Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə292/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   288   289   290   291   292   293   294   295   ...   298

çilik  fəlsəfəsi  və  azərbaycançılıq  məfkurəsinin  öyrənilməsi,  onun  irsinin 

tədqiqi  və  təbliği,  elm,  təhsil,  mədəniyyət,  səhiyyə,  idman,  ekologiya  və 

iqtisadiyyatın  inkişaf  etdirilməsinə  xidmət  edən  layihələrin  həyata 

keçirilməsi,  Azərbaycan  tarixi,  mədəniyyəti,  dili  və  digər  milli-mənəvi 

sərvətlərinin  beynəlxalq  aləmdə  tanıdılması  və  təbliği,  eləcə  də  dünya 

mədəniyyətinin,  müxtəlif  sivilizasiya  nümunələrinin  Azərbaycanda 

tanıdılması, regional, beynəlxalq konfrans, simpozium və digər tədbirlərin 

keçirilməsi  istiqamətində  fəaliyyət  göstərir.  Mərkəz  həmçinin  digər 

ölkələrin  analoji  qurumları,  araşdırma  mərkəzləri  ilə  elm,  təhsil, 

mədəniyyət,  iqtisadiyyat,  idman,  ekologiya  kimi  müxtəlif  sahələrdə  birgə 

layihələr həyata keçirərək Müasir Azərbaycanın, Bakının rəmzinə çevrilib. 

Mərkəzin  binası  bugünkü  Azərbaycanın  dinamik  inkişafını,  keçmişdən 

gələcəyə  bağlılığını  təcəssüm  etdirir,  onun  loqosu  məhz  bu  ideyadan 

yaranıb,  loqosun  gümüşü  rəngi  özündə  bütün  maneələri  aşmağı,  hədəfə 

doğru  addımlamağı,  liderlik,  mübarizlik,  dinamiklik,  müdriklik,  şəffaflıq, 

inkişaf və innovasiya rəmzidir. Loqosu qurumun üzərinə düşən vəzifələrin 

rəmzi  olaraq  təsvir  etməklə  yanaşı,  milli  və  bəşəri  dəyərlərin,  dövlətçilik 

ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını tərənnüm edir. Mərkəzin 



“Gələcəyə  dəyərlərlə!”  şüarı  da  bu  ideyadan  yaranıb.  Heydər  Əliyev 

Mərkəzi  - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 

2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında  yaradılıb, Azərbaycan 

xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  dövlətçilik  fəlsəfəsi  və 

azərbaycançılıq  məfkurəsinin  dərindən  öyrənilməsi,  geniş  təbliği, 

Azərbaycan  tarixi  və  dilinin,  mədəniyyətinin,  milli-mənəvi  dəyərlərinin 

yaşadılması  istiqamətində  sistemli  fəaliyyət  göstərir.  Azərbaycan 

Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər 

Əliyev  Mərkəzinin  Əsasnaməsi  təsdiq  edilmişdir.  Mərkəz  101,801  m^ 

ərazini əhatə edir. Binanın tikinti prosesi, dünyanın ən mürəkkəb və maraqlı 

müasir memarlıq layihələrinə həsr edilən, Discovery Science və Discovery 

Channel  vasitəsiylə  yayımlanan  məşhur  Build  It  Bigger  verilişində 

işıqlandırılmışdır.  Verilişdə  Denni  Foster  qeyd  edib  ki,  "Bu,  sadəcə 



mədəniyyət  mərkəzi  deyil,  həm  də  dünyada  öz  yerini  tutmaq  üçün  bir 

vasitədir."

 

10 may 2012-ci ildə mərkəzin təntənəli açılış mərasimi olmuş və 



bu  hadisə  Heydər  Əliyevin  89-cu  doğum  gününə  təsadüf  etmişdir. 

Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev və onun 

xanımı  Mehriban  Əliyevada  iştirak  etmişlər.  2013-cü  ilin  oktyabrında 

Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında 

təqdim  edilmişdir.  2014-cü  ilin  iyununda  Heydər  Əliyev  Mərkəzinin 

binasının  dizaynına  görə  "Design  Museum"  təşkilatı  Zaha  Hadidə  "İlin 

dizaynı 2014" mükafatını verib. Z.Hadidə mükafat Bakıda təqdim edilib. 

649 



Kompleksin  ərazisi  15,93  ha-dır,  onun  layihəsində,  demək  olar  ki,  düz 

xəttlərdən istifadə edilməmişdir. Bina özü dalğavari quruluşa malik olmaqla 

yerlə  təmas  edərək  düzgün  və  harmonik  görüntü  formalaşdırır.  Belə  bir 

memarlıq  quruluşu  postmodernist  memarlığı  təmsil  etməklə,  həm  də 

sonsuzluq  effekti  formalaşdınr.  Binanın  xəttləri  sanki  keçmişlə  gələcəyin 

birləşməsini  simvolizə  edir,  onun  inşası  zamanı,  ümumi  uzunluğu  90  km 

olan  dəmir  konstruksiyalar  şəbəkəsindən  istifadə  edilmişdir.  Dam 

örtüyünün quraşdıniması zamanı, ümumi sahəsi 4 ha olan və  12027 ədəd 

xüsusi tərkibli müxtəlif ölçülü və üçbucaq, düzbucaqlı, trapes, paraleloqram 

həndəsi  formalı  panellərdən  istifadə  olunmuşdur.  Mərkəzin  inşasında 

istifadə  olunmuş  ağ  rəng  parlaq  gələcəyin  simvolu  olmaqla,  həm  də 

memarlıq detallarının seçilməsi məqsədini güdür. Ağ rəng sayəsində bina 

üzərinə düşən işıq şüaları əks olunaraq onu tamamilə əhatə edir və binanın 

qabarıq  hissələrini  bir  qədər  artıq  vurğulayır.  Əsas  binadan  başqa 

kompleksə yeraltı avtomobil dayanacağı və 13,58 ha əraziyə malik park da 

daxildir.  Kompleksin  ərazisində  2  dekorativ  hovuz  və  süni  göl  vardır. 

Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, 

sərgi  zalları  və  "Auditorium".  Binanın  doqquz  mərtəbəli  hissəsində  sərgi 

zalları,  ofislər,  həmçinin  kafelər  yerləşir.  Dörd  mərtəbəli  "Auditorium" 

hissəsində  iki  konfrans  salonu,  görüş  otaqları  və  media  mərkəzi  yerləşir, 

binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi 

də  formalaşdırılmışdır.  Binanın  tərkibində  müxtəlif  interaktiv  məlumat 

köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər keçirilən tədbirlər və 

sərgilər  haqqında  məlumat  əldə  edə  bilirlər.  Heydər  Əliyev  muzeyi  - 

mərkəzin  ən  cəlbedici  hissələrindən  birində  fəaliyyət  göstərir,  dizaynı  və 

burada  tətbiq  olunan  yeni  texnologiyalar  ilə  fərqlənir.  Heydər  Əliyevin 

həyat  və  fəaliyyətinin  müxtəlif  dövrlərini  əks  etdirir.  Burada  Heydər 

Əliyevin  həm  Sovet  hakimiyyəti  dövründə,  həm  də  müstəqillik  illərində 

həyata  keçirdiyi  fəaliyyət  konsepsiyasının  müxtəlif  aspektləri  virtual 

formada  təqdim  edilir.  Heydər  Əliyev  haqqında  çəkilən  filmləri  izləmək 

istəyənlər  üçün  müasir  avadanlıqlarla  təchiz  edilmiş  xüsusi  zal  fəaliyyət 

göstərir.  Muzeydə  maraq  doğuran  bölmələrdən  biri  də  ümummilli  liderin 

müxtəlif  ölkə  rəhbərləri  ilə  görüşlərini  əks  etdirən  multimediya  zalıdır. 

Muzeyin  "Beynəlxalq  əlaqələr"  bölməsində  məlumatlar  xüsusi  qlobus 

vasitəsilə  çatdırılır  və  onun  üzərində  yerləşən  hər  hansı  ölkənin  adma 

toxunduqda. Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi 

görüşlər ekranda öz əksini tapır. Muzeydə təqdim olunan Heydər Əliyevin 

hərbi  və  mülki  geyimləri,  iş  masası,  şəxsi  əşyaları,  müxtəlif  illərdə  layiq 

görüldüyü orden və medallar, dünya ölkələrinin 

650 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə