Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

ləmənin institusional strukturunda baş verən dəyişikliklərdə, mərkəzi bank və digər
orqanlar arasında prudensial səlahiyyətlərin bölüşdürülməsi rejiminin əhəmiyyətli
təsiri vardır. 
Fəaliyyətin səmərəliliyinin yüksəldilməsi istiqamətləri
Araşdırmalar göstərir ki, bank fəaliyyətinin tənzimlənməsinin makroprudensial
komponentlərinin gücləndirilməsinin zəruriliyini şərtləndirən amillər sırasında -
qeyri-dayanıqlı maliyyə durumunun böyük məsrəflərlə müşayiət olunması; bazar və
dövlət tənzimlənməsi arasında balans şəraitində makroprudensial yanaşmanın böyük
iqtisadi dividendlər vəd etməsi; qeyri-dayanıqlı maliyyə durumu halında, hətta ciddi
mikroprudensial yanaşmaların belə, əksər hallarda sistemin etibarlılığını təmin et-
məyə qadir olmaması vurğulanmalıdır.
Bankın kreditorları, əmanətçiləri və başqa müştəriləri qarşısında öz öhdəliklərini
vaxtında və itkisiz yerinə yetirmək qabiliyyəti kimi likvidliyin tənzimlənməsi bankın
öhdəliklərinin real və şərti olmaqla fərqləndirilməsi zərurətini nəzərə almalıdır. 
Əks halda, bankın balansında tələb olunanadək depozitlər, təcili depozitlər, cəlb
olunmuş banklararası resurslar, kreditorların vəsaitlərini ifadə edən real öhdəlikləri
və balansarxası passivlərdə (bank tərəfindən verilən zəmanətlər, təminatlar və s.) və
balansarxası  aktiv  əməliyyatlarda  (istifadə  olunmamış  kredit  xətləri  və  verilən
akkreditivlər) ifadə olunan şərti öhdəlikləri vahid üsul və vasitələrlə eyni dərəcədə
səmərəli idarə etmək, heç də real deyildir.
“Bankın vaxtlı-vaxtında öz öhdəliklərini yerinə yetirmək qabiliyyəti bir çox hal-
larda onun aktivlərinin likvidliyi (ödəniş qabiliyyəti) ilə müəyyən edilir. Likvidlik
(ödəniş qabiliyyəti) riskini müəyyən etmək çox mürəkkəb məsələdir. Ən əsası ona
görə ki, bankın lividliyinə bir çox amillər təsir göstərir. Bu amillərə bank da, öz
növbəsində əks təsir gostərə bilir. 
Təcrübədə  bir  sıra  göstəricilərdən  istifadə  edilir.  Onların  hər  biri  bankın
likvidliyini müəyyən edən anı xarekterizə edir. Göstəricilərin ilk növbədə məlum
qrupuna  balans  likvidliyinin  əmsalları  daxildir. Aktivlərin  likvidlik  səviyyəsini
xarakterizə edən ən sadə əmsallardan biri kredit təşkilatlarının likvid aktivlərinin
ümumi aktivlərə olan nisbətidir” [6, s. 56-57].
Bankın öhdəliklərin vaxtında və itkisiz yerinə yetirilməsi imkanları onun fəaliyyə-
tinin dayanıqlığını müəyyən edən daxili (bank aktivlərinin, cəlb olunan vəsaitlərin
keyfiyyəti, əsaslandırılmış menecment, bankın imici və s.) və xarici amillərlə əlaqə-
dardır. 
Xarici  amillərin  bank  sisteminin  dayanıqlığına  təsirinin  qiymətləndirilməsi
təhlilin klassik və yeni, əsasən müasir iqtisadi-riyazi üsulları sayəsində həyata keçi-
rilir. Bu barədə müvafiq mənbələrdə kifayət qədər bəhs olunduğuna görə, bank
86
A.Quliyeva. Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsi


fəaliyyətinin dayanıqlığını şərtləndirən endogen və əsasən makrosəviyyəli tənzim-
lənmə məsələlərinə toxunmayacağıq.
Bank fəaliyyətinin dayanıqlığını şərtləndirən aktivlərin, cəlb olunan vəsaitlərin
keyfiyyəti,  menecmentin  əsaslandırılma  səviyyəsi,  resursların  cəlb  edilməsində
başqa banklar qarşısında üstünlük verən, depozit bazasının sabitliyini və xarici tərəf-
daşlarla əlaqələrin dayanıqlı inkişafını təmin edən imici və s. kimi daxili amillərdən
danışarkən, ilk növbədə onu qeyd edək ki, bank aktivlərinin keyfiyyəti likvidlik,
risklilik və gəlirlilik kimi göstəricilərlə xarakterizə olunur. Odur ki, bank aktivlərinin
keyfiyyətinin idarə olunması imkanlarının qiymətləndirilməsi və həmin imkanların
reallaşdırılması baxımından aktivlərin likvidlik dərəcələrinə görə qruplaşdırılması
xüsusi önəm daşıyır.
Borclu tərəfindən reallaşması və ya ödənilməsi vasitəsilə itkisiz nağd pula trans-
formasiya olunması qabiliyyəti kimi aktivlərin likvidlik dərəcəsinə görə, daha çox
tədqiqatçılar tərəfindən qəbul olunan təsnifatında, əsasən aşağıdakı qruplar fər-
ləndirilir:

depozitləri böyük və qeyri-sabit olan və ya ssudaya olan tələbatın artacağı göz-
lənilən banklar üçün mühüm xüsusi paya malik olması məqsədəuyğun olan
aktivlər. O cümlədən, bankın kassasında və müxbir hesablarda yerləşən pul
vəsaitləri, bankın portfelində yerləşən dövlət qiymətli kağızları (I qrup);

nağd pula çevrilmək üçün daha uzun müddət tələb edən hüquqi və fiziki şəxs-
lərə qısamüddətli ssudalar, banklararası kreditlər, faktorinq əməliyyatları, satış
üçün nəzərdə tutulan korporativ qiymətli kağızlar (II qrup);

uzunmüddətli əmanətlər və bankın investisiyaları, o cümlədən uzunmüddətli
ssudalar, investisiya qiymətli kağızları (III qrup);

vaxtı keçmiş ssudalar şəklində qeyri-likvid aktivlər, bina və qurğular (IV qrup).
Bank fəaliyyətinin tənzimlənməsi təcrübəsindən məlum olduğu kimi aktivlərin
aşağı likvidliyi onların riskliliyini, başqa sözlə aktivlərin pul vəsaitlərinə çevrilməsi
prosesində itkilərin baş verməsi ehtimalını artırır. Odur ki, yuxarıda şərh edilən təs-
nifat  əlamətləri  və  qeyd  edilən  qruplararası  əsaslandırılmış  manevr  hesabına
likvidliyin tənzimlənməsi sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltmək
imkanları reallaşdırılmalıdır.
Tənzimləmə prosesində ssudalar, qiymətli kağızlara qoyulan vəsait və s. kimi
gəlir gətirən və Mərkəzi Bankda müxbir hesabda olan pul vəsaitləri, bina və qurğular
kimi gəlir gətirməyən aktivlərə münasibətdə yanaşmalar hərtərəfli əsaslandırılmalı,
müvafiq parametrlər risk və keyfiyyət meyarları üzrə qiymətləndirilməlidir.
Bankın likvidliyinin cəlb olunan vəsaitlərin keyfiyyətində, başqa sözlə öhdəlik-
lərin likvidliyində, xarici borclardan asılılığın azalmasında, depozitlərin sabitliyində
ifadə  olunan  aspekti  dövlət  tənzimləməsinin  predmeti  olmaq  etibarı  ilə  xüsusi
87
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə