Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə290/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   286   287   288   289   290   291   292   293   ...   298

ƏLAVƏLƏR 

Ana  təbiəti,  analarımızı  və atalarımızı unutmayaq!  Materiyanın 

bütün canlı aləmi, həmçinin biz insanlar - ən ali şüurlu bioloji-sosial varlıq - 

Homo  sapiens,  ana  təbiətdən,  analanmızdan  və  atalarımızdan  bəhrələnib, 

formalaşıb,  ərsəyə  çatıb,  inkişaf  edib,  təşəkkül  tapıb  və  öz  nəslini- 

populyasiyasını  dayanıqlı  surətdə  davam  eidirib.  Bunlann  hər  üçü  bizim 

üçün  doğmadır,  əzizdir.  Onları  unutmağa,  onlara  qarşı  nankorluq  etməyə 

heç  bir  insanın  mənəvi  haqqı  yoxdur,  bunu  Ulu  Tanrı  da  heç  zaman 

bağışlamaz! Dünya şöhrətli, dahi filosof Kari Marks ana təbiətə vaxtilə daha 

dərin  məntiqlə,  məhəbbətlə  münasibət  bildirərək  öz  qiymətli  fikrini  belə 

ifadə edib: «Ana öz övladının əlindən tutub gəzdirdiyi, bəhrələn- dirdiyi 



kimi  təbiət  də  insanların  əlindən  tutaraq  onları  gəzdirir  və 

bəhrələndirir».  Əfsuslar  olsun  ki,  bu  olduqca  qiymətli  missiyaya  insan 

cəmiyyəti sadiq qalmayaraq ana təbiətə düşmənçilik münasibəti bəsləmiş, 

onun təbii resurslarından qeyri-rasional istifadə etmiş və bunların məntiqi 

nəticəsi  kimi  ekoloji  disbalans,  disharmoniya  formalaşmağa  başlamışdır, 

Buna görə də ana təbiətin səbri tükəndiyi üçün insanlardan üz döndərdi və 

adekvat  alternativ  cavab  reaksiyalan  verməyə  başladı,  bəşəriyyəti  hazırda 

mövcud  olan  iki  yolun  astanasına  (ayrıcına)  -  məhv  olmaq,  yaxud 

həyatı,  populyasiyanı  davam  etdirmək  -  çatdırdı.  Əziz  insanlar!  İkinci 

yolu davam etdirmək üçün bizlər ana təbiətə doğma münasibət bəsləməli, 

onun bütün sərvətlərini göz-bəbəyimiz kimi qorumalıyıq. Başqa alternativ 

nicat yolumuz yoxdur! 

Təbiət dediyin məhəbbətdədir. 

Məhəbbət özü də təbiətdədir. 

Ey könül aşigi gözəl məhəbbət, 

Sənin də qədrini bilməyənlər var. 

Səməd Vurğun 

YATIR 

Ana, sən yatdığın qara torpaqda. 

Saysız cavan yatır, ixtiyar yatır. 

Qapısız, aynasız zülmət otaqda, 

Minilərlə sən kimi vəfadar yatır. 

641 



Gör nələr yazılıb hər baş daşına, 

Canlar həsrət qalıb can sirdaşına 

Düşərək hicrana, eşq atəşinə Min 

arzu, min dilək, min ilqar yatır. 

Görməyib əsirlər, qərinələr də 

Cahandan köçənlər qayıda bir də. 

Kim bilir bəlkə də yatdığın yerdə, 

Dünyanı bəzəyən min memar yatır. 

Hər ömür baharın bir xəzan çalmış, 

Yaxşılıq, yamanlıq yadigar qalmış. 

Elin aşiqi də sükuta dalmış. 

Kaman laylasına bəstəkar yatır. 

Düşünən beyinlər, zəkalı başlar. 

Başacan dünyadan kam almamışlar. 

Çırpınan ürəyə axmazmı yaşlar Kül 

olmuş sevgilər hər nə var, yatır. 

Ana, sən yaratdın can səltənətini. 

Məxluq, yaradanı unudar çətin! 

Belədir qanunu bu təbiətin. 

Məzlumla yanaşı zülümkar yatır. 

Bax, burda qonşudur ölən, öldürən, 

Ağlayan, ağladan, gülən, güldürən. 

Süleyman mülkünü bölən, böldürən 

Sərkərdələr yatır, hökmdar yatır. 

Sən mənim həyatım, şanım, şöhrətim. 

Ağ saçlı vaxtımda olmuşam yetim! 

Sənin məzarında mənəviyyatım. 

Eşqim məhəbətim hər nə var yatır. 

Ana, səndən ayn Daşqının inlər. 

Onu bir insan yox, quşlar da dinlər. 

Hər gün də deyəcək obalar ellər. 

Burda şair yatır, sənətkar yatır. 



Məzahir Daşqın (repressiya qurbanı) 

642 


ANA 

Ana dedim, ürəyimə yanar odlar saçıldı, 

Ana dedim, bir ürpəriş hasil oldu canımda, 

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı. 

Ana dedim, fəqət onu görməz oldum yanımda. 

Ana^ ana!.. Bu kəlmənin vurğunuyam əzəldən. 

Onu gözəl anlatamaz düşündüyüm satırlar. 

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən. 

Çünki onun xilqətində ayrıca bir füsun var. 

Başqa aləm yaşamadım böylə gözəl biçimdə, 

Onu kimsə gözəlliyin çilvəsində yaratmış. 

Ana, ana... çiçəkli bir fidandır ki, içimdə, 

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış. 

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım. 

Söylədiyin sözlər ki var beşiyinin üstündə 

Oxuduğum türkülərin kölgəsidir, övladım! 

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində. 

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən, 

Diyorlar ki. Müşfiq, xəstə bir tiflidin, ananı Baban 

kimi soyuq əllər qucağına çəkərkən, 

Yalnız acı fəğanların titrədirdi hər yanı. 

İnandığım bir qiblə var, o da hər gün, hər zaman 

Yorulmayan qollanmia, düşünərək yapdığım Bir 

aləmdir, bir aləm ki, səmaları qıpqızıl, Yüksəkləri, 

alçaqlan, fəzaları qıpqızıl! 

Mikayıl Müşfiq (repressiya qurbanı) 

ANAM OLDUMU? 

Nə tez əllərini üzdün dünyadan. Balanı tək qoyub 

hara getdin sən? Necə yox olurmuş bir anda insan, 

Elə bil dünyada heç yox imişsən. 



643 


Günəş qünıb etdi... otaq qaraldı, 

Bir anda yox oldun sən xəyal kimi. 

İndi düşünürəm: Səndən nə qaldı, 

Könlümdə xatirən qara xal kimi. 

Məni boya-başa yetirdin, ana Bizə 

borclu bildik hər zaman səni. 

Sən məni dünyaya gətirdin, ana. 

Mənsə yola saldım dünyadan səni. 

Sən mənə beşikdə laylay çalmısan Bu 

gün laylay çalım sənə məndəmi? 

Sənin şirin-şirin laylalarını Mən sənə 

qaytarım cənazəndəmi? 

Bu necə dünyadır, anlamıram mən. 

Cilvəsi cürbəcür, rəngi cürbəcür 

Dünən nəfəsiylə səni isidən Bu gün 

buza dönüb, daşa dönübdür. 

Anam, tapşırıldın ana torpağa. 

Bu ölüm, sinəmə çəkdi dağ mənim. 

Sən mənim arxamda bənzərdin dağa, . 

Elə bil arxamdan uçdu dağ mənim. 



Bəxtiyar Vahabzadə 

AZƏRBAYCAN 

Od ürəkli, od nəfəsli diyarımsan 

Ocağına canım qurban, Azərbaycan! 

Əzilsən də, əyilməyən vüqarımsan Bu 

çağına canım qurban, Azərbaycan! 

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

Hər qonşuda bir parçası əsir qalan 

Torpağına canım qurban, Azərbaycan! 

Neçə gizli sərvət yatır qucağında. 

Neçə ölkə od aparır ocağından. 

Azadlığın al rəmzi var bayrağında 

Bayrağına canım qurban, Azərbaycan! 

644 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə