Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

88 
 
-biznes  üzərində  siyasi  təzyiqlərin  formalaşdırılması  və  biznesdə  hakim 
payların əldə olunması; 
-klan biznesinin formalaşdırılması; 
-ictimai-asayişin güclə qorunub saxlanılması; 
-siyasi sabitliyin kövrək xarakteri; 
-güc  strukturlarına  (hüquq-mühafizə  orqanlarına)  olmazın  səlahiyyətlərin 
verilməsi, polis hakimiyyətinin gücləndirilməsi və s.  
Ümumiyətlə,  diktatura  və  avtoritar  rejimlərə  də  iki  bucaqdan  yanaşmaq 
lazımdır. Birincisi, postsabitliyin meydana gətirdiyi bərk rejimlər mövcud olur. 
Burada    xaosun    sistemli  vəziyyətə  gətirilməsi  üçün  müəyyən  sərt  addımların 
atılması  lazım  gəlir.  Belə  formanı    zəruri  bərk  rejim  kimi  adlandırmaq 
düzgün  olar.  Bu  forma  və  vəziyyət  zahirən  diktaturanı  və  avtoritar  rejimləri 
yaratsa da, son məqsəd xalqın sosial-rifah halının yaxşılaşdırılmasından ibarət 
olur.  Zəruri  bərk  rejim  dövləti  və  dövlətçiliyi  qoruyur.    İkincisi  isə  şəxsin 
xarakterinə bağlı olur. Şəxsin psixi portreti diktatura və avtoritarlıq üçün şərait 
yaradır.  Cəmiyyət  və  xalq  üzərində  qatı  idarəçilik  hərisliyi,  hakimiyyətbazlıq 
xüsusiyyətləri məhz sərt rejimləri meydana gətirir. Birinci məsələdə dövlət və 
cəmiyyət  inkişaf  məruz  qalırsa,  ikinci  məsələdə  bu,  daha  çox  cəmiyyətin 
dağılması  və  xəstələnməsi  ilə  nəticələnir.  Zəruri  bərk  rejimlərdə  şəxs  öz 
xislətini  ümumi  mənafe  səviyyəsinə  endirir.  Digər  formada  isə  şəxs  ümumi 
mənafeni şəxsi mənafe bucağından axtarır.   
 
Sərt rejimlər nə üçün uzun müddətə yaşaya bilmirlər 
 
 
Postsistemlilikdən  yaranan  bərk  rejimlər  (buna  bəzən  zəruri  forma  kimi 
demək olar)  bir müddətdən sonra sistemliliyi  yaradırlar. Bu zaman dövlət öz 
inkişaf  axarına  düşür.  Cəmiyyət  stabilləşir,  tərəqqi  əldə  olunur.  Sistem  fayda 
verir,  inkişaf  və  zaman  bir-birini  tamamlayır.  Yəni,  zaman  uyğun  bəzi 
nailiyyətlər  əldə  edilir.    Bərk  rejimləri  lazmi  resurslar  (artan  resurslar)  artıq 
yumşaq  rejimlərə  çevirə  bilirlər.  Burada  təbii  və  liberal  əvəzlənmə  yaşanır. 
Demokratiyanın liberal üsül idarəsi meydana gəlir. Buna görə də bərk rejimlər 
liberal  rejimlərlə  əvəzlənən
  və  dağılan  xarakterli  olurlar.  Dağılan  rejimlər 
isə  birbaşa  şəxsin  və  ya  da  qrupun  şəxsi  maraqlarına  cavab  verəcək  əsasda 
olur.  Dağılan  rejimlər  sabitliyi  əsas  məqsəd  kimi  götürüb,  lakin  sonda  liberal 
ə
saslarla  əvəzlənməyən  məzmunlu    olurlar.  Belə  rejimlər  eləcə  də  şəxsi 
maraqlara  cavab  verib  sonda  resurs  çatışmazlığından,  təzyiqlərin    mövcud 
hərəkət  məkanını  üstələməsindən  meydana  gəlir.  Hakimiyyət  cəmiyyəti  və 
xalqı o qədər sıxır ki, sərbəst hərəkət məkanı ilə mövcud məkan arasında 
disbalans  meydana  gəlir.
  Bu  anda  rejimlər  bərkləşir.  Bərk  rejimlər  uzun 
müddətə  kök  salanda  etirazçı  qüvvələr  ortaya  çıxır.  Bu,  əsasən  resursların 
qeyri-bərabər  paylanmasından  meydana  gəlir.  Etirazçı  qüvvələr  nümayişlər, 
mitinqlər, yürüş və piketlər təşkil edirlər. Eyni zamanda müxtəlif tədbirlərə əl 


89 
 
atırlar  və  yığıncaqlar  təşkil  edirlər.  Etirazçı  qüvvələr  inqilaba  da  əl  atırlar. 
Rejimlərin  devrilməsi  məsələsi  gündəliyə  gəlir.  Bir  çox  hallarda  vətəndaş 
müharibələri ilə nəticələnmələr meydana gəlir. 
Sərt  rejimlər  xalqla  və  əks  qüvvələrlə  dialoqu  yarada  bilmirlər.  Onların 
birtərəfli  hakimiyyəti  inkişafın  birtərəfliliyini  özündə  əks  etdirir.    Bərk 
rejimlərdə  xalqın  maddi  və  fiziki  vəziyyətləri  bir-birilərini  tamamlaya  bilmir. 
Daha doğrusu, bu iki tərəfi vəhdətləşdirmək və cəmiyyəti sabit saxlamaq üçün 
lazımi vəsaitlər çatışmır.     
     
Parlament fəlsəfəsi və parlamentdə təmsilçiliyin əsasları  
 
Dövlət  özü  dərin  və  pozitiv,  yəni  müsbət  məzmunlu  bir  qurum 
olduğundan,  onun  tərkib  elementlərindən,  hakimiyyətinin  əsaslarından  biri 
olan  parlament  də  öz  fəlsəfi  məzmununa  və  xidmətlərinə    görə  dərindir, 
pozitivdir.  Parlamentin  yüksək  səviyyəsi,  pozitiv  fəlsəfi  mənası  bu  qurumun 
fəaliyyətinin  xalqın  iradəsi  ilə  yüksək  vəhdətində  əks  olunur.    Xalqa  yüksək 
səviyyədə    xidmət  edən  parlament  özündə  ideal-praktik  dövlətin  məzmununu 
cəmləşdirir. Parlament cəmiyyətin, dövlətin və xalqın nəbzini müəyyən edir və 
tələblərə  və  şəraitə  müvafiq  qanunlar  və  qərarlar  qəbul  edir.  Bu  istiqamətdə 
parlamentdə qanunçuluq, hüquqçuluq prinsipləri ilə zamanın tələblərinə cavab 
verən  siyasət  formalaşır.  Parlament  özünü  cəmiyyətin  dövlətlə  bağlılığı 
rolunda ifadə edir və cəmiyyətin, xalqın vəziyyətini dövlətə çatdırır. Parlament 
dövlətin icra və məhkəmə hakimiyyəti üçün tələblərə müvafiq qanunlar qəbul 
edir.  Bu  hüquqi-normativ  aktlar  bütün  hakimiyyətin  fəaliyyət  və  bundan  irəli 
gələrək tənzimləmə funksiyasını təmin edir. Parlament dövlətin siysət və onun 
mexanizm  yolu  olan  hüquq  sisteminin  formalaşmasında  əvəzsiz  rol  oynayır. 
Güclü  dövlət  öz  resurslarını  qanuni  əsaslarla  tənzim  edən  dövlət  olur.  Bu 
aspektdə  zamanın  tələblərinə  uyğun  standartlarda  hazırlanan  qanunların 
zəruriliyi amili ortaya çıxır. Artan və yeni təsirlərə məruz qalan resurslar yeni  
qanunların  qəbulu  məsələsini  zəruri  edir.  Yeni  qanunlar  da  resurslardan  yeni 
istifadəni  şərtləndirir.  Bu  istiqamətdə  parlamentin  yüksək  qanunçuluq 
səviyyəsi  mühüm  şərtidr.  Parlament  həm  də  dövlətin  ictimai-siyasi 
strukturunun  vəhdətləşməsini  təmin  edir.  Belə  ki,  ictimaiyyət  nümayəndələri 
parlamentdə  artıq  siyasi  fiqurlar  rolunu  oynayırlar.  Onlar  dövlət-cəmiyyət; 
xalq-cəmiyyət;xalq-dövlət birliyini yaradırlar.  
Yüksək  dövlət,  ali  hüquqi  dövlət  xalqın  ali  mədəniyyətinin  tərkib 
hissəsidir,  həm  də  nəticəsidir.  Parlament  də  ali  mədəniyyətin  formalaşdığı 
məkanlardan  biridir.  Parlament  xalqın  siyasi  və  ictimai  şüur  səviyyəsinin 
təşəkkül  tapdığı  məkanlardan  biridir.  Hər  bir  xalq  öz  ictimai  və  siyasi 
mədəniyyətinə görə hakimiyyətini, bu baxımdan da parlamentini formalaşdırır. 
Parlament  digər  hakimiyyət  qolları  ilə  yanaşı,    xalqın  dövlətçilik  dəyərlərini 
özündə  ehtiva  edir.  Xalqın  ictimai  və  siyasi  təşkilatçılıq  qabiliyyəti  həm  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə