Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

31 
 
arasında trayektorik bağlılıq meydana gəlir. Səbəb və nəticə arasında kompleks 
yanaşmalar ortaya çıxır.  
Hadisələrin  fəlsəfi  mahiyyəti  onların  məkanını  müəyyən  edir.  Bu 
baxımdan hadisələr şəraitdən doğur, eyni zamanda öz ardınca digər  hadisələri 
meydana gətirir. Hərəkətlər digər hərəkətləri özündə ehtiva edir, başlanğıcları 
cəmləşdirir    və  təsir  nəticələri  digər  hadisələri  ortaya  çıxarır.  Bu  zaman 
məkanlardan-məkanlara  keçidlər  baş  verir  və  hadisələr  ardıcıllığı  meydana 
gəlir.  Hadisələr  ardıcıllığı  da  hadisələr  müstəvisini  yaradır.  Hərəkətlər  bir 
formadan  digər  formaların  yaranmasını  özündə  ehtiva  edir.      Bu  aspektdə 
siyasət  hadisələrdən,  hadisələr  cəmindən  ibarət  olan  fəaliyyətdir.  Siyasət 
həyata  keçirilərkən  məkanda  mövcud  olan  struktur  elementləri  hərəkətə 
gətirilir.  Vasitələr  hərəkətə  gətirilir.      Siyasət  bir  istiqamətdə  müəyyən 
sərhədlər  çərçivəsində  (məsələn,  dövlət  sərhədləri  daxilində)    baş  verən 
proseslərdir, onların cəmidir. Dövlət daxilində obyektlər üzrəində olan təsir də 
siyasətin meydana gəlməsini özündə ehtiva edir.  Siyasət çoxistiqamətlidir  və 
demək  olar  ki,  insanların  bütün  sahələrdə  maraqlarına  söykənən  və  maraqları 
üzərində formalaşan hadisələr toplusudur.   Siyasət həmçinin dövlət sərhədləri 
kənarında  olan  fəaliyyətdir,  aktlar  toplusudur.  Siyasət  zamanı  fəaliyyət  bütün 
aidiyyatı  məkanlarda  formalaşır.  Siyasət  maraqlar  üzərində  qurulan  və 
maraqlara xidmət edən bir fəaliyyətdir. Siyasət hərəkətlərin tənzimlənməsi ilə 
xassələnən fəaliyyətdir.    Buradan da siyasətin məzmunu, tərzi meydana gəlir.  
Hadisələr
 -müəyyən məkanda baş verən  ardıcıl proseslərin, hərəkətlərin 
ə
lamətləri –başlanğıcları və sonluqları ilə, forma baxımından əks olunmasıdır. 
Hadisələr  müəyyən  həcmi  və  kəmiyyəti  olan  zərrəciklər  axınıdır.    Bu  axın 
ə
ksolunma ilə obrazlanır. Axın zamanı məkandan məkanlara keçmə baş  verir. 
Bu  anda  hadisələr  böyüyür.  Bu  baxımdan  da  siyasət  hadisələr  şəbəkəsindən, 
ardıcıllığından  və  silsiləsindən    ibarətdir.    Siyasət  hadisələrin  tərkibi 
elementlərinin    hərəkətləridir,  hərəkətlərin  subyektləridir.  Deməli,  siyasət 
maraqlara bağlı olan bir fenomendir.  Elementlər arasında olan əlaqələr məhz  
siyasətin forma və məzmununu meydana gətirir. 
Hadisələr orada iştirak edən elementlərin və təsir edən ətraf elementlərin 
hesabına müxtəlif tərkibli və məkanlı olur. Hadisələr maraqlara müvafiq olaraq 
subyektlər  tərəfindən  törədilir.  Müəyyən  bir  məkanda  çoxlu  sayda  hadisələr 
baş verir. Bir hadisə universal olaraq bütün insanların maraqlarına cavab verir. 
Məsələn,  dövlət qanun qəbul edir və qanunla universal təminat siyasəti həyata 
keçirilir. Eyni zamanda ayrı-ayrı sahələrin tənzimlənməsi prosesləri baş verir.  
 
Siyasi hadisələrin ümumi fəlsəfəsi bunlardan ibarətdir: 
 
-siyasi hadisələrin fəlsəfəsi elə hadisələrin tərkibinin müəyyənliyindədir; 
-siyasətin gerçəkləşməsi elə hadisələrin özündədir; 
-hadisələrin daxili mahiyyəti siyasətin aşkarlığındadır;  


32 
 
-siyasi hadisələr dövlət və cəmiyyət prosesləri  vəhdətinin əsas tərkibidir; 
-siyasət şərtləndirici hadisələrdən ibarətdir; 
-siyasi  hadisələrdə  başlanğıc  və  son,  səbəb  və  nəticə  şərtləndirici  və 
aşkarlayıcıdır; 
-
dövlət hakimiyyətinin aktları siyasət hadisələridir; 
-siyasi hadisələr zəurətdən meydana gəlir; 
-siyasi hadisələr mərkəzi və ətraf xüsusiyyətlərə malikdir; 
-siyasi  hadisələr  siyasət  mərkəzlərində,  hüquqi  təminetmə  mərkəzlərində 
rasional olaraq müəyyən edilir; 
-siyasi  hadisələrin  pozitiv  mahiyyəti  hüquq  normalarının  qəbulu  və 
icrasındadır; 
-siyasi hadisələr siyasət institutlarında formalaşır; 
-siyasi hadisələrin əsas subyektləri hakimiyyət və təşkilatlardır; 
-siyasi  hadisələrin  tərkibi  subyektlərin  və  obyektlərin  maraqlarına  uyğun 
formalaşır; 
-siyasi  hadisələrin  məkanı  və  zamanı  mövcud  olur.  Zaman  universal  və 
ardıcıl olaraq meydana gəlir; 
-siyasi  hadisələr  dövlətin  və  cəmiyyətin  inkişafına  və  qorunmasına 
yönəlir; 
-siyasi hadisələr insanların hüquqlarını müəyyən etmək üçün törədilir; 
-siyasi hadisələrdə gerçəklik aşkarlanır; 
-siyasi  hadisələr  müsbət  mənada  dövlət-xalq  vəhdətini  yaratmaq  üçün 
törədilir; 
-siyasi  hadisələr  dövləti,  hakimiyyəti  və  xalqı  daxili  məzmun  etibarilə 
gerçəkləşdirir və s.  
 
Siyasət və məkan 
 
Dövlət özü məkan fenomenidir. Burada siyasi, iqtisadi,  mədəni və digər 
kriteriyalar  üzrə  məkan  mövcuddur.  Məkan  obrazlanma  tutumudur. 
Elementlərin  müəyyən  olunması  sərhədlərinin  hüdudlarında  olan  yerdir.    Hər 
bir fəaliyyət müəyyən bir məkanda yerinə yetirilir. Hadisələrdə olan elementlər 
elə  məkanı  yaradır.  Siyasət  hadisələri  mərkəzlərdə  hazırlanır.  Buna  görə  də 
məkan anlayışı formalaşır.   Hər bir məkan da elementlər toplusudur. Deməli, 
məkanlar  üstündəki    resurslar  üzərində  siyasət  həyata  keçirilir.  Resurslardan 
istifadə olunaraq məkan üzərində təsir meydana gəlir.  Məkana təsirlər zamanı 
resursların məkan üzrə dövriyyəsi və digər hərəkət forması  baş verir.    Hər bir 
hadisənin  tutumu  var.  Bu  tutum  məkanı  meydana  gətirir.  Aktların  təsir 
dairələri  və  tərkibi  mövcuddur.  Bu  baxımdan  da  siyasət  müəyyən  məkanda 
olan  elementlərin  hərəkətə  gətirilməsinin  təzahürüdür.  Eyni  zamanda 
elementlərin  məkanladan-məkanlara  keçməsidir.    Buradan  da  siyasətin  həcmi 
və  məkanı  meydana  gəlmiş    olur.  Siyasi  proseslər  zamanı  məkan  dəyişikliyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə