Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

68 
 
münasibətlər  fəlsəfəsi  bu  anlayışa  həm  bütöv  kimi  yanaşır,  həm  də  tərkib 
etibarilə baxır.  Beynəlxalq münasibətlər fəlsəfəsi özündə dünya birliyi fəlsəfi 
fikirlərini də ehtiva edir. Çünki beynəlxalq münasibətlər tərkib etibarilə dünya 
quruluşuna aiddir.  
Beynəlxalq  münasibətlərin  fəlsəfəsi  beynəlxalq  münasibətlərin  tərkibini 
müəyyən edən düşüncələrdən  ibarətdir. Fəlsəfəyə həm tərkib, həm də mənalar 
aid  olur.    Beynəlxalq  münasibətlər  özü  dərin  və  mənalı  olduğundan  fəlsəfi 
düşüncələrin  əsas  obyektini  və  predmetini    təşkil  edir.  Beynəlxalq 
münasibətlər  ona  görə  dərindir  və  əhatəlidir  ki,  burada  çoxlu  sayda  dövlətlər 
və  təşkilatlar  iştirak  edirlər.  Həm  də  ona  görə  dərindir  ki,  dövlətlər  arasında 
bütün  əlaqələri  əhatə  edir.    Beynəlxalq  münasibətlər  hüquq  normalarına  görə 
də əhatəlidir.  
Beynəlxalq  münasibətlər  eləcə  də    elmin  əsas  obyektidir  və  predmetidir; 
çünki  tərkiblərdən  ibarətdir.  Tərkiblərin  düşünülməsi  və  analiz  olunması 
beynəlxalq  münasibətlər  anlayışının  əsaslarını  meydana  gətirir.  Beynəlxalq 
münasibətlərin  fəlsəfəsi  onun  insanlara  nə  dərəcədə  xidmət  etməsinin 
ə
saslarını  meydana  gətirir.  Beynəlxalq  münasibətlər  fəlsəfəsinin  və  elminin 
ə
sas  problemləri  həm  də  bu  münasibətlərin  və  əlaqələrin  problemləridir.  Elm 
beynəlxalq  əlaqələri  öyrənir,  həm  də  beynəlxalq  münasibətləri  obyekt  edir. 
Beynəlxalq əlaqələr özü real və konkret siyasətin tərkibindən və təzahüründən 
ibarətdir. 
 
Beynəlxalq  münasibətlərin  fəlsəfəsi  onun  formasını  təşkil  edən 
elementlərin və həmin elementlərin hərəkət quruluşunu müəyyən etməkdən və 
dərk etməkdən ibarətdir. Beynəlxalq münasibətlərin fəlsəfəsi dünya xalqlarının 
resurslardan  birgə  yararlanması  və  əməkdaşlıq  və  tərəfdaşlıq  fonunda 
ümumdünya  sülhünün  təmin  olunmasını  və  qorunmasını  müəyyən  etməkdən 
ibarətdir.  Beynəlxalq  münasibətlər  və  beynəlxalq  əlaqələrin  zərurəti  özündə 
beynəlxalq münasibətlərin fəlsəfəsini birləşdirir. 
Beynəlxalq  münasibətlər  dövlət  və  xalq  yaradıcılığının  əsasıdır.  Bu 
baxımdan  da  mədəniyyətdir.  Beynəlxalq  münasibətlərin  məzmunu  bu 
quruluşun  həm  dövlətlərə  ayrı-ayrılıqda,  həm  də  kollektiv  olaraq  xidmət 
etməsində özünü təsdiq edir. 
Beynəlxalq  münasibətlər  fəlsəfi  düşüncələrinin  obyektində  xalqların 
rəngarəngliyi  və  ümumən  insan  amili  dayanır.    Bütün  dövlətlərin  fəaliyyəti 
məhz  bu  istiqamətə  yönəlir.  Dünyanın  sabitliyi,  resurslardan  birgə  istifadə 
qaydalarının 
müəyyən 
olunması, 
müharibələrin 
qarşısının 
alınması 
metodlarının tapılması, sülhə nail olmaq yollarının axtarılması və təbiətlə insan 
arasında  rəvan  əlaqələrin  müəyyən  olunması  özündə  beynəlxalq  münasibətlər 
fəlsəfəsinin qəyəsini, məramını ehtiva edir. 
 


69 
 
Beynəlxalq hüququn fəlsəfəsi 
  
Beynəlxalq  hüquq  sistemi  nəzəri  baxımdan  normalardan  və  qaydalardan 
ibarət  olan  şəbəkələrdən,  mexanizm  və  sistemdən  formalaşır  və  normalar  da 
sistemin özünü formalaşdırır. 
Beynəlxalq  hüququn  sahələr  üzrə  tənzimləmə  normaları  mövcuddur.  Bu 
normalar cəm halda beynəlxalq hüququn nəzəri immunitetini yaradır. Bir halda 
beynəlxalq  hüququn  bir  prinsipi,  norma  və  qaydaları  pozulduqda,  qəbul 
olunmuş  ədalət  pozulur.  Yeni  vəziyyət  meydana  gəlir.  Bir  və  ya  da  bir  neçə 
norma  pozulduqda,  arxasınca  yeni  norma  və  qayda  pozucunun  nəzəri 
baxımdan  qabağını  kəsməyə  başlayır.  Məsələn,  beynəlxalq  hüquqda  işğalı 
özündə  əks  etdirən  müharibələr  aktlar  olaraq  rədd  olunur.  Lakin  bu  norma 
pozulanda,  müharibə  başlayanda  artıq  yeni  hüquq  norma  və  qaydaları  ortaya 
çıxır  ki,  nəzəri  baxımdan  pozulmuş  aktın  qarşısını  ala  bilsin.  Bu  anda  əks-
aktorlar da yeni vəziyyətə uyğun hərəkət edirlər. Məsələn, ərazisi işğala məruz 
qalmış dövlət nəzəri normalardan irəli gələrək, hesab edir ki, ərazisini müdafiə 
etməlidir və bu baxımdan da silaha əl atır. Beynəlxalq hüquq immuniteti nəzəri 
və  təcrübi  əsaslarla  özünün  pozulmuş  vəziyyətini  bərpa  etməyə  çalışır.  Lakin 
pozan tərəf güclü olduqda immunitet tab gətirə bilmir. Nəzəri sistem zəifləyir 
və  iflasa  uğrayır.  Yeni  normalar  üzə  çıxamaq  zərurəti  ilə  üzləşir.  Beynəlxalq 
hüquq  nəzəri  sistemi  "xəstələnir".  Əvvəlki  nəzəri  sistemin  tərkibi  dəyişir, 
elementləri azalır. 
Beynəlxalq hüquq nəzəri baxımdan praktik (pozucu) aktorlar önündə zəif 
immunitetli  nəzəri  sistemdir.  Reallıq  başqadır.  O  da  düzdür  ki,  bu  nəzəri  zəif 
sitem lazım olanda böyük aktorlar üçün vasitə rolunu da oynayır. Böyük dövlət 
özünü  hüquqi  addım  atan  tərəf  kimi  qələmə  verir.  Beynəlxalq  hüqüq  praktik 
dünya  siyasətində  güc  dövlətlərinin  fəaliyyəti  önündə    nəticə  etibarilə  zəif 
nəzəri bir anlayışdır.
       
 
Siyasət mərkəzləri anlayışı və siyasət mərkəzlərinin sülhü təmin  
etmək funksiyası (dövlət daxilində və beynəlxalq aləmdə)  
 
Ümumiyyətlə,  kompleks  tədbirlər, hərəkət fəaliyyəti  mərkəzlərdə yerinə 
yetirilir.  Siyasət  qərarlarla  müəyyən  olunur.  Siyasət  mərkəzləri  təkliflər 
üzərində  qərarlar  qəbul  edirlər.      Siyasət  daha  çox  kollektiv  formada  həyata 
keçirilir.  Dövlət  özü  əsas  mərkəzi  siyasət  qurumudur.  Burada  komplekslilik 
mövcuddur.    Dövlətlərin  tərkibində  yaradılan  qurumlar,  səlahiyyətli  tərəflər, 
fəaliyyət  subyektləri  də  siyasət  mərkəzləridir.  Siyasət  mərkəzləri  siyasətin 
istiqamətlərinin  müəyyən  olunduğu,  hüquq  normalarının    hazırlandığı  və  icra 
olunduğu  mərkəzlərdir.  Siyasət  mərkəzlərində  həm  də  təsdiq  olunma  var. 
Siyasətin obyekti bir məkanda, ona təsir isə digər məkanda ola bilir. Siyasətin 
hazırlandığı  mərkəzlər  aidiyyatı  obyektlərdən  kənarda  ola  bilir.  Siyasət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə