Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

54 
 
cəmiyyətin  və  dövlətin  inkişaf  vəziyyətləri  və  parametrləri  nəzərə  alınır. 
Mövcud  resurslar,  mövcud  qanunvericilik  vasitələri  sonrakı  bazalar  üçün 
resurs və vasitə rolunda çıxış edir. 
İ
nstitutsional  idarəetmə  elə  əslində  demokratik  idarəetmədir.
 
İ
nstitutlarda qruplar idarə edirlər. Bu kimi qurumlarda qərarlar kollegial qəbul 
olunur. Obyektlər və predmetlər üzrə təkliflər və yeni ideyalar nəzərə alınır və 
müzakirələr,  disskusiyalar  keçirilir.  Çoxluğun  səsi  qərarların  qəbulunu  və 
icrasını  təmin  edir.      Yekun  qərar  da  kollegial  qaydada  verilir.  Məsələn, 
kabinet  qərarları  kollegial  qaydada  qəbul  olunur.  Parlamentin  qərarları 
kollegialdır. Müşavirələrin, iclasların, digər toplantıların qərarları kollegialdır. 
(Qeyd:
  müəssisə  rəhbərinin  qərarı  da  əslində  kollegial  məzmun  kəsb  edir. 
Çünki rəhbər təkliflər və hüquq normaları əsasında ona  verilmiş səlahiyyətlər 
daxilində  qərarlar  qəbul  edir.  Rəhbərin  qərarları  da  aidiyyatı  strukturlarda 
hazırlanır.  Eyni  zamanda  dövlət  rəhbəri  çoxluğun  xalqın    nümayəndəsidir. 
Onun  qərarları  xalqın  adından  verilir.  Dövlətin  adından  qəbul  olunur.  Bu 
baxımdan  da  kollegial  məzmunlu  ola  bilir)        Dövlət  rəhbəri  də  kollektivin 
təşəbbüsü  və  təklifləri  əsasında  qərarlar  qəbul  edir.  Bu  kimi  proseslər 
institutların  daxillərində  həyata  keçirilir  və  buna  görə  də  demokratik  əsaslara 
malik olur.  
İ
nstitutsional 
idarəetmə 
ilə 
ə
laqədar 
bu 
kimi 
fikirləri 
ümumiləşdirmək olar: 
-institutsional 
idarəetmə 
demokratiyanın 
demokratik 
idarəçiliyin  
tərkibidir və kollektiv idarəetmədir; 
-institutsional idarəetmə çoxluğun yekdilliklə idarəçiliyidir; 
-institutsional idarəetmə seçkili və təyinatlı idarəetmədir; 
-institutsional idarəetmə təşəbbüslü və təklifli idarəetmədir; 
-institutsional idarəetmə sistemli idarəetmədir və rasional məzmunludur; 
-institutsional  idarəetmə  iyerarxik  tərkiblidir  və  forma  baxımından  da 
pilləlidir; 
-institutsional  idarəetmə  şəbəkəli  idarəetmədir  və  bundan  da  dövlətin  ali 
idarəçiliyi yaranır və s. 
 
İ
darəçilik hüququ insan hüquqlarının bölgüsü və  tərkibi kimi 
 
İ
darəçilik  sistemli  bir  proses  olaraq  elementlərin  müəyyən  istiqamətlərə 
yönləndirilməsidir.  Subyektlərin  obyektlərə  və  vasitələrə  alətlərlə  təsirləridir. 
Bu da tənzimləmədir. Hər bir elementin öz lazımi  məkanına gətirilməsidir və 
bu baxımdan   yeni  məkanlarla əvəz olunmasıdır. İdarəetmə prosesləri zamanı 
elementlərin  məkanlarda    sıralara  düzülməsi  halları  yaşanır.  Bu  proses  də 
tənzimləmə  hesab  olunur.  Norma  və  qaydalar  meydana  gəlir.  İdarəetmə 
mahiyyətcə  norma  və  qaydalara  salmaq  prosesidir.  Tənzimləmə  insanlar 


55 
 
tərəfindən həyata keçirlir. Buna görə də idarəetmə insan hüquqlarının tərkibinə 
aid olur.  
Hüququn  tərkibi  bir  mücərrəd  və  konkret,  eləcə  də    konseptual  anlayış 
kimi mövcudluqdan,  varlıqdan  meydana gəlir. Yəni, insan varsa, dövlətdə və 
cəmiyyətdə (ümumiyyətlə, məkanda)  mövcuddursa,  deməli, məkanda (dövlət 
və cəmiyyətdə) olan vasitələrdən istifadə haqqına malikdir. Eləcə də dövlət və 
cəmiyyətdə  yeni  resursları  yaratmaq  hüququna  sahibdir.  Dövlət  və  cəmiyyət 
özü  elə  insan  hüququnun  məhsuludur.      Bütün  hüquqlar  insanların  təbii 
hüquqlarına  aiddir;  çünki  insan  təbii  varlıqdır.  Onun  fəaliyyəti  də  təbiidir. 
İ
nsanın  quruculuğu  və  yaradıcılığı  da  onun  təbii  fəaliyyətinin,  əqli  və  fiziki 
təbii  fəaliyyətinin  məhsuludur.  İnsan  yaradırsa,  yaratdığı  vasitələr  üzərində 
hüquq  əldə  edir.  Bununla  da  yaratdığını  məxsusiləşdirir,  özününkü  edir.  
Yaratdığı vasitələrə hüquqi status əldə edir.   
Hüquq 
subyektin  obyekt  üzərində  təsir  qaydalarını  və  mexanizmlərini 
yaradan  vasitədir,  üsul  və  istiqamət  müəyyən  edən  bağlayıcı  kriteriyadır. 
Məsələn,  insanların  dövlət  və  hakimiyyət  hüquqları  elə  dövlətləri  və 
hakimiyyətləri  bir-birinə  bağlayır.    Hüquq  qaydalar  və  normalar  üçün  nəzəri 
ə
saslardır.    İnsan hüquqlarının tərkibini formalaşdıran amillər mövcuddur. Bu  
tərkib  vəzifələrdən  doğan    ixtiyar,  səlahiyyət,  səlahiyyətlərdən  irəli  gələrək, 
məxsusluq, mənsubluluq, aidiyyatlılıq, bunlardan irəli gələrək əşyadan istifadə 
haqqı,  icra  hüququ,  üzərində      inzibati  həbs  tətbiqi  hüququ,    əşyalardan 
istifadəni  məhdudlaşdırmaq  və  genişləndirmək  hüququ,  ümumən  aidiyyatlılıq 
vəziyyəti, bağlılıq, bağlayıcılıq, vasitələrin tərkibinin dəyişidirilməsinə yönəlik 
hallar,  vasitələrin  məhv  edilməsi,  iştirakçılıq,  müşahidə  və  nəzarət  və  digər 
vəziyyətlər    özlüyündə  hüququn  tərkibini  yaradır.  Hüquq  burada  hərəkətləri 
müəyyən  edir.  Sahələrdə  olan  vasitələr  üzərində  təsir  hüquqları  isə  bölgünü 
meydana  gətiririr.  Məsələn,  siyasi,  iqtisadi,  sosial,  mədəni,  texniki  və  digər 
hüquqlar  bölgüyə  aiddir.  Hər  bir  sahədə  hüquq  istifadəni  və  məsuliyyəti 
meydana  gətirir.    Hüququn  ümumi  tərkibi  universal  kriteriya  kimi  (məsələn, 
vəzifə  səlahiyyətlərindən  istifadə  hüququ)      məxsusi  sahələrdə  tətbiq  olunur. 
Hüquqların  birbaşa  və  dolayı  təsnifatı  da  vardır.  Təbii  ki,  bu,  vəzifə  və 
səlahiyyətlərdən  irəli  gəlir.  Dövlətdə  və  cəmiyyətdə  məkana  aid  vəzifələri  də 
elə  insanlar  özləri  yaradırlar.  Bu  üsullarla  insanlar    öz  hüquqlarını  vəzifələrlə 
təsdiq  edirlər.  Vəzifə  tutmaq,  iş  yeri  əldə  etmək  həmin  məkanda  hüquqları 
yaradır.    Hüquqlara  birbaaş  və  dolayı  yollarla  sahiblik  var.  Birbaşa  və  dolayı 
təsnifat vasitələrdən istifadənin, aidiyyatlılığın və mənsubluluğun dərəcəsindən 
asılıdır.  Bu  da  özlüyündə  hüquqi  məsuliyyət  və  vəzifə  öhdəliyinin  tərkib 
dərəcəsini meydana gətirir. Məsələn, müəyyən bir qurum tərkibində vəzifəsinə 
görə  birbaşa  məsuliyyət  daşıyan  və  dolayı  yolla  məsuliyyət  daşıyan  şəxslər 
işləyirlər.  Əşyalardan  birbaşa  və  dolayı  istifadə  etmək  halları  mövcud  olur. 
İ
nsanlar  cəmiyyətdə  mövcuddurlarsa  və  cəmiyyətin  sosial-mədəni  və  siyasi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə