Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

80 
 
futurologiyanın  metodları dəyişikliyi  yarada bilən biliklərin tətbiqindən  ibarət 
olur.  
Futurologiya metodunun əsas bazası, qeyd olunduğu  kimi, fantaziyadan, 
xəyali  yaradıcılıqdan  meydana  gəlir.  Xəyali  yaradıcılıq  ümumən  mövcud 
zaman  yaradıcılığını  qabaqlayır  və  gələcək  üçün  fantastik  formaların 
yaranmasını  özündə  ehtiva  edir.  Futurologiya  bir  yöndə  mövcudluq  üzrə 
yeniliyin  meydana  gətirilməsi  üçün  sistemliliyin  yaradılmasından  ibarət  olan  
təlimdir.   Müəyyən başlanğıc  məkanı  üzrə  yaranır.   Digər  yöndə isə olmayan 
bir  şeyin  müəyyən  məkanda  mövcudluğunun  xəyali  olaraq  canlandırılmasını 
özündə ehtiva edir. Futurologiya daha çox nəzəri əsasları özündə daşıyan elmi 
prinsipdir.  Metodlar  da  istiqamətlər  üzrə  formalaşan  nəzəri  biliklərdən  ibarət 
olur.    Gələcək  anlayışı,  gələcək  haqqında  təlim    həm  ayrı-ayrı  sahələr  üzrə 
tətbiq olunur, həm də     bütün sahələri bir gələcəkdə birləşdirir. Futurologiya 
gələcək  formanın  xəyali  olaraq  təsvirindən  ibarət  olan  bir  elmi  istiqamətdir. 
Məsələn,  müəyyən  boş  bir  məkanda  beş  ildən  sonra  tikiləcək  elektrik 
stansiyasının  modeli,  layihəsi,  ilkin  eskizi  və  foto  təsviri  çəkilir.  Bu,  özündə 
futuroloji aspektləri cəmləşdirir.  
Futurologiya  bir  ümumiləşmiş  təlim  olaraq  gələcək  inkişafın  fərdi  və 
kollektiv,  sistemli  əsaslarını  özündə  ehtiva  edir.  Burada  paralellikləri, 
uyğunluqları, simmetriya və harmonoyanı, şərtləndirici vəziyyətləri və əsasları 
axtarıb  üzərə  çıxarır.  Metodlar  tətbiq  olarkən  baza  xətlərin  ardıcıl 
davamediciliyi,  ətraf xətlərin ardıcıl birləşmə və əvəzlənmə ilə davamediciliyi 
tətbiq olunur.  
Futurologiya  mövcud  zamandan  başlayaraq    tərkib  prosesləri  hissə-hissə 
öyrənən  elmi  istiqamətdir.  Hər  bir  məqamda  dəyişiklik  və  onun  əsasları 
öyrənilir.  Futurologiya  burada  empirik  əsasları  özündə  ehtiva  edir.  Metodlar 
içərisində  universal  olaraq  öyrənmə  metodları  tətbiq  olunur.  Dəyişikliklərin 
xassələri öyrənilir.  
Futurologiya elmində şaxəli tətbiq metodları da mühü rol oynayır.   
Futurologiyaya  xas  olur:  hədəfəalma,  bu  baxımdan    planlaşdırma, 
proqnozlaşdırma,  layihələndirmə,  bununla  da  nəzərdə  tutulan  yeni  qanunların 
qəbulu,    konsepsiyaların  qəbulu  və  s.  Bu  yöndə  nailiyyətlər  əldə  etmək  və 
dəyişikliklər  qazanmaq  üçün  müşahidə  metodlarından  istifadə  olunur, 
gələcək axarlar müəyyən edilir.  
Futurologiya  özlüyündə  gələcək  funskiyaları,  hüquq  və  öhdəlikləri, 
məsuliyyətləri  müəyyən edir. Məsələn, fizika, riyaziyyat, biologiya, coğrafiya 
və  bütün  elmi  sahələr,  fənlər  qarşılarına  gələcək  hədəflər  qoyurlar.  Başlıca 
məqsəd  templə  ayaqlaşmaqdan,  yeni  tempi  müəyyənləşdirməkdən    ibarərtdir. 
Dövləti,  cəmiyyəti,  xalqı,  ümumilikdə  bəşəriyyəti  inkişaf  zamanının  axarı  ilə 
hərəkət  etdirmək,  inkişaf  axarını  təmin  etmək  üçün  nəzəri,  elmi  əsasları 
müəyyən etmək futurologiyanın əsas funksiyalarına aid edilməlidir.  


81 
 
Cəmiyyətin  ruhunun
  gələcəkdə  hansı  axarlarla  yönləndirilməsi,  yeni 
konstruktiv  həyat  formalaşması,  baxışların  əvvəlcədən  müəyyən  edilməsi 
futurologiya elminin başlıca funksiyasına aid edilir. Cəmiyyətin tərkibini təşkil 
edən  bütün  sahələrdə  yeni  axarların  nəzərdə  tutulması  və  gələcəyin  təsviri  və 
onun əsasları futurologiya elminin əsaslarını özündə ehtiva edir. Futurologiya 
elmi universal və fərdi metodları tətbiq edir. Onun əsas fərdi metodu mövcud 
və gələcək zamanın nəbzini müəyyən edə bilməkdən ibarətdir. Dəyişikliklərin 
hansı hədəflərə yönələcəyini intuitiv və elmi-sistemli, eləcə də empirik yollarla 
müəyyən etmək metodlar içərisində qərarlaşır.  
 
Futurologiya  haqqında  bu  kimi  ümumiləşdirilmiş    fikirlər    bildirmək 
olar: 
 
-futurologiya gələcəyin konsepsiyasını  müəyyən edən elmdir; 
-futurologiya  mövcud  forma  üzərində     gələcəyin   formasını təsvir edən, 
xəyala  çevirən,  onun  obrazını  canlandıran  və  eskizə  çevirən    bir  təlimdir. 
Çevirmə proseslərini universal və fərdi yollarla müəyyən edən elmi təlimdir; 
-futurologiya mövcud və gələcək zaman arasında xəyali körpü yaradan və 
onun reallaşmasını müəyyən edən, tərkib hissələrin gələcək rekonstruksiyasını 
ə
saslandıran  bir  təlimdir.  Burada  yeni  formaların  alınmasını  təmin  edə  bilən 
metod tətbiq olunur; 
-futurologiya  gələcəyin  yeni  ruhunu  yarada  bilən  və  bu  yöndə  ayrı-ayrı 
sahələr  üzrə  yeni-yeni  ideyalar  ortaya  qoyan  təlimlər  məcmusunu  özündə 
ehtiva edən bir ümumiləşmiş təlimdir; 
-futurologiya  mövcud  zamanla  gələcək  zaman  arasındakı  müstəvidə  baş 
verəcək  dəyişiklikləri,  bu  baxımdan  da  hər  iki  zaman  arasındakı  müstəvidə 
tərkib elementlərin həcmini müəyyən edə biləcək bir təlimdir; 
-futurologiya  inkişaf  strategiyasını,  bu  baxımdan  sistem  daxilində  və 
sistemlərarası  əlaqələr  şəbəkəsində  inkişaf  xətlərini  paralellik  və  kəsişən 
formalı əsaslarla öyrənən bir elmi təlimdir; 
-futurologiya  gələcək  dəyişikliklər  fonunda  yeni  kəşfləri  və  ixtiraları 
hədəf kimi müəyyən edən  bir strateji-taktki təlimdir; 
-futurologiya  gələcək  statistik  göstəriciləri  şərh  edə  biləcək  bir  elm 
sahəsidir; 
-futurologiya  özündə  ehtimalları,  gümanları,  təxminləri,  həmçinin 
gözləntiləri birləşdirə biləcək bir elm sahəsidir və s.   
Bu  baxımdan  da  hər  bir  yaradıcı,  qurucu  insan  öz-özlüyündə  bir 
futuroloqdur.    Ən  əsası  isə  yeni  kəşflər  olunsun,  ixtiralar  meydana  gəlsin, 
inkişaf  üçün  yeni  ideyalar  meydana  gətirilsin.  Futurologiyanın  bir  elm  kimi 
ə
sas obyektində ardıcıl öyrənmə əsas yeri tutur.  
Futurologiyanın 
başlıca 
məqsədi 
cəmiyyətdə, 
insan 
həyatında, 
bəşəriyyətdə  gəlcək  yeni dəyərləri öyrənməkdən, aşılamaqdan ibarətdir. Buna 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə