Elşən Misir oğlu Nəsibov


Kateqoriyanın tətbiqinin məzmunu necə formalaşır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

66 
 
Kateqoriyanın tətbiqinin məzmunu necə formalaşır 
 
-ilk  növbədə  dövlət  insanların  hər  bir  yaşda  baza  hüquqlarını  təsbit  və 
təmin  edən  və  gələcək  münasib  qanunvericilik  üçün  şərtləri  ortaya  qoyan,  bu 
baxımdan baza hüquqların ardıcıl təminatını həyata keçirmək iqtidarında olan 
konstitusiyanı  qəbul  edir.  Konstitusiya  başlanğıcı  sağa,  sağı  da  sola  doğru 
aparır; 
-ikincisi,    mövcud  qanunlar  və  digər  qanunvericilik  aktları    insanların 
yaşlarının artmasına müvafiq olaraq onların hüquqlarının təminatını əsas hədəf 
kimi  müəyyən  edir.  Dövlət  bu  aspektdə  vaxtaşırı  və  ardıcıl  olaraq,  müvafiq 
sahələri  əhatə  etməklə,    hüquqi  islahatlar  həyata  keçirir  ki,  şablonlar, 
stereotiplər  aradan  qaldırılsın.  Maneəsiz  olaraq  hüquqlar  təmin  edilsin.      Hər 
bir insan öz zamanında yaxşı hüquq normaları ilə təmin edilsin. Eyni zamanda 
yeni gələn insanın da şəraitə və məkana uyğun olaraq yeni tələblərlə hüquqları 
təmin  edilsin.  Tələblərin  də  meydana  gəlməsi  həm  resursun  əks  etdiridiyi 
mövcud  zamandan  ortaya  çıxır,  həm  də  yeni  resursu  əldə  etmək  məqsədini 
güdür.   Bu baxımdan mövcud hüquqlar gələcək zaman hüququnu da yaradır; 
-üçüncüsü,  dövlət  gələcək  zaman  üçün  hüquqların  təmin  edilməsini 
həyata  keçirmək  məqsədilə  gələcəyə  yönəlik  hüquq  normalarını  (proqram  və 
konsepsiyaları,  fəaliyyət  planlarını,  digər  strateji-konseptual  sənədləri)  
indidən 
qəbul  edir.  Bu  hüquq  normalarının  icrası  üçün  resursları  ümumən 
gələcəyə yönəldir.  
Dövlət öz resurslarından istifadə edir. Gələcək hüquqların təminatını cari 
hüquqların  islahatı  ilə  həyata  keçirir.  Buna  sistemdaxili  genişlənmə  kimi 
baxmaq lazımdır.  Eyni zamanda gələcək hüquqları nəzəri baxımdan hazırlayır 
və  resursları  ona  doğru  yönəldir.  Sistemin  kənarından  genişlənmə  bu 
qaydada həyata keçirilir.  Burada elə zaman kateqoriyası ilə inkişafın deduktiv 
və induktiv metodları formalaşmış olur. 
Dövlət  gələcək  hüquqları  takitki  və  strateji  əsaslarla  təmin  etmək 
siyasətini reallaşdırır. Bu metodlar sistemə həm daxildən tətbiq olunur, həm də 
sistemin kənarlarından tətbiq edilir. Hər ikisi sistemi böyüdür.  
Qeyd  olunduğu  kimi,  gələcək  hüquqların  tətbiqi  iki  mühüm  istiqamətdə 
həyata  keçirilir:  birincisi,  sistemin      daxilini  zənginləşdiririr.  Yəni,  yeni 
qanunvericilik aktları qəbul olunur, sistemi daxilən zəngin edir, sayı çoxaldır, 
təkmilləşməni artırır. Burada artma prosesi təmin edilir. Yenidənqurma həyata 
keçirilir.  İkincisi, sistemin “qırağından” daxil olur. Bu anda da dartıb sistemi 
böyüdür.  Hüquq  normalarının  sayı  çoxalır.  Hər  iki  metod  islahatların  həyata 
keçirilməsini şərtləndirir.    
 
Siyasi gərginliklər 
 
Gərginliklər müstəvinin müəyyən hissələrində sayca  artan elementlər və 
onların  fəaliyyət  kəmiyyətindən,  aktlarını  çoxaltmasından    asılıdır.  Proseslər 
artır,  güclənir  və  bu  anda  nisbi  axını  özündə  ehtiva  edən  cərəyan  güclənir. 


67 
 
Siyasət  proseslərdən  ibarət  olduğundan  daima  dəyişiklikləri  özündə  ehtiva 
edir.    Siyasət  müxtəlif  bucaqlardan,  koordinatlardan  həyata  keçir.  Siyasət 
müxtəlif  maraqların  müdafiəsini  özündə  əks  etdirir.  Hər  bir  maraqlı  tərəf, 
hüquqi səlahiyyətə malik olan tərəf (bu, istər dövlət, istərsə də dövlət subyekti 
olsun) öz tələbatlarına, maraq və mənafeyinə uyğun hərəkət fəaliyyətini təmin 
edir,  təşkil  edir.  İstiqamətlər  müxtəlif  olduğundan  bir  çox  hallarda  maraqlar 
kəsişir. Bu kəsişmədən toqquşmalar, maraq uğrunda mübarizələr baş verir. 
Siyasi gərginliklər bir tərəfdən inkişaf fəlsəfəsinin tərkibidir, digər tərfdən 
də  ərazilərin,  sahələrin  maraq  sferaları  üzrə  bölünməsidir.  Siyasi  gərginliklər 
ayrı-ayrı  tərəflərin  psixi  durumlarından  yaranır.  Belə  ki,  qısqanclıq  hissləri  –
həm  dövlətlərin  bir-birilərinə  qarşı,  həm  də  dövlətdaxili  subyektlər  arasında 
mövcud  olan    qısqanclıqlar-rəqabəti,  bir  məkanda  mübarizəni  özündə  ehtiva 
edir.  
Siyasi gərginliklər koordinatlarda, xətlərdə baş verir. Siyasi gərginliklərə 
münaqişələr, iqtisadi və  maliyyə böhranları, siyasi fəaliyyətin digər sahələrini 
ə
hatə  edən  gərginliklər,  bu  baxımdan  müharibələr,  çəkişmələr,  diplomatik 
böhranlar, hərbi xarakterli gərginliklər, müharibəni təşviq edən geniş miqyaslı 
hərbi təlimlər   və s.  aid olur. 
Siyasi  gərginliklər  məkanda  vərdiş olunmuş əlaqələr  müstəvisini korlaya 
bilir. Siyasi gərginliklər özülüyündə çəkinmə siyasətini də ehtiva edir. Bundan 
da müəyyən qədər tarazlıqlar siyasəti formalaşmış olur.    
 
Tarazlıqlar siyasəti 
 
Siyasət  tərkib  etibarilə  tarazlıqlardan  və  qeyri-tarazlıqlardan  ibarətdir. 
Dünya  müxtəlif  məkanlardan  ibarət  olduğundan  elə  bu  fərq  özü  qeyri-
tarazlıqları  meydana  gətirir.    Tarazlıqlar  ögey  münasibətlərin  qarşısını  alan 
faktorlar  və  istiqamətlər  kimi  önəm  kəsb  edir.  Tarazlıqlar  ideallığın  tərkibi 
kimi nəzərdən keçirilir.  
Dünya  dövlətləri  müxtəlif  güclərə  malikdirlər.  Buna  görə  də  fərqli 
resurslara,  fərqli  kəmiyyətli  vəsaitlərə  malikdirlər.  Vəsaitlərin  hərəkəti  də 
fərqlidir.  Dövlətlər  arasında  fərqlər  olduğundan  təbii  olaraq  rəngarəngliklər 
meydana  gəlir.  Bu  rəngarəngliklər  mütləq  bərabərliklərin  yaranmasının 
qarşısını  alır.  Bu  aspektdə  beynəlxalq  münasibətlərdə  tarazlıqlar  siyasəti 
tərəflər  arasında  bir  çox  hallarda  mütləq  bərabər  kəmiyyətli  olmur.  Böyük 
dövlətlər daha çox siyasət həyata keçirmək iqtidarında olurlar. 
Dövlətlər  beynəlxalq  hüquq  normalarını  ona  görə  yaradırlar  ki, 
tarazlıqıları müəyyən qədər təmin edə bilsinlər.     
 
Beynəlxalq münasibətlərin fəlsəfəsi 
 
Beynəlxalq münasibətlər fəlsəfəsi özündə dövlət və xalq fəlsəfəsini ehtiva 
edir.  Eləcə  də  beynəlxalq    siyasət  düşüncələrini  cəmləşdirir.  Beynəlxalq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə