Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

58 
 
-referendumlarda iştirak yolu ilə,  
-dövlət və hökumət rəhbərlərini seçmək yolu ilə; 
-qanunvericilik  təşəbbüsü  hüququndan  istifadə  etməklə  təşəbbüskarların  
qanun layihələrinin qanunverici quruma göndərilməsi yolu ilə; 
-seçkili 
qurumlara 
(ali 
və 
yerli 
özünüidarəetmə 
qurumlarına) 
nümayəndələr seçmək yolu ilə; 
-dövlət siyasəti ilə bağlı hökumətə təkliflər vermək yolu ilə; 
-dövlət  hakimiyyətinə  ictimai  nəzarət  üçün  ictimai  qurumlar  yaratmaq 
yolu ilə; 
-kütləvi informasiya vasitələrinin nəzarəti  ilə  və s. 
 
Bu yollar özündə prosedurları əks etdirir. Eyni zamanda müvafiq imzalar 
toplamaq,  rəy  sorğuları  və  monitorinqlər  həyata  keçirmək,  ictimai  
araşdırmalar aparamaq  üsulları da idarəetmədə iştirak prosedurlarına aid oluna 
bilər.  Bu  da  özlüyündə  dövlət  hakimiyyətinə  ictimai  nəzarətin  əsaslarını 
yaradır.     
       
 
 
Dövlət gücü və hakimiyyət gücü 
(fəlsəfi izah) 
 
Dövlətin  güc  fəlsəfəsi  dedikdə,  düşüncələrdə    dövlətin  mərkəzi  məcmu 
qurum  kimi potensialını  müəyyən etməkdən ibarətdir. Dövlətin  gücü  fəlsəfəsi 
onun  təsirli  siyasəti  ilə  əlaqəlidir.  Hər  bir  şəxs  bu  gücü  və  təsiri  müsbət 
mənada  (fərdi  və  kollektiv  üçün)  öz  üzərində  hiss  edirsə,  onda  dövlət  güclü 
olur.    Dövlətin  gücündən  əhali  lazımi  səviyyədə  yararlana  bilirsə,  dövlət  o 
halda  güclü  tərəf  kimi  düşüncələrdə  obrazlanır.  Dövlət  beynəlxalq  əlaqələrdə 
təsirli  tərəf  kimi  davranırsa,  onda  güclü  tərəf  rolunu  oynyaır.    Dövlətin 
güclənməsinə  onun  sağlam  əmək  qabiliyyətinə  malik  olan  sakinləri  də  təsir 
edir.  Çünki  bütün  iqtisadiyyatın  sağlam  təməli  sağlam  düşüncə  və  sağlam 
təməllə,  həm  də  sağlam  istiqamətləndirmə  ilə  müəyyən  olunur.    Rasional 
cəmiyyət,  empirik  və  rasional  təsərrüfat  və  rasional  fəaliyyət  məhz  dövləti 
daxildən  və  xaricdən  gücləndirir.  Dövlətin  gücü  elmi  mərkəzlərdən  və  elmi 
potensialdan  da  çox  asılı  olur.  Çünki  dövlət  quruculuğu,  təsərrüfat  və 
kommunikasiya  quruculuğunda  elm  və  təhsil,  maarifçilik  əvəzsiz  rol  oynayır. 
Dövlətin  müəyyən  etdiyi  ideoloji  amillər  də  dövlət  gücünün  formalaşmasına 
təsirlər edir.  
Dövlətin  fiziki    gücü  ilk  növbədə  onu  yaradan  xalqın  yaradıcılıq  və 
quruculuğundadır. Bu baxımdan da  xalqın  mədəniyyəti onun dövlətini  güclü 
edir.    Xalqın  mədəniyyətinə  maddi  və  mənəvi  irsi  aid  olur.  Bu  mədəniyyət 
nümunələri  dövlətin  həm  daxildə,  həm  də  beynəlxalq  əlaqələrdə 
formalaşmasına  təsirlər  edir.  Mədəniyyət  nümunələri  ətraf  dövlətlərin  cəlb 


59 
 
olunmasını  təmin  edir.  Mədəniyyət  nümunələri  (bura  hətta  idman  da  aiddir)  
təsirlər edir və dövlətin immunitetini artırır.  
Dövlətin 
gücü 
onu 
təşkil 
edən 
elementlərin 
tutumunda 
və 
fəaliyyətindədir. Dövlət o halda güclü olur ki, onun ərazisi, əhalisi, vəsaitləri, 
iqtisadi  və  siyasi  sistemi,    təkmil  qanunvericiliyi,  coğrafi  mövqeyi  (tranzit 
yollar  və  limanlar  baxımından),  beynəlxalq  geostrateji  məkanlarda  iqtisadi 
ittifaqlar  və  bloklar  məkanında  mövqeyi,  aralıq  coğrafi  mövqeyi,    siyasi 
mövqeyi,  özünümüdafiə  siyasətinin  təşkil  olunması,  ümumiyyətlə,  geostrateji 
və geosiyasi vəziyyəti güclü olur.  
Dövlətin    gücünü  həm  daxili,  həm  də  xarici  amillər  yaradır.  Dövlətin 
gücünü  onun  təkmil  siyasi  sistemi  də  meydana  gətirir.  Siyasi  sistem  xalqın 
bütünlükdə  maraqlarını  təmin  edən  fəaliyyət  həyata  keçirirsə,  onda  o  sistem 
güclənmiş olur. 
Hakimiyyət gücünü
 dövlətindən, xalqından götürür. Hakimiyyət dövlətə 
arxalanaraq,  resurslara  və  dövlətin  gücünü  əks  etdirən  elementlərə  və  onların 
fəaliyyətinə  güvənərək  hərəkət  edir.  Öz  gücünü  artırır.  Hakimiyyət  dövlətin 
güclü olmasında mühüm rol oynayır;  ona görə ki,  dövlətin fəaliyyətini məhz 
bu  qrup  həyata  keçirir.  Hakimiyyətin  gücündə  ilk  növbədə  xalqla  təmaslar 
amili  mühüm  önəm  kəsb  edir.      Hakimiyyətin  gücü  xalqın  zamanda  nəbzini 
müəyyən  etməkdən  və  ona  cavab  verməkdən  ibarətdir.  Hakimiyyətin  gücü 
onun  məkanda  və  zamanda  lazımi  siyasəti  tətbiq  etməkdən  ibarətdir. 
Hakimiyyətin  gücü  idarəetmə  mərkəzlərinin  və  siyasət  institutlarının  gücünə 
bağlıdır. Bu kimi mərkzələrin potensialı məhz hakimiyyətin gücünü artırır.  
Mərkəzi  hakimiyyətin  gücü  yerli  və  regional  siyasi  sistemlərdən, 
idarəetmədən  sıx  şəkildə  asılıdır.  Yerli  və  mərkəzi  hakimiyyət  və  bu 
hakimiyyətlər  arasındakı    koordinativ    əlaqə  bütöv  siyasi  sistemi  tamamlayır. 
Bu anda dövlətin bütün məkanlar üzrə siyasi sistemi güclənmiş olur.   
 
Dövlətin inkişaf yollarının fəlsəfi əsasları: deduktiv və induktiv  
metodlar 
 
Dövlətin  başlıca  funksiyası    insan  hüquqlarını  zamanla  təmin  etməkdən 
və  müdafiə  etməkdən,  həmçinin  insanları  qorumaqdan  və  əldə  olunan 
resursları  mövcud  və  gələcək  zamanda  səmərəli  istifadə  etməkdən  ibarətdir. 
Dövlət  öz  funksional  quruluşuna  görə,  eləcə  də    insanlarla  olan  münasibətlər 
quruluşu  baxımından  (buna  proses  quruluşu  demək  olar)  fəlsəfi,  dərin  və 
pozitiv  məzmunlu  assambleyanı  meydana  gətirir.  Münasibətlər  çoxtərəfli, 
çoxsahəli olduğundan fərqli və mürəkkəb məzmunludur.  
Dövlət  cəmiyyətin  və  insanların  hüquqlarını  inkişaf  etdirməkdə  maraq 
nümayiş etdirir. Çünki özü elə forma etibarilə cəmiyyət  və dövlət hüququnun 
tərkibindən  ibarətdir.  Dövlət  zaman  fəlsəfi  kateqoriyasına  müvafiq  olaraq 
deduktiv
 və induktiv tənzimləmə və maraqları təminetmə funksiyasını yerinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə