Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə294/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   290   291   292   293   294   295   296   297   298

Cənubi  Qafqazda  çox  məşhurdur.  Azərbaycandakı  digər  ən  məşhur 

şəlalələrdən biri də Quba rayonu ərazisində Vəlvəliçay üzərindəki məşhur 

Afurca  şəlaləsidir.  Bu  şəlalə  dövlət  tərəfindən  mühafizə  olunur.  Qusarın 

dağ  və  dərələrində  də  öz  mənzərəsi  ilə  diqqəti  çəkən  şəlalələr  vardır. 

Onların  ən  məşhuru  Laza  və  Şahnabaz  şəlalələridir.  Qusarın  Laza 

kəndindən  Qubanın  Xınalıq  kəndinə  olan  məsafə  boyunca  qayalıqlardan 

müxtəlif  ölçülü  (hündürlüyü  150  m-ə  qədər)  şəlalələr  axır.  Yardımlı 



rayonunun Peştəsər və Ostayır kəndinindəki şəlalələr də məşhurdur. Bu 

rayonun  ərazisindəki  Təkdam  şəlaləsi  də  turistlərin  diqqətini  cəlb  edir. 

İsmayıllı  rayonu  ərazisində  hündürlüğü  50  metrə  çatan  Qalacıq  və 

Burovdal,  30  metr  yüksəklikdən  tökülən  Çayqovuşan,  25  metrlik 

hündürlükdən  axan  İstisu,  Pirbənövşə  və  Mədrəsə  şəlalələri  də 



əsrarəngiz  gözəlliyə  malikdir.  Balakən  rayonu  ərazisindəki  Katex-  çay 

şəlaləsi  isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Şəlalə Zaqatala dövlət 

təbiət  qoruğunun  ərazisinə  daxildir.  Şəlalənin  hündürlüyü  20  metrə 

yaxındır.  Katexçay  şəlaləsi  Azərbaycanın  ən  bolsulu  şəlaləsidir. 

Oğuz-Qəbələ yolunun kənarında yerləşən Yeddi Gözəl şəlaləsi də təbiətə 

yaraşıq  verən  mənzərədir.  Qax  rayonundakı  İlisu  şəlaləsinin  hündürlüyü 

təxminən  25  metrdir,  şəlalə  rayonun  hündür  ərazisində  yerləşir  və  ona 

çatmaq  üçün  ən  azı  yarım  saatlıq  yolu  piyada  qət  etmək  lazım  gəlir. 

Hündürlüyə  qalxmağı  bacarmayanlar  üçün  nəqliyyat  vasitələri  də  həmin 

ərazidə fəaliyyət göstərir. 

 

658 



Şəkil 10. Qax (İlisuda) Mamırlı şəlaləsi 

Qaxda  gözəl  məkanlar  kifayət  qədərdir.  Qaxın  Ləkit  kəndində 

ecazkar görüntüyə malik olan "Mamırlı" şəlaləsi isə görənləri valeh edir. 

Bu  kəndin  yuxarı  hissəsində  meşəlik  ərazidə  yerləşən  şəlalə  mamırlı 

qayaların arasından süzülüb gəlir və əsrarəngiz, füsünkar gözəlliyi ilə onu 

görməyə  gələnlərin zövqünü oxşayır. Yerli sakinlər bu şəlaləni  "Damcı" 

şəlaləsi  adlandırırlar.  Bu  gözəl  mənzərəni  seyr  etmək  məqsədilə  hər  il 

buraya çoxlu sayda turistlər gəlir. Turistlərin bu məkana rahat çata bilməsi 

üçün  kənd  bələdiyyəsi  şəlaləyə  gedən  yolları  iri  daşlardan  təmizləyib  və 

mütəmadi  olaraq  şəlalə  ətrafına  nəzarət  olunur.  Burada  çimmək  və  ya 

avtomobil yumaq qadağandır. Bu ərazidən kəndə boru vasitəsi ilə içməli su 

da çəkilib,  şəlaləyə  getmək istəyən turistlərə bələdçilər tərəfindən  yardım 

edilir.  Şəlalə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  5  avqust 

2006-cı  il  tarixli  qərarı  ilə  "Təbiət  Abidəsi"  adlandırılıb  və  dövlət 

tərəfindən mühafizə olunur. 



Qusar rayonu Laza kəndi  - Qafqaz sıra dağlarının şimal-şərqində 

dəniz  səviyyəsindən  4242  m  hündürlükdə  yerləşən  Şahdağ  yüksəkliyinin 

"Şah  yaylaq"  dağının  ətəyində  yerləşir.  Laza  kəndi  Baş  Qafqaz  sıra 

dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən 

karvan  yolu  üzərində  (Kurve  pereval)  dəniz  səviyyəsindən  1300  m 

yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, 

qayalıqlardan çoxlu şəlalələr axır.  _______  __________   ________  

 

Şəkil 11. Qusarda Laza şəlaləsi 



659 


Tovuzda  uca  dağların  zirvəsində  2015-ci  ildə  indiyədək  haqqında 

heç  bir  məlumat  olmayan  7  şəlalə  tapılıb.  İnsan  ayağı  dəyməyən  məkan 

rayonun  Çobansıxnaq  kəndinin  yaxınlığında  yerləşir.  Yerli  tədqiqatçı 

Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı qayalardan piyada, 

çox  çətinliklə,  əzab-əziyyətlə  keçərək  bu  əsrarəngiz  təbiət  möcüzəsini 

aşkarlayıb.  Kəndin  ağsaqqalları  dağlarda  bir  şəlalənin  olduğunu 

eşitdiklərini  desələr  də,  tədqiqatçı  ərazidə  7  şəlalə  görüb.  Şəlalələrin  ən 

hündürü 35, ən kiçiyi isə 10 metr məsafədən tökülür. Dərin adlayan, insan 

ayağı dəyməyən dərələrdən keçən tədqiqatçı 25 km-dən çox piyada yol qət 

edərək  bu  gözəl  məkana  gəlib.  Şəlalə  yerləşən  ərazi  sıldırım  qayalıqlar 

əhatəsində olduğundan demək olar ki, bura insan ayağı dəyməyib. Elə yerli 

sakinlər də bu təbiət gözəlliyindən xəbərsiz olublar. Hündür qayalıqlardan 

axıb  gələn  su  Zəyəm  çayına  tökülür.  Həm  yerli,  həm  xarici  turistlərin 

diqqətini  çəkə  biləcək  bu  məkan  gələcəkdə  kənd  turizminin  inkişafında 

böyük rol oynaya bilər. 

 

Şəkil 12. Tovuzun əsrarəngiz şəlalələri 

660 



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

 

Azərbaycan dilində 



Əsas ədəbiyyat 

2

3. 


qlobal ekoloji problemləri.

 

kimya. Ali

 

I.

 



Abbasov M.C. - Əsrimizin 

Monoqrafiya, Bakı, “Elm”, 2006 

Abbasov V.M., Əliyeva R.Ə. və b. - Ekoloji 

məktəblər üçün dərslik, Bakı, “Bakı”, 2003, 2007 

Abbasov E.M. - İnsan ekologiyası; biloji və sosioloji aspektlər. 

Monoqrafiya, Bakı, “Elm-Təhsil”, 2005 

4.

 

Alıyev  İ.H.,  Hüseynov  S.Y.,  Əsədov  A.M.  -  Milli  iqtisadiyyat: 



modernləşmə  və  Davamlı  İnkişaf  Monoqrafiya,  Bakı,  «Avropa», 

2012


 

5.

 



Bərk  məişət  tullantıları  və  ətraf  mühit.  BMT  İnkişaf  Proqramı 

(redaktor İslam Mustafayev), Bakı, 2013 

6.

 

Budaqov B.Ə., Qəribov İ.Ə. - Təbii landşaftlann 



antropogenləməsinin əsas istiqamətləri. AR-nın konstruktiv 

coğrafiyası. Bakı, “Elm”, 2000, III cild 

7.

 

Əliyeva R.Ə., Mustafayev Q.T. və b. - Ekologiyanın əsasları. 



Dərslik, Bakı, “BDU”, 2006 

S.Əsgərov Ə.A., Mahmudov H.İ. - İnsan və təbiət. Monoqrafiya, Bakı, 

“İşıq”, 1992 

9.

 



Əsgərov Ə.A. - Ətraf mühitin qorunması və təbii sərvətlərdən 

istifadə. Dərslik, Bakı, “Maarif’, 1993 

10.

 

Əsgərov  Ə.A.,  Hüseynov  E.M.  -  Müasir  ekologiya  (ekologiyaya 



giriş). Dərslik, Gəncə, “Əsgəroğlu”, 2004 

II.


 

Əsgərov  Ə.A.,  Əliyev  F.Q.,  Hüseynov  E.M.  -  Müasir  ekologiya. 

Dərslik, Bab, “Oka Ofsef’, 2007 

12.


 

Əsgərov  Ə.A.,  Hüseynov  E.M.,  Hüseynov  S.Y.  -  Davamlı  İnsan 

İnkişafı. Dərslik, Bakı, “ADAU”, 2009 

13.


 

Əzizov B.M., Əliyev M.İ., Mehdiyev C.S.  - Tətbiqi ekologiyanın 

əsaslan. Dərslik, Bakı, “MAA”, 2013 

14.


 

Göyçaylı  Ş.Y.  -  Ətraf  mühitin  mühafizəsi  və  təbii  sərvətlərdən 

səmərəli istifadə. Dərs vəsaiti. Bab, “BDU”, 1996 

15.


 

Hacıyeva  D.B.,  Hidayətov  Y.X.  -  İnsan  ekologiyası  və  biosferin 

çirbənməsi. Dərs vəsaiti, Bakı, “Təbib”, 1994 

661 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə