Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

74 
 
Avropa  İttifaqına  üzv  olan  dövlətlərin  hər  biri  İttifaqdan  kənarda  olan 
dövlətlərlə  də  əlaqələr  yaradırlar.  Bu  anda  İttifaqın  daxili  siyasətini  həyata 
keçirən  subyektlərin  İttifaqdaxili  siyasətləri  xarici  siyasətlə  əvəz  olunur. 
İ
ttifaqın  daxili  və  xarici  siyasəti  zənginləşir,  burada  rəngarəngləşir,  bu 
baxımdan tərkiblərə ayrılır.     
 
Siyasi hadisələrin proqnozlaşdırılması əsasları  
 
Proqnozlaşdırılma  hadisələrin  kompleks  olaraq  sistem  daxilində  və 
sistemlər  arasında  meydana  gəlməsinin  tərzini  müəyyən  etmək    prosesidir. 
Hadisələrin  proqnozlaşdırılması  müəyyən  məkanlarda  təzahür  olunan 
elementlərin  xassələrinin  müəyyən  olunmasıdır.  Bu  müəyyənlik  də  zaman 
nisbətində  dəyərləndirilir.  Proqnozlaşdırılma  hadisələrin,  gerçəkdə  özünü 
gösətərən hadisələrin meydana gələcəyini  əvvəlcədən müəyyənləşdirmədir.  
Proqnozlaşdırma    hadisələr  arasında  və  hadisələr  xəttində  əlaqələr 
vəhdətini  zaman-zaman  müəyyən  etməkdən  ibarət  olan  idrak  prosesidir. 
Ə
laqələr zəncirində elementlər arasında olan məsafə müəyyən dəyişən ölçülər 
ala  bilir.  Bu  ölçülər,  məsafə  çox  olanda  qabarmalar  və  çökmələr  yaşanır.  Bu 
anda  sistemdə  qeyri-sabitlik  mövcud  olur.  Hadisələrin  rəvan  axarı  əsasən 
elementlər  arasındakı  məsafə  bərabərliyindən  və  cüzi  fərqlərdən  ortaya  çıxır. 
Hadisələrin rəvan axarı təbii ki, köklü dəyişməyən  vəziyyəti meydana gətirir. 
Bu  anda  sistem  lazımi  tələb  əsasında  fəaliyyət  göstərir.  Sistem  daxilində  və 
sistemin  əlaqəli  olduğu  digər  sistemlərdə  isə  dəyişiklik  kəskin  olanda  rəvan 
ə
laqələr  başqa  axarla  dəyişikliyə  məruz  qalır.  Bu  baxımdan  sistemdə  yüksək 
inkişaf,  sürəti  aşan  gedişat  həm  sistemin  özündə  (məsələn,  dövlətin  özündə), 
həm  də  qonşu  sistemlərdə  (məsələn,  ətraf  dövlətlərdə)  və  regionlarda 
dəyişmələrə  zərurət  yaradır.  Hər  bir  proses  isə  gələcəklə  müşahidə  edilir. 
Sistemdə  cəm  halda  baş  verən  dəyişikliklər  sistemin  zəruri  inkişafını  üzərə 
çıxarır.  
Proqnozlaşdırma  gələcək    hadisələri  müəyyən  etməkdən  ibarətdir.  Bu 
müəyyənetmə  sayəsində  planlar  tərtib  olunur,  strateji-konseptual  sənədlər 
qəbul  olunur.  Proqnozlaşdırma  preventiv  siyasətin  tətbiqi  zərurətini  də 
müəyyən  edir.  Proqnozlaşdırma  və  əvvəlcə  müəyyən  olunan  siyasət  elə 
dövlətin  özündə  əvvəlcədən  yeni  qanunvericiliyin  meydana  gəlməsini  zəruri 
edir.  Bu  baxımdan  hüquq  islahatları  elə  gələcək  inkişaf  zərurətini  meydana 
gətririr.  Bu  siyasət  özlüyündə  hadisələrin  idarə  olunmasını  və  nəzarəti  ortaya 
qoyur.  Proqnozlaşdırma  dövlətdaxili  siyasətin  zaman-zaman  nəticələrini 
müəyyən  etməkdən  ibarət  olur,  eləcə  də  beynəlxalq  siyasətin  axarını  cari  və 
strateji-gələcək planda müəyyən etməkdən ibarət olur.  
Siyasət  sistemdə  həyata  keçirilir.  Siyasət  elementlərin  qarşılıqlı  əlaqələr 
vəhdətindən  ibarətdir.    Sistem  elementlərdən  və  elementlərin  yaratdığı 
axınlardan  ibarətdir.  Bu  əlaqələrdə  iştirak  edən  elementlər  arasında  müəyyən 


75 
 
məsafə  mövcud  olur.Siyasət  bu  aspektdə  məkanları  əhatə  edir  və  məkan 
üzərində  özünün  sərhədlərini  cızır.  Hadisələr  sistemdə  ardıcıl  və  sahələr  üzrə 
həyata  keçirilir.  Siyasəti  ehtiva  edən  hər  bir  hadisənin  öz  konkret  məkanı 
mövcud  olur.  Proqnozlaşdırma  bu  mənada  hər  bir  hadisənin  gələcəkdə  öz 
yerini müəyyən etməsindən ibarət olan bir idrak prosesidir.  
Siyasi  hadisələrin  proqnozlaşdırılması  haradasa  siyasi  proseslərin  idarə 
olunmasının  tərkibini  təşkil  edir.  Hadisələrin  taktiki  və  strateji  məzmunu  və 
forması  proqnozlaşdırmanı  özündə  ehtiva  edir.  Taktiki  və  strateji  vəziyyət 
proqnozlaşdırmanın  zamanını  ortaya  çıxarır.      Proqnozlaşdırma  siyasi 
hadisələrin  axın  trayektoriyasında  yeni  obrazlanmanın  əvvəlcədən  müəyyən 
olunması  anlamını  verir.  Müəyyən  bir  məkanda  hadisələrin  daxili  məzmunu 
zaman  etibarilə  tədricən  açılır.  Proqnozlaşdırma  zamanı  sistemdə  şərtləndirici 
elementlər  müəyyən  olunur.  Ən  əsası  şərtləndirici  elementləri  baza  və  üst 
elementlərə  təsnif  etməkdən  ibarətdir.  Baza  elementlər  üst  elementlərdən 
qorunur və təmin olunur. Üst elementlər baza elementləri təmin edən vasitələr 
və enerji rolunda çıxış edir. Baza elementlər axını  üst elementlərin hərəkətini 
özündə əks etdirir.  
Proqnozlaşdırmada  nəticələr  çıxarmaq  üsulları  olan-empirizm  və 
rasionalizm vəhdətdə çıxış edir. Burada duyğu, hissiyat da  əsas rolu oynayır. 
Təcrübə  və  hadisələrin  təkrar  olaraq  idarə  olunması  özlüyündə    bir  qaydanı 
meydana gətirir. Hadisələr axarını duymaq və məqamda hadisələri dərk etmək, 
hadisələrin 
növbəti 
nəticələrini 
müəyyənləşdirmək 
özlüyündə 
proqnozlaşdırmanı  ehtiva  edir.  Proqnozlaşdırma  zamanı  bir  hadisənin  ardınca 
digər  hadisələrin  baş  verməsi  əvvəlcədən  duyulur.  Bu,  haradasa  əlavə  siqnal 
qəbulu məsələsində özünü göstərir. Bu baxımdan əqli və dərrakəsi yüksək olan 
şə
xslər  daha  aydın  proqnoz  vermək  qabiliyyətinə  malik  olurlar.  Hadisələr 
ardıcıllığını 
yaxın 
zaman 
üzrə 
müəyyənləşdirmək 
yaxın 
müddətli 
proqnozlaşdırmanı  meydana  gətirir.  Orta  və  uzaq  müddətli  proqnozlaşdırma 
isə özlüyündə hadisələr müstəvisinin çoxluğunu və geniş miqyaslı nəticələrini 
ehtiva edir. Uzaq hədəfi proqnozlaşdırma dah böyük duyğu və dərin dərrakəni, 
uzağı görmə qabiliyyətini tələb edir.  
Proqnozlaşdırma  zamanı  hadisələrin  digər  hadisələri  törətməsinin 
müəyyən  əlamətləri  əvvəlcə  dərk  olunur.  Müəyyən  başlanğıclar  dərhal 
obrazlnaır.    Sonra  isə  rasional  və  empirik  metodla  dərketmə  tətbiq  edilir. 
Burada ardıcıl müşahidələr təcrübəsi də ayırd etmək imkanlarını qazandırır.  
Proqnozlaşdırma  zamanı  mərkəz  və  ətraf  elementin  əlaqələrini 
xassələndirmək  məharəti  və  qabiliyyəti,  istedadı  mühüm  şərtidir.  Burada 
prosesləri  müşahidə  qabiliyyəti  də  önəmli  rol  oynayır.    Dövləti    mərkəzi  və 
ə
traf  elementlər  təşkil  edirlər.  Məsələn,  iqtisadiyyat  elementləri  mərkəzi 
elementlərdir. İqtisadiyyatın özü də mərkəzi və ətraf elementlərə ayrılır. 
Beynəlxalq  münasibətlər  müstəvisində  güclü  və  nisbətən  zəif  dövlətlərin 
gücləri  ilk  növbədə  nəzərə  alınır.  Hər  bir  halda  tərəflərin  yaxın,  orta  və  uzaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə