Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

76 
 
müddətli  hədəfləri,  niyyətləri  müşahidələrlə  və  hisslərlə,  duymalarla  nəzərə 
alınır.  Onu  da  nəzərdən  qaçırmaq  lazım  deyil  ki,  təcrübələr  və  onlardan 
nəticələr çıxarmaq  və bu istiqamətdə müşahidələrlə əqli nəticələrə gəlmək və 
dərk etmək müəyyən qədər düzgün proqnozlaşdırmanın əsasını təşkil edir.   
Dövlət  siyasətinin  (beynəlxalq  əlaqələrdə)    proqnozlaşdırılması    və 
gələcəyi müəyyən etmək düşüncələrdə həm də belə aparıla bilər: 
-Əvvəlcə  hər  hansısa  bir  mərhələdə  böyük  dövlətin  iqtisadiyyatının 
güclənməsi  amilləri  nəzərə  alınır.  Bundan  irəli  gələrək  güclənməkdə  olan 
dövlətin gələcək strateji planları nəzərdən keçirilir və həm də praktik addımları 
nəzərdən  keçirilir.  Dövlətdə  zaman-zaman  resurslar  hesabına  iqtisadiyyat 
güclənir.  Bütün  sistemlər  də  müvafiq  olaraq  güclənir,  inkişaf  edir. 
İ
qtisadiyyatın  güclənməsi  müqayisədə  digər  böyük  dövlətlərə-iqtisadiyyatı 
güclü olan dövlətlərə- nəzərən də müşahidə edilir. Böyük dövlətin iqtisadiyyatı 
gücləndikcə  onun  hərbi  və  digər  potensialı  güclənir.  Dövlət  kompleks 
elementlərini gücləndirir.  Hərbi potensial həm də iqtisadiyyatı qorumaq üçün 
təşkil  olunur.  İqtisadiyyatın  güclü  olması  ümumilikdə  dövlətin  gücünü  artırır. 
Dövlətin  gücü  artanda  əhalisinin  sosial-rifah  halı  güclənir.  Bu  anda  dövlətə 
qarşı  münasibət  də  müsbət  yöndə  dəyişir.  Dövlət  sabitləşir  və  daxilən 
möhkəmlənir.  Əhali öz dövlətlərinin güclü olmasında  maraq nümayiş etdirir, 
dəyərləri  artırmaq  və  qorumaqda  maraqlı  olur.  Dövlət  gücləndikcə  daha  da 
dəyərli  bir  subyektə  çevrilir.      Böyük  dövlət  (dünya  siyasətində  mərkəzi 
dövlət)    iqtisadiyyatını  həm  daxili,  həm  də  ətraf  və  kənar  dövlətlər  hesabına 
gücləndirməyə  can  atır.      İqtisadiyyatın  güclənməsini  müşahidə  edərkən  belə 
qəbul  etmək  lazımdır  ki,  təbii  olaraq  dövlət  ardınca  ətraf  dövlətlərin 
resurslarına  əla  ətmağa  və  bundan  da  yararlanmağa  çalışır.  Müşahidələr 
sayəsində  belə  qənaətə  gəlmək  olur  ki,  mərkəz  güclənir,  ətrafı  da  özünə  cəlb 
etməyə  çalışır.  Həm  də  sanki,  böyük  dövlət  öz  ətrafında  iqtisadi  kordonlar 
yaratmaq  siyasətini  tətbiq  edir.  Böyük  dövlətin  kiçik  dövlətə  təsirləri  iqtisadi 
mühafizə  siyasətindən  də  meydana  gəlir.  Ətraf  dövlətə  həm  öz  bazarı  kimi 
baxır, həm də bu əraziyə iqtisadi çəpər kimi nəzər salır.  
-Ətraf  dövlətin  iqtisadiyyatına  nüfuz  təbii  olaraq  həmin  dövlətin  siyasi 
həyatına  nüfuza  gətirib  çıxarır.  Ətraf  dövlət  də  böyük  dövlətin  cəlb  etmək  və 
nüfuz  etmək  siyasətindən  faydalanmağa  çalışır.  Böyük  dövlətin  ərazisi  və 
resursları  hesabına  öz  iqtisadiyyatını  gücləndirməyə  can  atır.  Nəticədə 
qarşılıqlı  asılılıq  meydana  gəlir.  Bu  asılılıqdan  böyük  dövlət  istifadə  etməyə 
çalışır. 
-Böyük  dövlət  ətraf  dövləti  cəlb  etmək  üçün  ona  təzyiq  metodlarından 
tutmuş  (məsələn,  hərbi  təzyiq,  hədələr,  ərazisində  münaqişələr  yaratmaq, 
inqilabi  çevrilişlər  etmək,  sanksiyalar  və  embarqolar  tətbiq  etmək    və  s.  kimi 
aktlar),  liberal  metodlara  qədər  bir  çox  variantlardan  istifadə  edir.  Liberal 
metodlar-miqrasiya  siyasətinin  asanlaşdırılması,  ətraf  dövlətin  vətəndaşlarına 
ə
lavə  güzəştlər,  güzəştli  gömrük  və  ticarət,  tranzit  siyasəti,  maliyyə  yardımı 


77 
 
göstərilməsi,  ali  məktəblərdə  güzəştli  təhsil  hüquqları,  beynəlxalq  aləmdə 
dəstək  və s. kimi metodlar nəzərdə tutulur. 
Beynəlxalq  aləmdə  mərkəzi  dövlət  güclənəndə  onun  mərkəz  hissəsi 
artmağa  başlayır.  Bu  anda  geosiyasət  və  geostrategiya  öz  məkanını  böyüdür. 
Proqnozlaşdırmada tarixi hadisələr də, tarixi təcrübələr də nəzərdən keçirilir.  
Proqnozlaşdırma  elementlərin  artımını,  təsir  imkanlarını,  siyasətin 
böyüyən və kiçilən əhatəsini özündə ehtiva edir.  
Dövlətdaxili 
siyasətin 
güclənməsi 
də 
elementlərın 
artması 
və 
hərəkətlərinin  genişlənməsi    hesabına  baş  verir.  Dövlətdaxili  siyasətin 
güclənməsi  dövlətin  iqtisadi  imkanlarının  artmasını  özündə  ehtiva  edir. 
Dövlətin güclənməsi daxili istehsal və ixrac-idxal hesabına baş verir. Xaricdən 
gələn valyuta ölkə bazarının və milli valyutasının güclənməsini özündə ehtiva 
edir.  Proqnozlaşdırmada  sistemin  ümumi  möhkəmlənməsi  özünü  təsdiq 
etdirmiş olur.  
Proqnozlaşdırmada  dövlətlərin  qarşılıqlı  niyyətləri,  səmimiyyətləri  və 
gizli  maraqları  nəzərə  alınır.  Siyasət  oyunlarını,  hiylələri  dərk  etmək  ,  siyasi 
fəndləri  əvvəlcədən  dərk  etmək  başlıca  prinsipə  çevrilir.  Proqnozlaşdırma 
analitikanın tərkibi kimi nəzərdən keçirilir. Proqnozlaşdırma nəticələrə gəlmək 
qabiliyyətidir və proqnozlar müddətlə müəyyən olunan nəticələrdir. 
Bütün  hadisələr  ümumən  makro  məkanda  qərarlaşır.  Hər  bir  hadisə 
məntiqi  nəticədən  ortaya  çıxır.  Hadisələrin  baş  verməsi  onun  nəticələrinin 
xassələrini özündə ehtiva edir. Bu aspektdə başlanğıcdan qismən də olsa sonu 
demək  mümkün  olur.  Son  öz  əlamətini  başlanğıcdan  götürür.  Bu  aspektdə 
müəyyən  başlanğıc  özündə  sonun  əlamətini  göstərir.  Buna  görə  də 
proqnozlaşdırma sistemlilik prinsiplərinə söykənir.  
Hər  dəfə  məntiqdən  irəli  gələn  nəticə,  təkrar  olunan  obrazlanma  özündə 
proqnozlar  üçün  ilkin  və  müəyyən  digər  əlamətləri  əks  etdirir.  Təkrarlıq  və 
təcrübə onu deməyə əsas verir ki, hadisələr hansı axarda davam edə biləcəkdir. 
Təbii ki, ortaya çıxan əlavə şərait hadisələr axarını dəyişmək zərurətində qala 
biləcəkdir.  Bu  baxımdan  da  proqnozlaşdırmada  ehtimallar  da  mümkündür.    
Çünki  dəyişən  şərait  elementlər  axarının  dəyişməsi  zərurətini  meydana 
gətirmək iqtidarında olur. 
 
Futurologiya haqqında 
(proqnozlaşdırma futurologiyanın tərkibi kimi)  
 
Çoxlarımıza  məlumdur  ki,  “future”  sözü  tərcümədə  gələcək  deməkdir. 
“Loqos”  sözü  isə  təlim  mənasını  bildirir.  Təlim  fənni,  elmi  ifadə  etdiyindən, 
belə  məntiqi  nəticəyə  gəlirik  ki,  futurologiya  gələcək  haqqında  təlim,  elm 
deməkdir.  Futurologiya  elmin  gələcək  zamanı  öyrənməsidir.  Elmin  əsas 
obyektini  gələcək  zaman  təşkil  edir.  Burada  məkan  və  məkandakı  proseslər, 
onların  xassələri,  sistemli  əsasları    da  futurologiyanın  əsas  obyekti  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə