35
baş verməsi və nəticələnməsi (qurtarması kimi ad verək) arasında məkan
dəyişmələri meydana gəlir. Məkan nəticələri üzərə çıxarır. Nəticə də digər
dəyişmələrin başlanğıcını özündə ehtiva edir. Nəticələr siyasi proseslərin
məkanlarını dəyişə bilir. Hərəkət özündə dəyişmələri-məkan, şərait, imkan
yaradır. Səbəb və nəticə siyasi düşüncələrin obyektidir. Hər bir aktın,
hadisənin baş vermə səbəbi mövcuddur. Səbəblər başlanğıclardır. Təkanverici
amillərdir. Bu səbəblər kompleks xarakter də kəsb edə bilir. Bu halda
kompleks dəyişikliklərin zərurəti meydana gəlir. Səbəb zərurətdən meydana
gəlir. Ehtiyaclar və maraqlar özündə səbəbləri yaradır. Nəticələr də səbəbləri
zəruri edə bilir. Zərurətlər cəmi bir və ya da bir neçə hadisənin baş verməsini
özündə ehtiva edə bilir.
Səbəb və nəticə düşüncələrdə bir vəhdətdir. Burada tərkib elementlərin
vəhdət zərurəti mövcuddur. Səbəb və nəticə tamamlayıcı faktorlardır. Hər bir
səbəbin bir nəticəsi olur. Burada başlanğıc və son tamamlanır. Şərait, ehtiyac,
tələbat, maraq və digər kriteriyalar səbəb rolunu oynayır. Hər bir aktın nəticəsi
özü səbəbə aydınlıq gətirir.
Dövlətin mövcudluğu, tərkib elementlərin mövcudluğu və hər an
meydana gələn yeni maraqların ödənilməsi zərurəti siyasi aktlar üçün
özlüyündə bir səbəbdir. Səbəb təminat kriteriyasını şərtləndirir. Dövlət öz
mövcudluq zərurəti üçün siyasət həyata keçirməyə məcbur olur. Bu baxımdan
da ehtiyacların ödənilməsi zərurətləri ortaya çıxır.
Siyasətdə hüquq normalarının qəbulu və tətbiqi hərəkətlər üçün
istiqamətlər olmaqla yanaşı, həm də səbəbləri əks etdirir. Səbəb zərurətdən
ortaya çıxdığından zərurət hərkətlərə təkan verir. Şərait yeni səbəbləri
meydana gətirir. Çünki özündə maraqları əks etdirir.
Siyasət və vasitə
Bütün hərəkətlər vasitələrlə icra olunur. Vasitələr istiqamətverici üsullar
kimi önəm kəsb edir. Vasitələr hərəkətlərin dönərliliyini də təmin edir.
Hərəkətlərin mahiyyəti də vasitələrlə müəyyən edilir. Vasitələr özləri ilk
addımlardan hərəkətlərin mahiyyətini meydana gətirir. Bu baxımdan siyasət
vasitələrlə həyata keçirilir və vasitələrlə müəyyən olunur. Vasitələr məkan və
məkan üzərində qərar tutan elementlər ola bilir. Bu vasitələr resursların özləri
də ola bilir. Siyasətin həyata keçirilməsi vasitələri olaraq dövlət qərarları,
dövlət qurumları çıxış edir. Vasitələr vəzifələr və vəzifələr tutan subyektlər də
olur. Qanunvericilik vasitələri (sənədlər) və onların icrası mexanizmi və icra
məkanları (obyektlərin özləri və obyektlər üzərində təsir qazanmaq üçün,
məxsusluğa sahib olmaq üçün müraciət olunan dövlət aparatı) siyasət
aktlarının yerinə yetirilməsində mühüm rol oynayır. Siyasətin vasitələri
rolunda siyasətin subyektləri və obyektləri də çıxış edə bilir. Obyekt siyasət
vasitəsi kimi siyasi proseslərə istiqamətlər verir. Şəxslər qrupu və onların
36
maraqlarının təmin olunması siyasi hadisələrin baş verməsini şərtləndirir.
Siyasət informasiya vasitələri ilə də yayılır. Siyasətin həyata keçiriməsi
vasitələri qismində hakimiyyət qolları da iştirak edir. Dövlət özü siyasətin
icrası üçün ən böyük vasitə rolunda çıxış edir.
Siyasətin vasitələri bunlardır:
-siyasətin subyektləri və obyektləri;
-siyasət mərkəzləri, siyasət müəyyən edən və siyasət müəyyən olunan
mərkəzlər-siyasət aparatları, siyasət institutları;
-siyasi aparatlarda, dövlət postlarında vəzifə tutan şəxslər, qərarların
qəbulunda iştirak edən şəxslər;
-qanunvericilik -qanunvericilik normaları və sənədləri-konstitusiyalar,
referendum aktları, qanunlar, dövlət rəhbərinin dekretləri (fərmanları),
sərəncamlar, bəyanatlar, strateji-konseptual sənədlər, digər normativ-hüquqi
aktlar,
beynəlxalq
sənədlər:
konvensiyalar,
sazişlər,
müqavilələr,
memorandumlar, bəyanatlar, bəyannamələr, xartiyalar, protokollar, notalar,
vəkalətnamələr, aqremanlar, ekzekvaturalar, övdətnamələr, etimadnamələr,
məktublar və digər yazışmalar və s.;
-siyasəti yayım vasitələri: informasiya və efir vasitələri;
-yığıncaqlar: konfranslar, brifinqlər, konqreslər, forumlar və s.
Siyasətin vasitələri siyasətin qaydalarını müəyyən edən vasitələrdir. Hansı
ki, siyasət məhz bu vasitələrlə icra olunur. Siyasətin tərkibi elə özü özünə
vasitə olur. Siyasətin vasitələri siyasətdə istifadə olunan alətlərə, onu istifadə
edənlərə və istifadə obyektlərinə bölünür.
Hüquq sistemi və siyasət sisteminin vəhdəti
Hüquq sistemi nədir.
Əvvəlcə qeyd edək ki, sistem müəyyən məkan
tutumu olan elementlərin qarşılıqlı mexanizm formasından ibarət olan
mövcudluqdur. Sistem elementlərin əks olunduğu məkan cəmidir. Sistemin
ə
sas forma xarakteri onun strukturlardan ibarət olmasındadır. Sistem özündə
alt və üst sistemləri ehtiva edir. Bu da sistemin funksiya tərkibini meydana
gətirir. Sistem sahələrdə olan və sahələri tənzim edən, müəyyən xətli
fəaliyyətə malik olan strukturlardan ibarət olan kompleksdir.
Dövlət ali məzmunlu ictimai bir sistemdir. Cəmiyyət sistemi də onun
daxilində qərarlaşır. Dövlət öz iyerarxiyalı fəaliyyətini elə sistemlə,
mexanizmlə formalaşdırır. Dövlət insan və insanların yaratdığı qurumların
(tərəflərin, subyektlərin) hüquqlarını müəyyən edən və nizamlayan ümumi bir
tərəfdir. Dövlət bu baxımdan hüquqları olan tərkib elementlərdən
ibarətdir.
Bu hüquqlu subyektlərin tərkibcə birləşmələri elə siyasət və hüquq
sistemlərini formalaşdırır. Hüquq normaları ilə dövlətin tərkib elementləri
Dostları ilə paylaş: |