ARBİTR - (latınca - arbiter - vasitəçi)
- 1) geniş mənada - maraqlı olmayan va-
sitəsi, iki tərəfin mübahisələrini həll et-
məyə dəvət edilmiş şəxş; 2) iqtisadi
xarakterli mübahisələrin həllində tərəf-
lərdən heç birini dəstəkləmək marağı ol-
mayan vasitəçi. Arbitr məsələyə baxmaq
üçün ya mübahisə tərəflərinin qarşılıqlı
razılığı əsasında seçilir və yaxud da arbiti-
raj qanunvericiliyi əsasında vəzifəli şəxs
olur.
ARBİTRAJ - (fransızca - arbitrage -
ədalətli qərar) - 1) qiymət fərqinə rəğmən
mənfəətin alınması prosesi. Məsələn eyni
səhmlər müxtəlif birjalarda eyni vaxtda
fərqli dəyərdə satılır. Alış və satış fərqi isə
digər birjaya nisbətdə mənfəət imkanlıdır.
2) mübahisələrin müstəqil arbitrə, hakim-
ekspertə müraciət əsasında həlli metodu.
3) müəssisələr, təçkilatlar, şirkətlər
arasında mülkiyyət mübahisələrinin və
həmçinin müqavilə öhdəliklərinin yerinə
yetirilməməsi ilə bağlı iddiaların həlli
üçün təsis olunmuş dövlət orqanı.
ARBİTRAJLAŞDIRMA - əmtəələ-
rin, nemət və sərvətlərin bir bazardan ucuz
qiymətə satın alınaraq digər bir bazarda
baha qiymətə satılması. Arbitrajlaşma
əmtəənin müxtəlif bazarlardakı qiymət
fərqi əsasında həyata keçirilir. Əgər
əmtəələrin qiyməti bazarlar arasında
eyniləşirsə, bu zaman arbitrajlaşdırma
sıfra enir.
ARBİTRAJ SÖVDƏLƏŞMƏLƏRİ -
əlavə mənfəət eldə etmək üçün eyni birja
əmtəəsinin qiymət fərqi (qiymət kursları)
və ya təchizat müddəti müxtəlifliyinə,
həmçinin bir səhmin digəri ilə əvəz olun-
masına əsaslanan birja sövdələşməsi.
ARBİTRAJ TUNELİ - (ingiliscə - ar-
bitrage tunnel) - arbitrajlaşma əməliyyat-
ları aparmaq üçün maliyyə alətlərinin
qiymətləri arasındakı fərq.
ARTEFAKT - (latınca - artefactum -
süni düzəldilmiş) - insan tərəfindən
yaradılan predmet, hadisə, proses.
ARQUMENTLƏŞDİRMƏ - əmtəə
və xidmətlərin alınmasına mane olacaq
səbəb və vəziyyətləri, həmçinin potensial
alıcıdan gözlənilə bilən etirazları əks et-
dirən, həmin əmtəə və xidmət satıcısının
sərəncamına verilən sənədlər. Arqument-
ləşdirmədən bazar uğrunda mübarizə
metodu kimi istifadə olunur.
AREAL - (latınca - area - sahə, mə-
kan) - hüdudlarında digər həmsərhəd,
qonşu regionlara xas olmayan halların və
ya səciyyəvi cəhətlərin müşahidə edildiyi
ərazini göstərən iqtisadi-coğrafi anlayış.
ARMATOR - (latınca - armator -
silahlandıran, təchiz edən) - gəmi sahibi;
mülkiyyət hüququnun ona məxsus olub-
olmamasından asılı olmayaraq gəmini is-
tismar edən şəxs. Armator gəmini reysə
hazırlayır, lazımi vasitələrlə təchiz edir,
heyətini kiraləyir, kapitan dəvət edir və
onun fəaliyyətinə görə məsuliyyət daşıyır.
ARTEL - kollektivçilik əsasında birgə
əmək fəaliyyəti həyata keçirilməsi üçün
fiziki şəxslərin (vətəndaşların) bir qayda
olaraq müvəqqəti könüllü birləşməsi. Artel
məzmununa görə "istehsal kooperativi"
anlayışına uyğundur. Onun əmlakı ilkin
pay qoyuluşlarından başqa kollektiv
mülkiyyətin bölünməz hissəsini təşkil edir.
ARTİKUL - (latınca - articulus -
hissə, bölüm) - əmtəənin tipini, onun
rəqəmli və hərf işarəli təyinatını verən
ticarət termini.
96
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
97
Azərbaycan Respublikası Vergilər Nazirinin
10 mart 2011-ci il tarixli 1117040100413300 №-li
Əmri ilə təsdiq edilmişdir
«Gəlir vergisinin bəyannaməsi»nə Əlavə
Əlavədə göstərilən «Qeyd»dəki «verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun» və « +,
/, %, Z simvollarından istifadə etməyin, böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldu-
run» tövsiyələrə ciddi əməl olunmalıdır.
Əlavə doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.
Təqdim olunmuş Əlavədə aparılan hesablamalardakı riyazi səhvlər vergi orqanı tərəfindən
düzəldilir və kompyuter proqram vasitəsi ilə düzgün hesablanmış vergi məbləğləri birbaşa baza
göstəricilərinə daxil edilir.
- «Qeyd»dən sonrakı «Əlavənin təqdim edidiyi vergi orqanının adı» sətrin xanalarında böyük
çap hərfləri ilə hər xanada bir hərf yazmaqla vergi orqanının adı göstərilməlidir.
Misal:
Bəyannamə təqdim edildiyi vergi orqanının adı
Bölmə I. Vergi ödəyicisi haqqında ümumi məlumat.
- 1-ci sətrin «VÖEN» xanalarında (hər xanada bir rəqəmlə) vergi ödəyicisinin VÖEN-i yazılır;
Misal:
- 2-ci sətirdə «Vergi dövrü», 2 işarəsindən sonrakı dörd rəqəmli xanalarda bəyannamənin hansı
hesabat ilinə aid olmasından asılı olaraq (hər xanada bir rəqəmlə) müvafiq il yazılır.
Misal: Əgər bəyannamə 2010-cu il üzrə tərtib edilirsə, bu halda soldan sağa doğru dörd xanada
il aşağıdakı qaydada yazılır:
Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat
- Əlavənin 1 «CƏMİ AKTİVLƏR» sətri vergi ödəyicisinin bütün qruplar üzrə aktivlərinin
hərəkətinin (mədaxil, məxaric) və hesabat dövrünün sonuna həmin aktivlərin dəyərinin əks olunması
üçün nəzərdə tutulub. Bu sətrə aid olan «Dövr ərzində daxil olmuşdur», «Təqdim edilmiş, silinmiş
və ləğv edilmişdir» və «Hesabat dövrünün sonuna» sütunlarının xanalarında (hər xanada bir rəqəmlə)
hesabat dövrü ərzində vergi ödəyicisinin 1.1 «Əsas vəsaitlərin dəyəri», 1.2 «Qeyri-maddi ak-
tivlərin dəyəri», 1.3 «Ehtiyatlar», 1.4 «Debitor borcları», 1.5 «Pul vəsaitləri», 1.6
«Səhmlər və paylar üzrə maliyyə qoyuluşları», 1.7 «Dövlət qiymətli kağızları», 1.8 «Kapi-
tallaşdırma üçün aktivlər», 1.9 «Gələcək dövrün xərcləri», 1.10 «Digər aktivlər» sütunlarının
xanalarında göstərilmiş məbləğlərin cəmi ( 1.1 + 1.2 + 1.3 + 1.4 + 1.5 + 1.6 + 1.7 + 1.8
+ 1.9 + 1.10 ) yazılır.
B Ə Y A N N A M Ə L Ə R İ N Q Ə B U L U V Ə
İ Ş L Ə N M Ə S İ
İ D A R Ə S İ
METODOLOGİYA
Dostları ilə paylaş: |