Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

35 
 
baş  verməsi  və  nəticələnməsi  (qurtarması  kimi  ad  verək)    arasında  məkan 
dəyişmələri  meydana  gəlir.  Məkan  nəticələri  üzərə  çıxarır.  Nəticə  də  digər 
dəyişmələrin  başlanğıcını  özündə  ehtiva  edir.  Nəticələr  siyasi  proseslərin 
məkanlarını  dəyişə  bilir.    Hərəkət  özündə  dəyişmələri-məkan,  şərait,  imkan 
yaradır.      Səbəb  və  nəticə  siyasi  düşüncələrin  obyektidir.  Hər  bir  aktın, 
hadisənin baş vermə səbəbi mövcuddur. Səbəblər başlanğıclardır. Təkanverici 
amillərdir.  Bu  səbəblər  kompleks  xarakter  də  kəsb  edə  bilir.  Bu  halda 
kompleks  dəyişikliklərin  zərurəti  meydana  gəlir.    Səbəb  zərurətdən  meydana 
gəlir.  Ehtiyaclar  və  maraqlar  özündə  səbəbləri  yaradır.  Nəticələr  də  səbəbləri 
zəruri edə bilir.    Zərurətlər cəmi bir və ya da bir neçə hadisənin baş verməsini 
özündə ehtiva edə bilir.  
Səbəb  və  nəticə  düşüncələrdə  bir  vəhdətdir.  Burada  tərkib  elementlərin 
vəhdət  zərurəti  mövcuddur.  Səbəb  və  nəticə  tamamlayıcı  faktorlardır.  Hər bir 
səbəbin bir nəticəsi olur. Burada başlanğıc və son tamamlanır. Şərait, ehtiyac, 
tələbat, maraq və digər kriteriyalar səbəb rolunu oynayır. Hər bir aktın nəticəsi 
özü səbəbə aydınlıq gətirir. 
Dövlətin  mövcudluğu,  tərkib  elementlərin  mövcudluğu  və  hər  an 
meydana  gələn  yeni  maraqların  ödənilməsi  zərurəti    siyasi    aktlar  üçün 
özlüyündə  bir  səbəbdir.      Səbəb  təminat  kriteriyasını  şərtləndirir.  Dövlət  öz 
mövcudluq zərurəti üçün siyasət həyata keçirməyə məcbur olur. Bu baxımdan 
da ehtiyacların ödənilməsi zərurətləri ortaya çıxır. 
Siyasətdə  hüquq  normalarının  qəbulu  və  tətbiqi  hərəkətlər  üçün 
istiqamətlər  olmaqla  yanaşı,  həm  də  səbəbləri  əks  etdirir.  Səbəb  zərurətdən 
ortaya  çıxdığından    zərurət  hərkətlərə  təkan  verir.      Şərait  yeni  səbəbləri 
meydana gətirir. Çünki özündə maraqları əks etdirir.  
 
Siyasət və vasitə  
 
 
Bütün  hərəkətlər  vasitələrlə  icra  olunur.  Vasitələr  istiqamətverici  üsullar 
kimi  önəm  kəsb  edir.  Vasitələr  hərəkətlərin  dönərliliyini  də  təmin  edir.  
Hərəkətlərin  mahiyyəti  də  vasitələrlə  müəyyən  edilir.  Vasitələr  özləri  ilk 
addımlardan  hərəkətlərin  mahiyyətini  meydana  gətirir.  Bu  baxımdan  siyasət 
vasitələrlə  həyata keçirilir  və  vasitələrlə  müəyyən olunur.  Vasitələr  məkan və 
məkan üzərində qərar tutan elementlər ola bilir.  Bu vasitələr resursların özləri 
də  ola  bilir.  Siyasətin  həyata  keçirilməsi  vasitələri  olaraq  dövlət  qərarları, 
dövlət qurumları çıxış edir. Vasitələr vəzifələr və vəzifələr tutan subyektlər də 
olur. Qanunvericilik vasitələri (sənədlər)   və onların icrası  mexanizmi və icra 
məkanları  (obyektlərin  özləri  və  obyektlər  üzərində  təsir  qazanmaq  üçün, 
məxsusluğa  sahib  olmaq  üçün  müraciət  olunan  dövlət  aparatı)  siyasət 
aktlarının  yerinə  yetirilməsində    mühüm  rol  oynayır.  Siyasətin  vasitələri 
rolunda  siyasətin  subyektləri  və  obyektləri  də  çıxış  edə  bilir.  Obyekt  siyasət 
vasitəsi  kimi  siyasi  proseslərə  istiqamətlər  verir.    Şəxslər  qrupu  və  onların 


36 
 
maraqlarının  təmin  olunması  siyasi  hadisələrin  baş  verməsini  şərtləndirir. 
Siyasət  informasiya  vasitələri  ilə  də  yayılır.  Siyasətin  həyata  keçiriməsi 
vasitələri  qismində  hakimiyyət  qolları  da  iştirak  edir.  Dövlət  özü  siyasətin 
icrası üçün ən böyük vasitə rolunda çıxış edir.  
 
Siyasətin vasitələri bunlardır: 
 
-siyasətin subyektləri və obyektləri; 
-siyasət  mərkəzləri,  siyasət  müəyyən  edən  və  siyasət  müəyyən  olunan 
mərkəzlər-siyasət aparatları, siyasət institutları; 
-siyasi  aparatlarda,  dövlət  postlarında  vəzifə  tutan  şəxslər,  qərarların 
qəbulunda iştirak edən şəxslər; 
-qanunvericilik  -qanunvericilik  normaları  və  sənədləri-konstitusiyalar, 
referendum  aktları,      qanunlar,  dövlət  rəhbərinin  dekretləri  (fərmanları), 
sərəncamlar,  bəyanatlar,  strateji-konseptual  sənədlər,  digər  normativ-hüquqi 
aktlar, 
beynəlxalq 
sənədlər: 
konvensiyalar, 
sazişlər, 
müqavilələr, 
memorandumlar,  bəyanatlar,  bəyannamələr,  xartiyalar,    protokollar,  notalar, 
vəkalətnamələr,  aqremanlar,  ekzekvaturalar,  övdətnamələr,  etimadnamələr,  
məktublar və digər yazışmalar   və s.; 
-siyasəti yayım vasitələri: informasiya və efir vasitələri; 
-yığıncaqlar: konfranslar, brifinqlər, konqreslər, forumlar və s. 
Siyasətin vasitələri siyasətin qaydalarını müəyyən edən vasitələrdir. Hansı 
ki,  siyasət  məhz  bu  vasitələrlə  icra  olunur.  Siyasətin  tərkibi  elə  özü  özünə 
vasitə olur.  Siyasətin vasitələri siyasətdə istifadə olunan alətlərə, onu istifadə 
edənlərə və istifadə obyektlərinə bölünür.  
 
Hüquq sistemi və siyasət sisteminin vəhdəti  
 
Hüquq  sistemi  nədir.
  Əvvəlcə  qeyd  edək  ki,  sistem  müəyyən  məkan 
tutumu  olan  elementlərin  qarşılıqlı  mexanizm  formasından  ibarət  olan 
mövcudluqdur.  Sistem  elementlərin  əks  olunduğu  məkan  cəmidir.  Sistemin 
ə
sas  forma  xarakteri  onun  strukturlardan  ibarət  olmasındadır.  Sistem  özündə 
alt  və  üst  sistemləri  ehtiva  edir.  Bu  da  sistemin  funksiya  tərkibini  meydana 
gətirir.    Sistem  sahələrdə  olan  və  sahələri  tənzim  edən,  müəyyən  xətli 
fəaliyyətə malik olan strukturlardan ibarət olan kompleksdir.  
Dövlət  ali  məzmunlu  ictimai  bir  sistemdir.  Cəmiyyət  sistemi  də  onun 
daxilində  qərarlaşır.  Dövlət  öz  iyerarxiyalı  fəaliyyətini  elə  sistemlə, 
mexanizmlə  formalaşdırır.  Dövlət  insan  və  insanların  yaratdığı  qurumların 
(tərəflərin,  subyektlərin) hüquqlarını müəyyən edən və nizamlayan ümumi bir 
tərəfdir.  Dövlət  bu  baxımdan  hüquqları  olan    tərkib  elementlərdən 
ibarətdir.
 Bu hüquqlu subyektlərin tərkibcə birləşmələri elə siyasət və hüquq 
sistemlərini  formalaşdırır.  Hüquq  normaları  ilə  dövlətin  tərkib  elementləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə