Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

72 
 
Referendumlar böyük dövlətlərin maraqlarının beynəlxalq aləmdə  
təmin olunması vasitələri kimi 
 
Referendumlar
-bir  istiqamətdə  muxtar  qurumların  yaranması  ilə 
nəticələnir, digər istiqamətdə isə muxtar qurumların müstəqillik qazanması və 
ya  da  digər  dövlətin  tərkibinə  qatılması  ilə  tamamlanan  dövlətlərdaxili  siyasi 
aktlar kimi əhəmiyyət kəsb edir.  
Referendumlar  –böyük  dövlətlərin  beynəlxalq  rəqabətdə  təzyiq 
üsullarından  biri  kimi. 
Referendumlar  –böyük  dövlətlərin  maraq  sahələri 
toqquşması-kəsişməsi arealında bir-birinə qarşı təzyiq etdikləri vasitələrdir. Bu 
üsullarla  böyük  dövlətlər  bir-birilərinə  qarşı  mübarizə  aparırlar.  Böyük 
dövlətlər  arasında  rəqabətdə  istifadə  olunan  üsullardan  biri  də  onların 
maraqlarının  əks  olunduğu  sahələrdə  mövcud  olan  muxtar  qurumlardır. 
Dövlətlər bu muxtar qurumlardan qurumun tərkib olduğu dövlətə, eləcə də onu 
dəstəkləyən böyük dövlətə qarşı təzyiq vasitələri kimi istifadə edirlər. Bu anda 
beynəlxalq hüquq böyük dövlətlərin ərazi bütövlüyünün parçalanmasına səbəb 
olan referendumlar önündə zəif nəzəri bir hissəyə çevrilir. Böyük dövlətlər öz 
maraqlarının  təmin  olunması  məqsədilə  və  bir-birini  zəiflətmək  üçün 
referndumların  dəstəklənməsi  siyasətini  həyata  keçirirlər.  Məsələn,  Kosovo 
referendumu,  Krım  referendumu,  Folkland  adaları  referendumu,  Kvebek 
referendumu, Cənubi Sudan referendumu, Şərqi Timor referendumu və s.     
Referendumlar  –xalqların  öz  müqəddaratlarını  təyin  etmək  hüququnun 
ifadəsi aktları olaraq dövlətlərin ərazi bütövlüyün pozulmasına  səbəb olur. 
Referendumlar  ərazi  bütövlüyü  prinsipinə  köklü  zərbələr  vurur.  Beynəlxalq 
hüquqda  dövlətlərin  tərkibindən  ayrılmanın  qadağan  edildiyi  (sülh  yolu  ilə) 
maddə  yoxdur.  Ərazi  bütövlüyünün  zorla  pozulması  qadağandır.  Dövlətlər 
ə
razi  bütövlüklərini  qəbul  edirlər,  sərhədlərin  toxunulmazlığı  prinsipini  əsas 
götürürlər.  Bu  baxımdan  da  işğallar  qadağan  edilir.  Hakimiyyətin  zorla  ələ 
keçirilməsi 
dövlətlərin 
daxili 
qanunvericiliklərində 
qadağan 
olunur. 
Demokratik prinsiplərə zidd hesab olunur.  
 
Daxili siyasətin xarici siyasət, xarici siyasətin isə daxili siyasət forması  
alması 
 
Siyasət  özü  müəyyən  məkanı  tutan  və  kəmiyyətlərə  malik  olan  
hərəkətlərdən (mütləq və  nisbi hərəkətlərdən) ibarət olduğundan, onun tərkibi 
də,  tərkib  strukturu  da    mövcud  olur.  Bu  baxımdan    da  tərkib  müəyyən   
mexanizmi  və  sistemi  meydana  gətirir.  Tərkib  elementlərinin  böyüməsi 
sistemin  böyüməsini  və  mexanizmlərin  fəaliyyətinin  artmasını  təmin  edir. 
Mexanizmlərin fəaliyyətinin  artması elementlərin say artımı, kəmiyyət artımı 
hesabına baş  verir. Mexanizmlərin böyüməsi  strukturları böyütməklə bərabər, 
mərkzəqaçma  və  mərkəzdənqaçma  hərəkətlərinin  də  kəmiyyətini  artırır. 


73 
 
Kəmiyyt  artımı  elə  sistemin  böyüməsini  təmin  edir.    Sistem  və  mexanizmlər 
siyasətin  istiqamətlərindən  formalaşır.  Vahidliklər  yaranır.  Vahidliklər 
arasında  olan  birləşmələr  müqayisədə  böyük  vahidlikləri  meydana  gətirir.  
Siyasətin  istiqamətləri  siyasət  sisteminin  trayektoriyalarını  təşkil  edir.  Buna 
görə də siyasət müəyyən forma alır. Siyasətin formaları anlayışına da müxtəlif 
aspektlərdən  yanaşmaq  olar.  Belə  ki,  siyasətin  regional  və  məkan  formaları, 
siyasətin  məzmundan  irəli  gələn  formaları,  siyasətin  iyerarxiyadan  meydana 
gələn formaları və s. mövcuddur. 
Siyasətin formalarını hərəkətlərin formaları meydana gətirir. Hərəkətlərin 
formaları da məkana və həcmə-miqyasa, kəmiyyətə bağlı olur.  
Siyasətin  kəmiyyət,  məkan  fəlsəfi  kateqoriyaları  ilə  izah  olunması 
prinsipindən  çıxış  edərək,  belə  nəticəyə  gələ  bilərik  ki,  daxili  siyasət  xarici 
siyasət  kimi  adlana  bilir  və  forma  alır.  Formanın  alınması  sintezlərdən  olan 
məkan  böyüməsindən  ortaya  çıxır.    Belə  ki,  beynəlxalq  əlaqələr  sistemində 
təşkilatlanma  (beynəlxalq  hüququn  əsas  subyektləri  olan  dövlətlərin)  zamanı, 
yəni,  əsas  subyektlərin  törəmə  subyektlərdə  cəmləşməsi  zamanı  siyasətin 
formaları  da  dəyişir.  Burada  sistemləşmənin  makro  məzmun  alması  məhz 
sistemləşmənin  makro  forma  almasına  səbəb  olur.  Siyasətin  makro  formaya 
keçməsi  –burada  daha  çox  məkanı  əhatə  etməsi  baxımdan-onun  tərkib 
elementlərini artırır. Məzmun və forma böyüyür. Böyümə zamanı sistemdaxili 
formalar da artır. Bu da hər şeydən öncə istiqamətlərin artması ilə xarakterizə 
olunur. 
Universal  və  regional  əsaslarla  təşkilatlanma  zamanı  dövlətlərin  xarici 
siyasəti  onların  yaratdıqları  təşkilatların  daxili  siyasətinə  çevrilir.  Böyümə 
prosesləri  –strukturun  vahid  formada,  bütöv  əsaslarla  böyüməsi  zamanı  –
siyasətin  həyata  keçirən  vahid  obyektlər  böyümüş  sistemin  daxili  siyasət 
subyektinə  çevrilirlər.  Məsələn,  Avropa  İttifaqında  ittifaqı  təşkil  edən 
dövlətlərin  xarici  siyasəti-İttifaq  üzvü  olan  dövlətlərin  öz  aralarında  həyata 
keçirdikləri  və  ikitərəfli  və  çoxtərəfli  format  alan  siyasət-qurduqları  iki  və 
çoxtərəfli  əlaqələr  məhz  həmin  İttifaqın  daxili  siyasəti  hesab  olunur.  Bu 
məsələdə  beynəlxalq  aləm  təşkilatın  daxili  siyasətini  formalaşdıran  məkan 
rolunu  oynayır.  Lap  makrostruktur-ümumdünya  bütövlüyü  prizmasından 
yanaşsaq da belə qərara gəlmək olar ki, bütün  dünya dövlətlərinin birgə həyata 
keçirdikləri  siyasət  elə  dünyanın  daxili  siyasətidir.  Bu  baxımdan  da  istər 
konkret,  istərsə  də  mücərrəd  təfəkkürün  obyekti  olaraq,  düşünmə  prosesi 
zamanı  bütövlüyün  böyüməsi  elə  özlüyündə  daxilə  qəbul  etmə  ilə  müşahidə 
olunur. 
Avropa İttifaqına üzv olan dövlətlər İttifaq daxilində həm subyektiv, fərdi 
siyasət  sahibi  olurlar,  həm  də  subyektiv-obyektiv  payçı-müştərək  sahibliyə 
çevrilirlər.  Bir  məsələdə  onlar  imkanlarını  artırırlarsa  da,  digər  məsələdə 
məhdudlaşdırırlar.    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə