Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

60 
 
yetirir.  Dövlətin  bu  tip  fəaliyyətindən  inkişafın  deduktiv  və  induktiv  fəlsəfi 
mənaları  aşkarlanır.  Hər  iki  metod  qarşılıqlı  olaraq,  ardıcıl  tamamlama 
qaydasında tətbiq edilir.  Dövlətin bir sahədə əldə etdiyi resurs digər sahəni də 
təmin  edir.  Burada  inkişafın  induktiv  metodu  yaranır.  Resursların  cəminin 
ümumi  istifadəsi,  resursların  toplanması  və  gələcəyə  yönəlik  birləşdirilməsi 
mövcud  zamanın  induktiv  metodunu  formalaşdırır.  Qarşıda  duran  strateji 
planlar və resursların bu istiqamətə yönləndirilməsi  isə dövlətin tənzimləmədə  
deduktiv  metod  yolunu  təsdiqləyir.  Deduktiv  və  induktiv  metodlar  tək  zaman 
yox, bütün fəlsəfi kateqoriyalarda da istifadə oluna bilir.   
Prosesləri  tənzimləmə  yolunda  hüquq  normalarının  keçici  və  bağlayıcı 
ə
saslarla  dərk  olunması  və  hüquq  normalarının  genişlənməsi,  çoxalması 
cəmiyyətin  və  dövlətin  deduktiv  (ümumidən  xüsusiyə  keçmək  yolu  ilə)  və 
induktiv  (xüsusidən  ümumiyə  keçmək  yolu  ilə)  inkişaf  metodunu
  meydana 
gətirir.  Məsələn,  deduktiv  metodda  hüquq  normaları  əvvəlcə  qəbul  edilir 
(buraya  konstitusiya  və  qanunları,  strateji-konseptual  sənədləri  və  digər 
qanunvericilik  aktlarını  aid  etmək  olar),  resursları  və  fəaliyyəti  bu  normalara 
doğru  yönəldir.  İnduktiv  inkişaf  metodunda  isə  mövcud  resursların 
tənzimlənməsini həyata keçirən hüquq normaları qəbul edilir. Hüquq normaları 
resursun  zamanın  təsdiq  edir.  Mövcudluq  öz  fəaliyyətinin  işə  düşməsi  ilə 
induktiv  tənzimləməni  də  tamamlayıcı  və  istiqamətləndirici  edir.  Deduktiv 
metodda  isə  hüquq    norması  resursun  mövcud  zamanını,  həmçinin  üzdə 
olmayan resursun mövcudluğunu qabaqlayır.
   Onu aşkar etmək məqsədini 
güdür.    Təbii  ki,  qəti  şəkildə  bu  inkişaf  metodlarını  ayırmaq  olmaz.  Bu 
metodlar  bir-birilərinin  daxilində  elə  bir-birilərini  tamamlayırlar.  Məsılən, 
gələcək  resurs  həm  də  öz  başlanğıcını  indiki  resursdan  götürür.    Deduktiv 
metodda gələcək zaman anlayışı bir qədər qabağa gəlir, induktiv metodda 
isə  gələcək  elə  daha  çox  mövcud  zamandan  başlayır.
  Mövcud  resursların 
tənzim  olunması  prosesləri  həyata  keçirilir.    Zaman  müəyyən  nöqtələrdə  hər 
iki  metodu birləşdirir. Proseslər gedişatında induktiv  metod deduktiv  metodu, 
deduktiv  metod  isə  induktiv  metodu  şərtləndirir.  Bu  baxımdan,  əvvəlcə  də 
qeyd  olunduğu  kimi,  induktiv  metoddan    deduktiv  metod  öz  başlanğıcını 
götürür.  Deduktiv  metod  həm  də  induktiv  metodu  özünə  sarı  çəkir.  İnduktiv 
metod isə deduktiv metodun bazası rolunda çıxış edir. 
Hüquq 
normalarının 
deduktiv 
və 
induktiv 
metodları 
dövlət 
tənzimləməsinin mövcud və gələcək zamanlarını müəyyən edir. 
Azərbaycanda inkişafın müşahidəsi də bu iki metodun mövcudluğunu əks 
etdirir.  Ölkənin  inkişaf  tempi  özü  ilə  induktiv    metodun  tətbiqini  zəruri  edir. 
Eyni  zamanda  gələcək  qazanclar,  resursları  gələcəyə  düzgün  yönləndirmək 
məqsədilə,    deduktiv  metodun  tətbiqini  şərtləndirir.  Ölkədə  qəbul  edilən 
qanunvericilik  aktları  (buraya  strateji-konseptual  sənədləri  də  aid  etmək  olar) 
deduktiv  və  induktiv  metodlarla  təsdiqedici,  təsbitedici  və  təminedici 
funksiyaya malikdir. 


61 
 
 Dövlətin inkişaf yollarının fəlsəfi əsasları: ivent və kontent  metodlar 
 
İ
vent  (ing.  event)
-hadisə  deməkdir.  Kontent  (ing.content)  isə  şərh 
mənasını verir. Hadisə -tərkibi hissələrdən ibarət olan və hərəkətlər sayəsində 
dəyişən  gerçəkliklərdir.  Hadisə  baş  verir,  onun  təsir  dərəcələri  isə  izah  edilir. 
Bu  anda  hadisənin  səbəbləri  açılır.  Kontent  hadisələrdəki  aydınlıqların 
(subyektə siqnal şəkilində çatan zərrəciklərin)  ifadə olunmasıdır.  
Siyasət  özü  elə  hadisələrdən  formalaşır  və  hadisələrin  fərdi  və  qrup 
(sistemli,  şəbəkəli,  əhatəli)    halını  ifadə  edir.  Hər  bir  hadisənin  forması  və 
məzmunu  mövcud  olur.  Buna  müvafiq  müəyyən  miqyaslı    məkan  əmələ 
gətirir.  Hadisələrdə  iştirak  edən  subyektlər  və  vasitələr  (tərəflər)  hadisələrin 
mahiyyətini  formalaşdırır.  Hadisələrdə  zaman  və  digər  fəlsəfi  kateqoriyalar 
həlledici  müəyyənlik kimi çıxış edir. Zaman, zərurət  və nəticə  kateqoriyaları 
da  hadisələrin  baş  baş  vermə  səbəblərini  müəyyən  edir.  Sistemlilik 
prinsiplərindən  irəli  gələrək  bir  hadisə  bir  və  ya  da  bir  neçə  hadisəni 
şə
rtləndirir.  Hadisələr  digər  hadisələr  üçün  oyadıcı  effekt  daşıyır.  Hadisələrə 
təkan  verir.    İnkişaf  prosesləri  də  artan  hadisələrdən,  müəyyən  olunan 
gerçəkliklərdən  ibarətdir.  Burada  da  hadisələr  arda-arda,  yan-yana  baş  verir. 
Buna  şəbəkəli  metod  da  demək  olar.    İnkişaf  həm  də  ümumən  pozitiv  və 
konstruktiv hadisələr cəmindən meydana gələn prosesləri özündə cəmləşdirir.  
Hər bir proses özündə bir və ya da bir neçə  metodu  yaradır. Metodların 
sayı hadisələrin  miqyasından asılı olur.  Metod bir aspektdə  təcrübədən irəli 
gələrək meydana gəlir, eləcə də əvvəlcədən  nəzəri olaraq formalaşır və tətbiq 
olunur.  Bu  baxımdan  da  metodun  nəzəri  və  təcrübi  tərəfləri  mövcud  olur. 
İ
(e)vent  və  kontent  metodlar  da  inkişafı  şərtləndirən  metodlar  sırasında 
qərarlaşır. 
İ
nkişafın ivent metodu hadisələrin say baxımından artan tempini göstərir. 
Burada  statistika  əsas  rol  oynayır.  Statistika  həm  də  həcmi  ifadə  edir.    Bu  o 
deməkdir  ki,  proseslərdə  nə  qədər  hadisə  meydana  gələrsə,  bir  o  qədər  həcm 
artar  və  proseslərdə  iştirak  edən  vasitələrin  sayı  çoxalar.  Bu  göstərici  özündə 
elə  inkişafı  meydana  gətirir.  İvent  metodlarda  inkişafın  təzahürü  daha  çox 
qabarır. Burada artıq proseslərin digər prosesləri  şərtləndirməsinin əsasları və 
törəmənin əsasları kontent metodlarda tətbiq olunur.  
İ
nkişafın  kontent  metodu  isə  hadisələr  cəminə  olan    baxışları  meydana 
gətirir.  Hadisələrin  müsbət  və  mənfi  tərəfləri  burada  hadisələrin  kökündə 
qərarlaşır. Bu metod yaylı metod da hesab oluna bilər. Kontent metod elə ivent 
metodun  sistemli  cəmini  ifadə  edir.  Məsələn,  inkişaf  proseslərində  bütün 
sənaye  sahələrinin  və  infrastrukturun  şaxəli  inkişafı  özlüyündə  kontent 
metodun  tətbiqi  ilə  meydana  gəlir.  Kontent  metod  zamanı  bir  qrup  inkişaf 
hadisələri  digərləri  üçün  şərtləndirici  funksiya  daşıyır.    Kontent  metodda 
təzahür  olunan  inkişaf  hadisələri  (iventlər)  cəm  halda  tətbiq  olunur  və  sanki 
“inkişafın  layihə  metodu”
  adını  alır.  Layihənin  içərisində  çoxlu  sayda  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə