandırılmışdır. Verilişdə Denni Foster qeyd edib ki, "Bu, sadəcə
mədəniyyət mərkəzi deyil, həm də dünyada öz yerini tutmaq üçün bir
vasitədir."
10 may 2012-ci ildə mərkəzin təntənəli açılış mərasimi olmuş və
bu hadisə Heydər Əliyevin 89-cu doğum gününə təsadüf etmişdir.
Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və onun
xanımı Mehriban Əliyevada iştirak etmişlər. 2013-cü ilin oktyabrında
Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında
təqdim edilmişdir. 2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin
binasının dizaynına görə "Design Museum" təşkilatı Zaha Hadidə "İlin
dizaynı 2014" mükafatını verib. Z.Hadidə mükafat Bakıda təqdim edilib.
649
Kompleksin ərazisi 15,93 ha-dır, onun layihəsində, demək olar ki, düz
xəttlərdən istifadə edilməmişdir. Bina özü dalğavari quruluşa malik olmaqla
yerlə təmas edərək düzgün və harmonik görüntü formalaşdırır. Belə bir
memarlıq quruluşu postmodernist memarlığı təmsil etməklə, həm də
sonsuzluq effekti formalaşdınr. Binanın xəttləri sanki keçmişlə gələcəyin
birləşməsini simvolizə edir, onun inşası zamanı, ümumi uzunluğu 90 km
olan dəmir konstruksiyalar şəbəkəsindən istifadə edilmişdir. Dam
örtüyünün quraşdıniması zamanı, ümumi sahəsi 4 ha olan və 12027 ədəd
xüsusi tərkibli müxtəlif ölçülü və üçbucaq, düzbucaqlı, trapes, paraleloqram
həndəsi formalı panellərdən istifadə olunmuşdur. Mərkəzin inşasında
istifadə olunmuş ağ rəng parlaq gələcəyin simvolu olmaqla, həm də
memarlıq detallarının seçilməsi məqsədini güdür. Ağ rəng sayəsində bina
üzərinə düşən işıq şüaları əks olunaraq onu tamamilə əhatə edir və binanın
qabarıq hissələrini bir qədər artıq vurğulayır. Əsas binadan başqa
kompleksə yeraltı avtomobil dayanacağı və 13,58 ha əraziyə malik park da
daxildir. Kompleksin ərazisində 2 dekorativ hovuz və süni göl vardır.
Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi,
sərgi zalları və "Auditorium". Binanın doqquz mərtəbəli hissəsində sərgi
zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli "Auditorium"
hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir,
binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi
də formalaşdırılmışdır. Binanın tərkibində müxtəlif interaktiv məlumat
köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər keçirilən tədbirlər və
sərgilər haqqında məlumat əldə edə bilirlər. Heydər Əliyev muzeyi -
mərkəzin ən cəlbedici hissələrindən birində fəaliyyət göstərir, dizaynı və
burada tətbiq olunan yeni texnologiyalar ilə fərqlənir. Heydər Əliyevin
həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada Heydər
Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində
həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual
formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək
istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zal fəaliyyət
göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin
müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalıdır.
Muzeyin "Beynəlxalq əlaqələr" bölməsində məlumatlar xüsusi qlobus
vasitəsilə çatdırılır və onun üzərində yerləşən hər hansı ölkənin adma
toxunduqda. Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi
görüşlər ekranda öz əksini tapır. Muzeydə təqdim olunan Heydər Əliyevin
hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq
görüldüyü orden və medallar, dünya ölkələrinin
650