Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

84 
 
maraqlarını  məkanında  təmin  etəmək  funksiyasını  yerinə  yetirir.  Ən  yuxarı  
sıralar koordinasiya, əlaqələndirmə, istiqamətləndirmə və bölmək funksiyasını 
yerinə  yetirir. Düzdür,  dövlət rəhbəri də birbaşa maddi  maraqları təmin edən 
aktlar  həyata  keçirir.  Özünün  ehtiyat  fondundan  şəxslər  üçün  vəsaitlər  ayırır.  
Burada  oz  zaman  aşağının  maraqlarının  yuxarı  tərfindən  birbaşa  təminatı 
siyasəti həyata keçirilir.     
Belə  qəbul  edək  ki,  idarəçilik  strukturdan-fiziki  quruluşdan  və  ruhdan  –
mənəvi  kompleksdən  ibarətdir.  Bu  kriteriyalar  piramidanın    hər  bir  sırasında 
mövcuddur. Piramida ümumi ruhdan və ümumi strukturdan ibarətdir.  
İ
darəçiliyin  baş  ruhu  yuxarı  mərhələyə  bağlı  olur.  Maddi  amillər  isə  
ə
sasən  orta  və  aşağı  mərhələlərdə  təmin  edilir.  Maddi  amil  təminatı  da  ruhun 
zənginliyini yaradır. Buna görə də ruhu və fiziki əsasları sağlam olan dövlətlər 
güclü və demokratik olurlar. Zəif və kasıb dövlətlərdə insanlar, vətəndaşlar öz 
maraqlarını təmin etmək, ehtiyaclarını ödəmək üçün baza olaraq yuxarıya göz 
dikirlər.  Yuxarıya  baş  maddi  təminat  obyekti  (təminat  mənbəsi)  və  subyekti  
kimi baxırlar. Orta idarəçiliyin və aşağı idarəçiliyin işləyə bilməməsi səbəbləri 
bir  neçə  aspektdə  ola  bilir.  Birincisi,  ola  bilir  ki,  dövlət  qanunlarının  və 
qaydalarının    icra  olunması    və  yerinə    yetirilməsi    üçün    hələ  şərait 
yetişməyib.  Yəni,  kifayət  qədər  resurs  çatışmır.  İkincisi,  yuxarı  hakimiyyət 
orta və aşağı hakimiyyətə nəzarət edə bilmir. Tələblər zəifdir.  Üçüncüsü, orta 
və aşağı  hakimiyyət ali hakimiyyəti qəbul etmir və etinasızlıq nümayiş etdirir. 
Bu  faktlar  çərçivəsində  tarazlıqlar  pozulur,  kompozisiya  sağlam  formada 
yarana bilmir. Resursların sistemli piramidal bölgüsü də təmin edilə bilmir.  
Dövlət  və  cəmiyyətin  fiziki  və  ruhu  gücü  idarəçiliyin  ruhu  və  fiziki 
gücündən asılı olur. Fiziki güc resurs üzərində təsir edərək, ruhu gücü yaradır. 
Yəni, subyektlərin məqsədyönlü fəaliyyəti insan maraqlarını təmin edir.   
Fiziki quruluşu və ruhu gücü sağlam olmayan dövlətlər və cəmiyyətlərdə 
ali  hakimiyyətin  xalqla  birliyi  ola  bilməz.  Bu  hal  cəmiyyətdə    saxta  inamı 
yaradır,  yaltaqlığı,  ikiüzlülüyü  riyakarlığı,  ümumiyyətlə  isə  infantilliyi 
(qüsurlu cəmiyyətləri)   meydana  gətirir. Cəmiyyətin  kövrəkliyi  üzərə çıxır  və 
cəmiyyət və dövlət arasında  sağlam əlaqələr  qurula bilmir. Bu anda dövlətin 
sabitliyini pozmaq daha asan olur. Dövlətin sabitlik dayağını daha çox orta və 
aşağı  idarəçilik  yaradır.  Sağlam  idarəçilik  yaranan    yuxarıya  göz  dikmələr 
olmur. Orta (mərkəz) və aşağı idarəçilik yükü özündə daşıyır. Buna görə də bu 
idarəetmə  qurşağı  (əsasən  mərkəz,  orta)  aşağı  və  ali  idarəçiliyi  bir-birinə 
bağlayır.  Sağlamlıq  bütövlük  və  ümumi  güc  də  buradan  meydana  çıxır.    Tək 
yuxarı  idarəçilik  olduqda,  yəni  orta  və  aşağı  maraqları  təmin  edə  bilmədikdə,  
yuxarıda  hakimiyyət  dəyişəndə  orta  və  aşağı  idarəçilikdə  laxlama  tez  yaranır 
və  bununla  da  hakimiyyət  böhranları  formalaşır.  Orta  və  aşağı  hakimiyyət 
vasitəsilə  baza  maddi  maraqlar  təmin  edilir,    bu  anda  aşağılar  və  ortalar 


85 
 
yuxarıya  (ali  hakimiyyətə)  ruh  verir.  Bu  bağlılıq  dövlətin  və  sabit 
cəmiyyətlərin əsaslarını meydana gətirir. Bütün hakimiyyət sıraları tələblər və 
onlara vaxtında verilən reaksiyalar əsasında formalaşır.  
 
Diktaturaların   və avtoritar  rejimlərin əsasları  və onların uzun  
müddətə yaşaya bilməməsi 
 
 
İ
darəçilik  rejimi  idarəetmənin  vəziyyətindən,    ruhundan    meydana  gəlir. 
Bu  ruhu  da  idarəedənlərlə  idarəolunanlar  arasındakı  əlaqələr  və  əlaqələrin 
maddi-mənəvi    vasitələri    təmin  edir.    Bu  baxımdan  da  resurslar  və  istifadə 
qaydaları, onlar üzərində olan hüquqi vəziyyət, yəni onlardan istifadə səviyyəsi  
və  dərəcəsi      idarəçilik  ruhunu  yaradır.  Resurslar    və  onların  idarəolunması 
özlüyündə  tərzi  üzərə  çıxarır.  İdarəçilik  hərəkətləri  özündə  ehtiva  edir.  Bu 
hərəkətlərdən  (məkana  uyğun  olan  və  məsafəni  özündə  ehtiva  edən  
hərəkətlərdən)  rejimlərin  yumşaq  və  sərt  formaları  üzərə  çıxır.  Rejimlərin 
bərk və yumşaq xarakteri elementərdən və elementlər arasındakı məsafələrdən 
meydana gəlir. Müəyyən məkanda  elementlərin hərəkət məsafələri qısa olanda 
daha çox bərk rejimlər ortaya çıxır. Bu qısa məsafələr özlüyündə məhdudluğu 
yaradır.  Məhdudluq  hüquqa  sirayət  edir  ki,  o  da  özlüyündə  vəzifə  və 
funksiyaları məhdudlaşdırır, mənsubluluğu və aidiyyatlılığı azaldır.  
Diktatorluq  (cəmiyyətdə  və  dövlətdə  şəxsin  diktəsinə  əsaslanan 
norma  və  qaydaların  qəbulu  və  icrasını  özündə  daşıyan  səciyyəvi  bir 
idarəetmə  rejimi)    və  avtoritarlıq  (şəxsin  və  müəyyən  qrupun  iradəsinə 
cavab  verən,  əhalinin  total  liberal  maraqlarını  məhdudlaşdıran  rejim) 
 
bərk rejimlər olmaqla bərabər,   demokratiyanın xalq hakimiyyətinin tərkibidir. 
Çünki  diktatorlar  və  avtoritar  şəxslər    də  hakimiyyəti  idarə  edirlər. 
Hakimiyyətin  bütün  rejimlərlə    idarəçiliyi  demokratiyadır.  Demokratiyanın, 
demokratik  idarəetmənin    tərkibi    müxtəlif  məzmunlu  olur,  üsul  idarələrinin 
tərzinə  görə  fərqlənir.    Diktatura  və  avtoritarlıq      qeyri-liberal  üsul  idarəsidir.  
Diktatorluq  bir  şəxsin  və  ya  da  bir  qrupun  ümumxalq  üzərində  qeyri-liberal 
idarəetməsidir.  Diktatorluq  idaretmə  tərzidir.  Buna  dövlət  quruluşu    demək 
olmaz.  Belə  ki,  diktaturalar  həm  respublika,  həm  də  monarxik  quruluşlarda 
yarana bilir. 
Diktatorluq  (bir  şəxsin  və  ya  da  bir  qrupun  qəti  idarəçiliyinə,  cəmiyyət 
üzərində    təzyiqinə  əsaslanan  idarəçilik)    cəmiyyətdə  olan  boşluqlardan, 
kasıbçılıqdan, 
dövlətin 
idarə 
olunması 
üçün 
lazımi 
vəsaitlərin 
çatışmamazlığından  meydana  gəlir.  Həm  də  beynəlxalq  qüvvələrin  ölkədə 
yaranan  xaotik  vəziyyətdən  yararlanmaları  da  buna  zəmin  yaradır.  Xaotik 
vəziyyətlərdə  idarəçilik  üsulu  zəifləyir,  sistemdə  boşluq  yaranır  və  bu 
boşluğun  doldurulması  təbii  və  faydalı  üsul  olan  resurslardan    liberal  istifadə 
üsulu ilə  yox, resurslardan sərt istifadə üsulu ilə xarakterizə olunur. Resurslar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə