Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   36   37   38   39   40   41   42   43   44

- Əlavənin   1.1  «Əsas vəsaitlərin dəyəri» sətrinin «Dövr ərzində daxil olmuşdur», «Təqdim
edilmiş, silinmiş və ləğv edilmişdir» və «Hesabat dövrünün sonuna» sütunlarının xanalarında vergi
ödəyicisinin hesabat dövrü ərzində əsas vəsaitlərin hərəkətini və ilin sonuna dəyərini əks edilən  1.1.1
«Binalar, tikililər və qurğular»,   1.1.2    «Maşınlar, avadanlıqlar və hesablama texnikası»,  1.1.3
«Nəqliyyat vasitələri»,  1.1.4  «İş heyvanları» və  1.1.5  «Digər əsas vəsaitlər» altsətirlərinə aid olan
«Dövr ərzində daxil olmuşdur», «Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir» və «Hesabat dövrünün
sonuna» sütunlarının xanalarında göstərilmiş məbləğlərin cəmi ( 1.1.1 +  1.1.2 +  1.1.3 +   1.1.4
+   1.1.5 ) yazılır. 
1.1.1 «Binalar, tikililər və qurğular» sətrinə aid olan «Dövr ərzində daxil olmuşdur» sütünunda
bu əsas vəsaitlərin kateqoriyası üzrə hesabat dövründə daxil olmuş əsas vəsaitlərin VM 143-cü mad-
dəsinə səasən müəyyənləşdirilmiş dəyəri, «Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir» sütununun
«təqdim edilmişdir» sətrinin xanalarında hesabat dövrü ərzində təqdim edilmiş əsas vəsaitlərin hesabat
ilinin əvvəlinə qalıq dəyəri, «silinmişdir» sətrinin xanalarında  VM 114.8–ci maddəsinə əsasən xərc-
lərə silinmiş hesabat ilin əvvəlinə 100 manatdan və ya ilkin dəyərin 5 faizindən az qalıq dəyəri olan
əsas vəsaitlərin qalıq dəyəri və «ləğv edilmişdir»  sətrinin xanalarında hesabat dövründə ləğv edilmiş
əsas vəsaitlərin qalıq dəyər yazılır və «Hesabat dövrünün sonuna» sütununun xanalarında məbləğlər
aşağıdakı qaydada doldurulur:
• Bu kateqoriyaya aid əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri, üstəgəl 
• «Dövr ərzində daxil olmuşdur» sütünun xanalarında göstərilən məbləğlər, çıxılsın 
• «Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir» sütununun «təqdim edilmişdir», «silinmişdir»
və «ləğv edilmişdir»  sətrlərində göstərilən məbləğlər. 
Eyni qayda ilə   1.1.
«Əsas vəsaitlərin dəyəri» sətrinin   1.1.2 ,   1.1.3 ,  1.1.4,   1.1.5
alt-
sətirlərinə aid olan sütunların müvafiq xanaları, habelə   1.2 «Qeyri-maddi aktivlər»,  1.3 «Ehti-
yatlar»,  1.4 «Debitor borcları»,  1.5
«Pul vəsaitləri»,   1.6 «Səhmlər və paylar üzrə maliyyə
qoyuluşları»,   1.7
«Dövlət qiymətli kağızları»,   1.8
«Kapitallaşdırma üçün aktivlər»,  1.9
«Gələcək dövrün xərcləri»,   1.10   «Digər aktivlər» sətirlərinə aid olan sütunların müvafiq xanaları
doldurulur.
Misal 1:   Fərdi sahibkarın 2010-cu ilin əvvəlinə «Binalar, tikililər və qurğular» kateqoriyası
üzrə əsas vəsaitlərin qalıq dəyəri 30000,0 manat, «Maşınlar, avadanlıqlar və hesablama texnikası»
kateqoriyası üzrə əsas vəsaitlərin qalıq dəyəri 2000,0 manat, «Nəqliyyat vasitələri» kateqoriyası üzrə
əsas vəsaitlərin qalıq dəyəri 5000,0 manat təşkil etmişdir. Fərdi sahibkar tərəfindən 2010-cu il ərzində
«Binalar, tikililər və qurğular» kateqoriyasına aid olan 6000,0 manat  dəyərində qurğu almış və 2010-
cu ilin əvvəlinə 5000,0 manat qalıq dəyəri olan yardımçı binanı təqdim etmiş, 2010-cu ilin əvvəlinə
1400,0 manat qalıq dəyəri olan qurğu silinmiş, 2010-cu ilin əvvəlinə 2000,0 manat qalıq dəyəri olan
qurğu ləğv edilmişdir. «Maşınlar, avadanlıqlar və hesablama texnikası» kateqoriyasına aid olan 2010-
cu ilin əvvəlinə 400,0 manat qalıq dəyəri olan avadanlıq xərclərə silmiş və «Nəqliyyat vasitələri»
kateqoriyasına aid olan  yararsız hala düşmüş  ilin əvvəlinə 4000,0 manat qalıq dəyəri olan nəqliyyat
vasitəsini ləğv etmiş, habelə 3850,0 manat məbləğində amortizasiya hesablanmışdır. Bu halda   1
«CƏMİ AKTİVLƏR» sətri,  1.1 «Əsas vəsaitlər» sətri və onun  1.1.1 ,  1.1.2 ,   1.1.3 altsətirlərinə
aid olan sütunların müvafiq xanaları  aşağıdakı kimi doldurulur:  
98
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


«Əsas vəsaitlər» sətri üzrə digər  1.1.4 ,  1.1.5 ,  altsətirlərinə aid olan sütunların müvafiq
xanaları  da eyni qayda ilə doldurulur.  
- Əlavənin  1.2 «Qeyri-maddi aktivlər»,    1.3 «Ehtiyatlar»,   1.4
«Debitor borcları»,   1.5
«Pul vəsaitləri»,    1.6
«Səhmlər və paylar üzrə maliyyə qoyuluşları»,    1.7
«Dövlət qiymətli
kağızları»,   1.8 «Kapitallaşdırma üçün aktivlər»,     1.9 «Gələcək dövrün xərcləri»,    1.10 «Digər
aktivlər» sətirlərinə aid olan sütunların «Dövr ərzində daxil olmuşdur», «Təqdim edilmiş, silinmiş
və ləğv edilmişdir» sütunlarının xanalarında vergi ödəyicisinin hesabat dövrü ərzində müvafiq ak-
tivlərin hərəkəti (dəyəri ilə) yazılır və «Hesabat dövrünün sonuna» sütununun xanalarında hesabat
dövrünün sonuna aktivlərin dəyəri aşağıdakı qaydada göstərilir:
• Aktivlərin ilin əvvəlinə dəyəri, üstəgəl 
• «Dövr  ərzində  daxil  olmuşdur»  sütunun  xanalarında  göstərilən  daxil  olmuş  aktivlərin
məbləğləri, çıxılsın 
• «Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir» sütununun «təqdim edilmişdir», «silinmişdir»
və «ləğv edilmişdir»  sətrlərində göstərilən aktivlərin dəyəri.
Misal 2: Fərdi sahibkarın  2010-cu ilin əvvəlinə 20000,0 manat dəyərində ambarlarda hazır məh-
sul olmuş, 2010-cu il ərzində 310000,0 manat dəyərində məhsul istehsal edilmiş və 322000,0 manat
istehlakçılara təqdim edilmiş, 5000,0 manat dəyərində zay hazır məhsul ləğv edilmişdir. Bu halda
1.3
«Ehtiyatlar»  sətrinə  aid  olan  sütunların  müvafiq  xanaları    aşağıdakı  kimi  doldurulur
(20000,0+310000,0-322000,0-5000,0=3000,0):                                                 
99
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə