Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

47 
 
edilməsi,  qorunması,  identifikləşdirilməsi  və  ötürülməsi  qaydaları  və  bu 
istiqamətdə vasitələrin (məlumat verən, məlumat qəbul edən, özündə saxlayan,  
yayan  şəxslərin  və  onların  təmsil  olunduqları  qurumların)    funksiyaları, 
məsuliyyət və öhdəlikləri  hüquq normaları ilə tənzimlənir.   
Məlumat yayımını təmin edən kütləvi informasiya vasitələrinə televiziya, 
radio  (internet-onlayn  və  anten  vasitəsilə  yayımlanan  vasitələr),    mətbuat 
(jurnal,  qəzet-çap  üsulu  ilə  məlumatın  mətn  və  fotovizual  şəkildə  yayımını 
təmin  edən  vasitələr),  informasiya  agentlikləri  (teleqraf  və  elektron  üsullarla 
informasiyanı   mətn, audiovizual və audio formada  yayan qurumlar) və digər 
vasitələr, informasiya yayım formaları aiddir. Kütləvi informasiya vasitələrinin 
ə
sas  funksiyası  baş  verən  hadisələr  barədə  insanları  (tərəfləri,  maraqlı  olan 
şə
xsləri, ümumilikdə hər kəsi ) lazımi şəkildə  məlumatlandırmaqdan ibarətdir. 
Hakimiyyət  anlayışı. 
Hakimiyyət  insanların  maraqlarını  təmin  edən  və 
müəyyən  səlahiyyətlərə  malik  olan  inzibati  iyerarxik  (aşağıdan  yuxarıya 
doğru  tabeli)  formalı  bir  strukturdur.  Eləcə  də  qolları  arasında  bir-birinə 
hüquqi nəzarətin və hüquqi bağlantının mövcud olduğu siyasi kompleksiyadır. 
Hakimiyyət  strukturlarının  hüquqi  statuslarının  xarakterik  cəhəti  ondan 
ibarətdir  ki,  burada  hüquqi  səlahiyyətlər  məsələsində  məxsusiləşmə  və 
universallaşma  var.  Pillələr  üzrə  səlahiyyətlərin  azalması  və  artması  var.  
Qərarların  pillələr  üzrə  qəbulu  və  ləğv  olunması  mövcuddur.  Bir  qurumun 
qərarı  digər  üst  qurum  tərəfindən  ləğv  oluna  bilir.  İyerarxik  hakimiyyətdə 
ağağı  qurumlara  tapşırıqlar  verilməsi,  göstərişlər  verilməsi  məsələsi  var.    
Qeyri-inzibati iyerarxik” (“qeyri-tabeli”) formalı hakimiyyət qolu da var. 
Məsələn,  məhkəmə  hakimiyyətində  yerli  və  ixtisaslı  (məsələn,  hərbi  və 
yuvenal,  mülki və cinayət məhkəmələri, inzibati və iqtisadi məhkəmələr, ağır 
cinayətlər  məhkəmələri)    məhkəmələr  öz  işlərində,  qəbul  etdikləri  qərarlarda  
qanun  çərçivəsində  müstəqildirlər.  Qərarları  dövlət  adından  müstəqil  qəbul 
edirlər.  İnzibati  cəhətdən  yuxarı  məhkəmələrə    (məsələn,  Apellyasiya 
məhkəmələrinə,  Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə) tabe deyillər və 
onların  tapşırıqlarını  yerinə yetirmirlər və onlar qarşısında hesabat vermirlər.  
Ə
dalət mühakiməsini müstəqil həyata keçirirlər. Lakin burada da bir iyerarxiya 
var.  İyerarxiya  ondan  ibarətdir  ki,  yerli  məhkəmələrin  və  ixtisaslı 
məhkəmələrin  (birinci  instansiya  məhkəmələrinin)  qərarlarını  protest  (etiraz) 
verməklə  apellyasiya məhkəmələri ləğv edə bilirlər,  apellyasiya şikayətlərini 
isə  kassasiya  qaydasında  Ali  Məhkəmə  iddia  əsasında  təmin  edə  bilir. 
Məhkəmələrin təşkilini təmin edən və işlərinin icrasına inzibati nəzarəti həyata 
keçirən,  lakin  məhkəmə  üzərində  (qərarlarına  görə)    birbaşa  pilləli  inzibati 
nəzarəti    həyata  keçirməyən  qurum  olur.  Məsələn,  icra,  məhkəmə  və 
qanunverici  qurumun  göndərdiyi  nümayəndələrdən  ibarət  olan  Məhkəmə 
Hüquq Şurası (qanuna əsasən məhkəmə hakimiyyətinin özünüidarə funksiyası 
həyata  keçirən  orqan)  bu  funksiyanı  yerinə  yetirir.  Lakin  bu  qurumun 
məhkəmə  qərarlarının  qəbuluna  dair  səlahiyyətləri  olmur,  müdaxilə  etmir. 


48 
 
Qərarlar  məhkəmlər  tərəfindən  müstəqil  şəkildə    qanunvericilik    əsasında 
qəbul olunur.  
Lakin  onu  da  nəzərə  almaq  lazımdır  ki,  hakimiyyətin  bütün  qolları  bir-
birinə  nəzarət  edirlər  və  bu  nəzarət  dövlətin  qanunvericiliyi  ilə  müəyyən 
olunmuş səlahiyyətlər çərçivəsində həyata keçirilir.   
“Qeyri-inzibati  iyerarxik”  hakimiyyət  formasına  həmçinin  yerli  (şəhər, 
qəsəbə, kənd) bələdiyyələr (bələdiyyələrə yerli sosial hakimiyyət də demək 
lar)
 də aiddir. Yerli bələdiyyələrə yerli icra hakimiyyətlərinin nəzarəti yoxdur. 
Yerli  bələdiyyələr  müstəqildirlər.  Qərarları  qanunvericilik  çərçivəsində, 
səlahiyyətləri  daxilində,    qanunvericiliyin    tələbləri  ilə  qəbul  edirlər.  Qəbul 
elədikləri qərarlar ədliyyə qurumunda qeydiyyatdan keçirilir və hüquqi  status 
verilir.  Yerli bələdiyyə qurumları ilə işləri koordinasiya edən, onların işlərini 
təşkil  edən    mərkəzi  icra  qurumları    ola  bilir.  Bələdiyyələrin  işinə  ictimai 
nəzarətin,  ictimai  müşahidənin  nəzarətini  təmin  etmək  məqsədilə  qanunverici 
qurumun  da  yerli  bələdiyyələr  üzrə  iş  mərkəzini  təşkil  etmək  olur.  Yeri 
gəlmişkən  bələdiyələr  Milli  Məclisdə  hesabat  verirlər.    Bələdiyyələr 
müstəqildirlər  və  onlar  birləşib  ictimai  birliklər  (məsələn,  həmkarlar 
komitələri,  idman  birlikləri  və  s.  )  yarada  bilərlər.  Lakin  bu  qurumlar 
koordinasiya  xarakteri  daşıya  bilər  və  hüquqi  tərəf  tərəf  olaraq  onların 
özlərinin səlahiyyətlərinə müdaxilə edə bilməzlər. 
Ümumiyyətlə,  belə  bir  fikir  bildirə  bilərik  ki,  “qeyri-inzibati  iyerarxik” 
hakimiyyətin  üst  iyerarxiyası  elə  məhkəmələrdir.      Məhkəmələr  yolu  ilə  bu 
kimi qurumlarda qərarların ləğvi və ya da qüvvədə saxlanılması mümkündür. 
 
Hakimiyyətin forması, məzmunu və  xarakteri: 
 
Forma və məzmunu 
-idarəedicidir; bu baxımdan,  
-tənzimləyicidir; 
-nəzarətedicidir; 
-təşkiledicidir; o cümlədən 
-qurucudur; 
-yaradıcıdır; 
-səlahiyyət bölücüdür; 
-əlaqələndiricidir; 
-vəzifələr müəyyən edəndir; 
-həlledicidir; 
-hüquq normaları  yaradandır; 
-qanunvericilik təşəbbüsü var; 
-güc tətbiq edicidir, əlində silahlı qüvvələr var; 
-resurslara (maliyyə, əmlak) malikdir və s.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə