Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

64 
 
-tarazlıqdan irəli gələrək cəmiyyətin resurslarında fərqlərin  yaranması  və 
çeşidlər hesabına rənglərin artması; 
-dövlət    siyasətinin  sakinlər  arasında  rəvan  tətbiqinin  təmin  olunması  və 
sabit hakimiyyətin formalaşdırılması  və s.   
 
Dövlətin inkişaf yollarının fəlsəfi əsasları: gələcək hüquqların tətbiqi  
metodu 
 
Dövlət  hüquqlara  malik  olan  tərəfdir,  universal  və  təkmil  subyektdir. 
Çoxistiqamətli  fəaliyyət,  hərəkət  istiqamətlərini  özündə  cəmləşdirir.    Hüquq 
norması  yaratmaq  baxımından  isə  universal  olmaqla  bərabər,  məxsusi  bir 
qurumdur, tərəfdir.  Özündə çoxlu sayda hüquqi tərəfləri: insanları, qurumları 
(hakimiyyət  və  qeyri-hakimiyyət  qurumlarını),  bu  baxımdan  fiziki  və  hüquqi 
şə
xsləri  birləşdirir.  Dövlət  məcmu  hüquqi  səlahiyyətlərə  malikdir.    Dövlət 
hüququ  tərkib  etibarilə  bütün  sahələrdəki  hüquqları  özündə  əks  etdirir.  Bu 
baxımdan  da  ali  formada  dövlət  hüququ  insanların  ali  siyasi  hüquqlarının 
tərkibini  təşkil  edir.  Dövlətin  həyata  keçirdiyi  bütün  fəaliyyət  aktları  siyasət 
adlandığından,  elə  insanların  dövlət  hüquqları  da  onların  siyasi  hüquqlarıdır. 
Siyasi  hüquqlar  öz  tərkibində  mülki  hüquqları  cəmləşdirdiyindən  (siyasət 
insanların  mülki  hüquqlarının  təmin  olunması  üçün  həyata  keçirilir.  Mülki 
hüquqlar  içərisində  demək  olar  ki,  cəmiyyətdəki  əksər  hüquqlar  cəmləşir),
 
həmçinin  digər  inzibati,  cinayət  və  s.  hüquqları  əks  etdirdiyindən,  insanların 
dövlət  hüquqları  elə  siyasi  hüquqlardır.    İnsanların  mülki  hüquqları 
cəmiyyətdə  sosial,  dövlətdə  isə  siyasi  hüquqlar  kimi  təsnif  olunmalıdır

Hər  iki  sahənin  vəhdəti  mövcud  olduğundan,  hər  iki  sahə  bir-birinə  xidmət 
etdiyindən,  bir-birini  tamamladığından  elə  siyasi,  mülki  və  digər  sahələr  üzrə 
olan  hüquqlar  insan  hüquqlarıdır.  Dövlətdə  birbaşa  və  ya  da  dolayı  yolla  hər 
bir  şey  insana  xidmət  edir.    Siyasi-ictimai  və  digər  hüquqlar  insanların  elə 
konstitusion hüquqlarıdır. Dövlət ayrı-ayrı sahələr üzrə hüquq normaları qəbul 
etməklə,  insan  hüquqlarının  təsnifatını  həyata  keçirir.  Dövlət  zamanın 
postulatlarına cavab vermək funksiyasına və öhdəliyinə malikdir.  
Qeyd  olunduğu  kimi,  dövlət  hüququ  insan  hüququnun  tərkibidir.
 
Çünki  dövləti  ictimai  bir  müqavilə  forması  kimi    insanlar  yaradırlar    və  ona 
hüquqlar,  bu  baxımdan,  səlahiyyətlər,  vəzifələr  verirlər.  Dövləti  həmçinin 
öhdəliklə  məsuliyyətli  tərəfə  çevirirlər.  Çünki  hüququ  olan  istənilən  tərəfin 
məsuliyyəti  və  öhdəliyi  də  vardır.  Məsuliyyət  və  öhdəlik  kimi  anlayışlar  və 
ifadələr  elə  hüquq  anlayışının  tərkibini  təşkil  edir.  İnsanların  hüquqları, 
qurumların  hüquqları  genişləndikcə  məsuliyyət  və  öhdəlikləri  də  artır.  Çünki 
hər bir hərəkət məsuliyyəti şərtləndirir.   
Xalqı  təmsil  edən  dövlətin  (dövlət  rəhbərinin,  dövlət  hakimiyyətinin)  
hüquqları  vətəndaşların  və  əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  


65 
 
hüquqlarını  təmin  etmək  üçündür.  Burada  əcnəbi  və  vətəndaşlığı  olmayan 
şə
xsin  hüquqlarını  dövlət  ona  görə  təmin  edir  ki,  beynəlxalq  sənədlərlə  öz 
üzərinə  öhdəlik  götürür.  Onları  öz  vətəndaşlarından,    bəzi  istisnalar  olmaqla, 
ayırmır.  Dövlətin  əsas  vəzifə  və  səlahiyyəti,  öhdəliyi  məhz  insan  hüquqlarını 
insanların  maraqlarının  əks  olunduğu  sahələrdə  təmin  etməkdən  ibarətdir. 
Maraq  ardırıcıl  qaydada,  subyektlərin  hərəkət  məkanlarına  və  resurslara 
müvafiq  olaraq  ümumən  artır.  Bəzi  hallarda  isə  azalır,  məhdudlaşır.  Burada 
resurs  və  əməl  amili  mühüm  rol  oynayır.    İnsanların    universal  və  məxsusi 
hüquqları    ümumi  vətəndaşlıq  prinsiplərinə,  məxsusi  hallarda  isə  fərdi 
kateqoriyaya,  həmçinin  fərdi    qabiliyyətə  görə  təmin  edilir.  Hüquq  normaları 
ümumi və fərdi statuslar yaradır.  
Dövlət 
öz 
idarəçiliyini 
hüquqyaratma 
və 
icrasını 
təminetmə 
mexanizmləri:  subyekt  və  obyektləri  (vasitələr  də  demək  olar)    ilə  həyata 
keçirir.  Dövlət  insan  hüquqlarını  inkişaf  sahələrinə  və  resurslarına  görə 
müəyyən  edir,  təsbit  edir,  eləcə  də  təmin  və  təsdiqini  həyata  keçirir.  Dövlət 
hakimiyyətinin aparatları (mərkəzi və yerli aparatlar) insan hüquqlarının təsbit 
və təsdiqini təmin edir. 
Dövlət  öz  vətəndaşlarının  hüquqlarını  digər  kateqoriyalarla  yanaşı, 
zaman
 kateqoriyası ilə də təmin edir. Həm də ona görə ki, beynəlxalq aləmin 
üzvü olur və bu aspketdə dünyanın inkişaf tempinə müvafiq olaraq, resursların 
mənimsənilməsini  səmərəli  həyata  keçirmək  məqsədilə  hüquqi  islahatları 
həyata  keçirir.  Zaman  kateqoriyası  əsasında  mövcud  və  gələcək  zamanın 
hüquqları  təmin  edilmiş  olur.  Dövlət  gələcək  zamanda  hüquqların  təmin 
olunmasını  hədəf  kimi  müəyyən  edir.  Zamanla    ayaqlaşmaqla  insan 
hüquqlarının təmin olunması məsələsi dövlətin özünün inkişafını şərtləndirir.  
İ
nsan  hüquqlarının  təmin  olunmasında  zaman  kateqoriyasının  tətbiqi 
vətəndaşların  ardıcıl  şəkildə  hüquqlarının  rəvan  əsaslarla  təmin  olunmasını 
ə
sas götürür.  
 
Dövlət zaman kateqoriyasını bu şəkildə tətbiq edir: 
 
Zaman  kateqoriyasının  tətbiqinin  mücərrəd  forması.
  Dövlət  zaman 
kateqoriyasını  bir  istiqamət  kimi  “sola”  və  “sağa”,  eləcə  də  “soldan”  və 
“sağa”
    uyğun  olaraq  başlanğıc  kimi  müəyyən  edir.  Burada  şərti  olaraq  bir 
nöqtə  götürülür,  soldan  sağa  doğru  birinci  növbədə  insanların  yaşlarının 
artımına  müvafiq  hüquqlar  təmin  edilir.  Sağ  istiqamətində  hüquqlar  zaman 
kateqoriyası  ilə  təmin  olunur.  Ən  çox  islahatlar  və  yeni  qanunların  qəbulu 
“sağ”  istiqamətində  həyata  keçirilir.  Burada  eləcə  də  “sol”  istiqaməti  də 
nəzərdən  keçirilir.  Sağ  və  sol  qollardan  şaquli  və  üfiqi  qollar  şaxələnir.  Bu 
qollar həm qalınlaşır, həm də nazikləşir. Trayektoriya içərisində bir-birini əvəz 
edən nöqtələr gah peydah olur, gah da yoxa çıxır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə