Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

70 
 
mərkəzləri  arasında  koordinativ  əlaqələr  təmin  olunur.  Bu  baxımdan  da 
dövlətdə siyasət mərkəzləri məcmusu meydana gəlir. 
Siyasət mərkəzləri tərəfindən sülh siyasəti tətbiq olunur. Bu baxımdan da 
sülh  planları,  konsepsiya  və  proqramları  hazırlanmış  olur.  Siyasət  mərkəzləri 
resursları  sülhün  təmin  olunmasına  doğru  yönəldir.  Eləcə  də  vəsaitlərdən 
tərəflərin barışığının təmin olunması üçün istifadə olunur. 
Siyasət mərkəzlərini siyasətin hazırlandığı və icra olunduğu istiqamətlərə 
bölmək olar. Siyasətin mərkəzləri təsnif oluna bilir. Siyasət iyerarxik qaydada 
sahələrə  bölünür.  Mərkəzi  qurumlar  aşağı  siyasət  qurumlarının  təklifləri 
ə
sasında  siyasətlərini  müəyyən  edirlər.  Mərkəzi  siyasət  qurumlarında 
hazırlanan siyasət ətraf qurumlara doğru şaxələnir. Bu anda siyasət mərkəzləri 
arasında əlaqə meydana gəlir. Siyasət mərkəzləri şəbəkələri yaranmış olur. 
Siyasət  mərkəzləri  maraqları  təmsil  edən  və  maraqları  müdafiə  edən 
qurumlar  olduğundan  sülh  siyasətinin  tətbiqi  başlıca  strateji  və  taktiki  hədəfə 
çevrilir.  Siyasəti mərkəzləşdirən siyasi sistemdir. Siyasi sitem daxilində çoxlu 
sayda, sahələri əhatə edən mərkəzlər meydana gəlir.     
 
Müstəqil siyasət və onun həyata keçirilməsi əsasları 
 
Siyasət  məkanlarda  və  sahələrdə  qərarlar    qəbul  etməkdən  və  onu  icra 
etməkdən ibarət olan davamedici  bir prosesdir. İnsanlar (burada siyasət tərəfi 
kimi  dövlət  hakimiyyəti)    qərarları  həm  müstəqil-öz  düşüncələrinə  və 
istəklərinə müvafiq olaraq, həm də qeyri-müstəqil (yaxud da qismən müstəqil), 
ə
trafların diktəsi, tövsiyyəsi və məsləhətləri ilə qəbul edirlər. Qərarların qəbul 
olunması  zəruru  və  icbari,  məcburi    şəraitdən  də  doğur.  Könüllü,  zəruri  və 
məcburi  qərarlar  məhz  subyektlərin  təsirləri  və  ətraf  aləmin-obyektlərin 
təsirləri  ilə  qəbul  olunur.  Meydana  çıxan  zəruri  şərait  zəruri  qərarların 
qəbulunu  və icrasını həyata keçirir.   Qərarlar tələbatların ödənilməsinə doğru 
yönəlir.  Eyni  zamanda  yeni  şəraitlərin  yaranması  zərurətlərini  də  özündə 
cəmləşdirir.  Qərarlar  ardıcılı  olaraq  və  sahələr  üzrə  qəbul  olunur.  Bu,  silsilə 
xarakteri  kəsb  edir.  Qərarlar  dövlətin  daxili  vəziyyəti  təhlil  olunmaqla  və 
beynəlxalq  aləm  dərk  olunmaqla  qəbul  olunur.  Çünki  dövlət  daxili  və 
beynəlxalq  siyasət  subyektidir.  Dövlətin  daxili  siyasətinə  və  onun 
istiqamətlənməsinə  məhz  xarici  amillər  də  təsir  edir.  Dövlət  hakimiyyəti 
dünyada  baş  verən  proseslərdən  nəticələr  çıxarmaqla  qərarlar  qəbul  edir. 
Qərarlar  ümumiyyətlə,  təminedici  (hərəkətəgətirici,  istiqamətlərverici), 
qoruyucu (müdafiəedici, mühafizəedici, məkanı sərhədləyici), bu baxımdan da 
qabaqlayıcı  əhəmiyyətə  malik  olur.  Qərarlar  mövcudluğu  qorumaq  və  inkişaf 
etdirmək  strategiyasını  əsas  hədəf  kimi  qarşısına  qoyur.  Qərarlar  siyasət 
mərkəzlərində-subyektlərində  qəbul  olunur.  Hər  bir  qərarın  hazırlanması 
prosesləri,  bu  baxımdan  qəbula  qədərki  mərhələsi  mövcud  olur.  Qərarın 
yetişməsi mərhələsi meydana gəlir. Qərarlar qəti və birdəfəlik aktlar şəkilində, 


71 
 
eləcə  də  kollektiv    formada  çox  zaman  üçün  tətbiq  olunan  şəkildə  qəbul 
olunur.   
Müstəqil  siyasət  anlayışı  həm  mütləqdir,  həm  də  nisbidir,  şərtidir.  Təbii 
ki,  mövcud  zamanın  inteqrasiya,  koordinasiya,  qloballaşma  dövründə 
beynəlxalq    aləm  sıx  bir  bütövdür.  Bütün  sahələr  demək  olar  ki,  bir-birinə 
bağlıdır. 
Dövlətlər  daxillərində  müstəqildirlər.  Lakin  buna  tam  müstəqil  demək 
olmaz. Dövlət rəhbəri və dövlət hakimiyyəti təbii ki, xalqdan asılı vəziyyətdə, 
xalqın iradəsinə cavab olaraq qərarlar qəbul edirlər. 
Beynəlxalq  əlaqələrin  sıx  bağlılığı  beynəlxalq  münasibətlər  sahəsində 
qərarların qəbulu məsələsini dövlətin tam müstəqil şəkildə daxili işi hesab edə 
bilmir.  Bu  baxımdan  da  müstəqil  siyasət  yürütmək  anlayışı  bir  qədər  şərti 
xarakter  kəsb  edir.  Hər  bir  siyasətin  nəticəsindən  doğaraq  siyasət  həyata 
keçirilir.  Qərarlar  qabaqlayıcı  olur  və  siyasətin  axarını  müəyyən  edir, 
yönləndirir,  dəyişir.  Ümumiyyətlə,  bütün  qərarlar  sistemin  qorunmasına  və 
müdafiəsinə əsaslanır. 
Dünyada  adətən  kiçik  dövlətlər  böyük  dövlətlərlə  əlaqələr  fonunda  çox 
müstəqil qərarlar qəbul etmək iqtidarında olmurlar. Qərarların  müstəqilliyinin 
artması ələlxüsus resurslara bağlı olan məsələdir.   
 
Referendumlar–siyasi təzyiq vasitələri kimi.  
Beynəlxalq münasibətlərin gərginləşdirilməsi vasitələri kimi  
 
Dövlət  hər  kəsin  marağını  təmin  edən  mərkəzi  bir  qurumdur.  Dövlətin 
siyasətinin  müəyyən olunmasında hər kəs  ya birbaşa (siyasətdə qərarverici və 
icraçı tərəf kimi iştirak etməklə), ya da dolayı yolla (burada idarə olunan tərəf 
nəzərdə tutulur) iştirak edir. Bu aspektdə dövlət komplekslərin cəmindən ibarət 
olan bir kompozisiyadır.  
Beynəlxalq  vərdiş  olunmuş  sabitliyə,  eləcə  də  dövlətdaxili  sabitliyə 
referendumlar  mənfi  təsirlər  edir.  Referendumlar  xalqların  öz  müqəddaratını 
təyin  etmək,  xalqın  rəyini  öyrənmək  vasitəsi  olaraq  dövlətlərin  ərazi 
bütövlüklərinə köklü zərbələr vurur. 
Dövlət  xalqındır,  xalqın  sifarişini  yerinə  yetirən  tərəfdir.  Dövlətdə  ciddi 
dəyişikliklər  xalqın  iradəsi  ilə  həyata  keçirilməlidir.  Bu  baxımdan  da 
dəyişikliklər üçün rəylər əsasdır. 
Referendumlar da xarakterinə görə təsnif oluna bilir: dövlətlərdən ayrılma 
ilə  nəticələnən  referendumlar;  ittifaqların  tərkibində  qalma  və  ya  da 
tərkibindən  çıxma  ilə  nəticələnən  referendumlar;    beynəlxalq  koalisiyalara 
qoşulma  və  hərbi  ittifaqlara  qoşulma  ilə  nəticələnən  referendumlar;  ölkənin 
hərbi  bloklara  qoşulmasını  qadağan  edən  və  ya    da    icazəni  nəzərdə  tutan 
referendumlar;  sərhədlərin  dəyişməsi  ilə  bağlı  referendumlar;    iqtisadiyyatla 
bağlı  referendumlar;  müharibənin,  münaqişənin  nəticələri  ilə  bağlı 
referendumlar və s.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə