Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə291/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   287   288   289   290   291   292   293   294   ...   298

Hər uğurun gələcəyə bir yol açır, 

Hər dost elə xoş niyyətin işıq saçır. 

Hər millətə, hər məzhəbə isti, açıq 

Qucağına canım qurban, Azərbaycan! 

Başım üstdə məğrur-məğrur 

dalğalanan Bayrağına canım qurban, 

Azərbaycan! Ruhuma büt, cismim 

üçün vətən olan Torpağına canım 

qurban, Azərbaycan! 

Nəriman Həsənzadə 

MÜƏLLİM 

Hər kəsin müqəddəs ocaq sandığı, 

Məktəb dediyimiz bir türbəsi var. 

Şahın da, hökmün də arxalandığı. 

Müəllim adlanan bir qibləsi var. 

Müdrik müəllimin hər imtahanı Aqil 

kürəyində qayğı əlidir. 

Müəllim önündə diz çöküb hamı. 

Böyük ehtiramla baş əyməlidir. 

Anamın ağ kəlağayı 

Açılanda səhər idi. 

Ömrümüzə nəmər idi. 

Günəş üzə qəmər idi 

Anamın ağ kəlağayı. 

Buludlarla yarışardı. 

Baxanda göz qamaşardı. 

Anama çox yaraşardı. 

Anamın ağ kəlağayı. 

Atam öldü uçdu qaya. 

Hamı gəldi bu haraya. 

Döndü qara kəlağaya. 

Anamın ağ kəlağayı. 

Yetimliyim yaddaş olub, 

İpəkliyə yad, daş olub. 

Məzar üstə ağ daş olub. 

Anamın ağ kəlağayı. 

Rübail (şair-ekopatoloq) 

645 



Azərbaycan Respublikasının heç bir ölkədə 

analoqu olmayan sosial-ekoloji və iqtisadi inkişafı 

daha intensiv və dinamik sürətli templə davam edir 

 

Şəkil 1. Heydər Əliyev fondu 



Heydər  Əliyev  Fondu  -  qeyri-hökumət,  qeyri-kommersiya 

təşkilatıdır,  Ulu  Öndər  Heydər  Əliyevin  xatirəsinə  Azərbaycan  xalqının 

ehtiramını  ifadə  etmək,  onun  zəngin  mənəvi  irsini  əks  etdirmək, 

azərbaycançılıq  fəlsəfəsinin  Azərbaycan  üçün  əhəmiyyətini  vurğulamaq, 

milli  dövlətçilik  ideyalarını  yeni  nəsillərə  aşılamaq  məqsədi  ilə 

yaradılmışdır.Fondun rəsmi açdışı 10 may 2004-cü ildə olmuşdur. Heydər 

Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Azərbaycan 

Respublikası Milli Məclisinin deputatı, UNESCO-nun və ISESCO-nun 

Xoşməramlı səfiri Mehriban Əliyevadır. 

Heydər  Əliyev  Fondunun  əsas  məqsədləri:  Heydər  Əliyevin 

Azərbaycanın  sosial-iqtisadi,  mədəni  tərəqqisi,  sivil  dünya  birliyinə 

inteqrasiyası,  Azərbaycan  xalqının  maddi  rifahının  yaxşılaşması  naminə 

müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu 

ideyaların  həyata  keçirilməsinə  dəstək  vermək;  ölkəmizin  tərəqqisi  və 

xalqın  rifahının  yaxşılaşmasına  xidmət  edən  geniş  miqyaslı  proqram  və 

layihələrin  reallaşmasına  kömək  etmək;  elm,  təhsil,  mədəniyyət,  səhiyyə, 

idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçir 

646 



mək;  respublikanın  və  xarici  ölkələrin  təhsil  müəssisələri  ilə  əməkdaşlıq 

etmək; elmi tədqiqatların aparılmasına  yardım  göstərmək, xarici ölkələrin 

tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək

 

Şəkil 2. Fondun binasında foyenin interyeri 

ölkənin  yaradıcı  və  elmi  potensialının  artırılmasına  kömək  etmək;  uşaq 

müəssisələrinin  infrastrukturlarını  inkişaf  etdirmək;  insanların  yaradıcı 

potensialının, bilik  və bacarıqlarının aşkara  çıxarılmasına, qabiliyyətlərini 

göstərməsinə,  inkişaf  etdirməsinə  yardım  etmək;  uşaq  və  gənclərin 

hərtərəfli biliklərə malik vətəndaş kimi  yetişdirilməsi işinə xidmət etmək, 

yerli  əhəmiyyətli  sosial  problemlərin  həllinə  yardımçı  olmaq,  xüsusi 

qayğıya ehtiyacı olan insanlara kömək göstərmək; səhiyyə və tibbi 

647 



təsisatları  inkişaf  etdirmək;  ekologiya  sahəsində  mühüm  tədqiqatları 

dəstəkləmək;  sağlam  həyat  tərzini  təbliğ  etmək;  Azərbaycan 

mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı 

aparılan  işlərə  kömək  etmək;  uşaqların,  yaradıcı  gənclərin,  incəsənət 

xadimlərinin  sərgilərini  təşkil  etmək,  Azərbaycan  Respublikasının 

beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə 

yardım  göstərmək;  Azərbaycan  həqiqətlərini  dünya  ictimaiyyətinə 

çatdırmaq,  dini  tolerantlığın  bərqərar  olmasına,  vətəndaş  cəmiyyəti 

quruculuğuna,  qloballaşan  dünyaya  inteqrasiya  prosesində  milli-mənəvi 

dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, respublikanın və xarici 

ölkələrin  fondları,  QHT-ləri,  ictimai  təşkilatları  ilə  əməkdaşlığı 

genişləndirmək,  onlarla  birgə  layihələr  həyata  keçirmək;  Respublika 

ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil 

etmək. 


 

Şəkil 3, Heydər Əliyev Mərkəzi 

Müasir  Azərbaycanda  demokratik,  hüquqi  dövlət  quruculuğu 

prosesi,  vətəndaş  cəmiyyətinin  formalaşması,  əsaslı  siyasi  və  iqtisadi 

islahatların  həyata  keçirilməsi,  ölkəmizin  dünyada  etibarlı  tərəfdaş  kimi 

tanınması  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  adı  ilə 

bağlıdır.  Möhkəm  təməl  və  milli  dəyərlər  üzərində  müasir  dövlətin 

qurulması,  xalqımızın  milli  ideya  ətrafında  birləşməsi,  azərbaycançılıq 

ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi. Mərkəz 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət 

648 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə