Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

62 
 
müxtəlif  sayda  hadisələr  öz  məkanların  müvafiq  olaraq  qərarlaşmış  olur.  Hər 
iki  metodun  tətbiqi  futuroloji  aspektləri  özündə  qərarlaşdırır.  Çünki  inkişaf 
məhz  gələcəyi  aşkarlayan  proseslər  ardıcıllığının  trayektoriyasından  ibarətdir. 
İ
vent  və  kontent  metodların  tətbiqi  tələbatların  ödənilməsinə  yönəldilir. 
Kontent metod rasional iventləri özündə cəmləşdirir. Kontent metod daha çox 
fəlsəfi  metoddur.  Çünki  burada  hadisələr  cəm  halda    çox  geniş  şəkildə 
formalaşdırılır.  Buradakı  sistemlərdə  simmetrik  və  asimmetrik  vəziyyətlər, 
eləcə də ahəngli quruluşlar və əlaqələr mövcud olur. 
 
Dövlətin inkişaf yollarının fəlsəfi əsasları: tarazlıq  metodları 
 
Tarazlı  metodun  tətbiqi  mərkəzləşdirici  və  paylayıcı  funksiyanı  yerinə 
yetirir.  Kompleks  şəkildə  içərisində  çoxlu  fərqlər  olan  mürəkkəb  siyasətin, 
zəngin  siyasətin  tətbiqini  zəruri  edir.  Tarazlı  siyasət  mərkəz  ilə  periferiya 
arasında,  həmçinin    periferiyaların  öz  aralarında    bağlayıcılığı  və  keçiciliyi 
meydana  gətirir.  Buradan  da  bütövlük  və  güclülük  yaranır.  Dövlətin  tarazlı 
kompleks  siyasətinin  tərkibində  çoxlu  sayda  eyniliklər  və  fərqliliklər  var.  Bu 
eynilik və fərqliliklər ümuminin xüsusiyə, xüsusinin isə ümumiliyə nisbətində 
yaranır. Məsələn, dövlətin bütün qanunları aiddiyyatı şəxslər və qurumlar üçün 
universaldır.  Bu  qanunlarda  məxsusi  hissələr  də  vardır  ki,  onlar  ya 
məhdudlaşdırıcı,  ya  da  genişləndirici  məzmuna  malik  olur.    Bu  baxımdan 
ümumi  və  ümuminin  içərisində  imtiyazlı  və  toxunulmazlı  tərəflər  mövcud 
olur.  Dövlət  siyasətinin  universal,  universaldan  başlamaqla  ya  fərdi  məxsusi, 
ya da məxsusi universal tərəfləri mövcud olur. Məxsusi universallıq müəyyən 
qrup  şəxslərə  və  qurumlara  tətbiq  olunur.  Bu  prizmadan    dövlət  siyasətinin 
tərkibi universal və məxsusi tarazlıqlardan ibarətdir.   
Məlumdur  ki,  tarazlıq  (balanslı  vəziyyət)  tərəflərin  həm  tərkib 
baxımından, həm də müəyyən başlanğıc koordinatlarından aralarındakı məsafə 
baxımından  bərabərliyi    deməkdir.  Burada  tərkibin,  o  cümlədən  kəmiyyətin, 
həcmin, miqdarın, yəni formanın  bərabərliyi, eyni sayda və eyni çəki və ölçü 
vahidində   olması tarazlığı ifadə edən, şərtləndirən faktorlardır. Tarazlıq eyni 
bir  vasitənin  müxtəlif  məkanlarda  olmasından  da  yaranır.  Məsələn,  eyni  tip 
yanacaqdoldurma  məntəqəsi  bir  vasitə  kimi  müxtəlif  bölgələrdə  fəaliyyət 
göstərir.    Bir  siyasətin  eyni  zamanda  tətbiqi  də  zaman  tarazlığını, 
simmetriyasını  meydana  gətirir.  Deməli,  vasitə,  zaman,  məkan,  subyekt  amili 
mərkəz götürülməklə tarazlıqlar mövcud olur. Tarazlı siyasətdə, proseslərdə ya 
bir amil tarazlaşdırıcı rol oynayır, ya da kompleks amillər burada tarazlaşdırcı 
funksiyanı yerinə yetirir. Bir kriteriya tarazlıq üçün şərt rolunu oynayır.  
Tarazlıqda  simmetriya  (eyni  metrlik),  harmoniya  (uyğunluq,  ahənglik  ) 
ə
sas  prinsipdir.  Ahənglik  əhatə  edəndir.  Məsələn,  dövlətin  regionlarda  ahəng 
formalı  siyasəti  elə  vasitələrə  tarazlı  təsirləri  yaradır.    Tarazlıqlar  mütləq 


63 
 
bərabər  və  hətta  fərqli  bərabərliklərdən  də  yarana  bilir.  Məsələn,  məsafə 
bərabərliyi  obyektin  fərqinə  baxmadan  ola  bilir.  Dövlətin  inkişafında    fərqli 
bərabərlikdən  yaranan  tarazlıqlar  amili    xüsusi  rol  oynayır.  Məsələn,  yaşayış 
məskənlərinin 
fərqli 
olmaları 
onlarda 
fərqləri 
yaradır. 
Potensialın 
yönləndirilməsi  fərqini  zəruri  edir.  Kəmiyyət,  həcm  ayrı-ayrı  yaşayış 
məskənlərinə  münasibətdə  fərqli  olur.    Lakin  dövlətin  siyasətində  qayğı  və 
diqqət  məsələsi  məhz    tarazlığı  yaradır.  Məsələn,  regionların  inkişaf 
proqramları  (dövlətin  mərkəzi  proqramı)    özlərində  universal  tarazlı 
sənədlərdir.  Bu  sənədlər    əhatəedici  və  yayıcıdır.  Ölkənin  bütün  bölgələrini 
ə
hatə  edir.  Burada  qayğı  prinsipi,  əhatəlilik  prinsipi    tarazlı  tətbiq  olunur. 
Lakin  bölgələr  fərqlidirlər,  yaşayış  məskənlərində  əhali  də  fərqlidir.  Ən  əsası 
hər  bir  bölgənin  problemini  həll  edəcək  qədər  ona  diqqət  göstərilməsidir. 
Məsələn,  Azərbaycan  prezidenti  öz  ehtiyat  fondundan  ayrı-ayrı  rayonlara 
inkişaf  üçün  maddi  vəsait  ayırır.  Maliyyə  vəsaitinin  məbləği  fərqli  ola  bilir. 
Lakin  burada  rayonlar  sıra  ilə,  yaxud  da  eyni  zamanda    təmin  edilir.  Burada 
tarazlığı  yaradan  əsas  məsələ  təminatdır.    Tarazlıq  prinsipində  eyni  zaman, 
yaxud da ardıcıl zaman kriteriyası tətbiq oluna bilir. Məsələn, bütün bölgələrə 
ya  eyni  zamanda  diqqət  ayrılır,  ya  da  zaman  ardıcıllığı  (növbə  ilə)  diqqət 
yetirilir.  Burada  diqqətin  ayrılması,  maliyyə  vəsaitlərinin,  istehsalat  və 
infrastruktur sahələrinin təşkil edilməsi prosesləri tarazlı proseslərdir. 
 
Tarazlıq metodunun tətbiqi faydası nələrdən ibarətdir: 
 
-resursların  bütün  yaşayış  məskənləri  üzrə  yaylı  paylanması  və 
nəticələrindən sistemli olaraq istifadə olunması; 
-resursların  tarazlı  paylanmasından  və  əldə  olunan  nəticələrdən  bütün 
məkanlar  üçün  istifadə  olunması  və  nəticə  etibarilə  sistemin  ümumi 
dəyərliliyinin artması; 
-ümumi  sistemin  potensialının  məkan  üzrə  bərabər  səviyyəni  yaratmaq 
üçün resursu çatışmayan yönləndirilməsi və faydalı nəticələrin əldə edilməsi; 
-regionların  və  mərkəzin  bağlayıcılığında  zaman  ardıcıllığının  və 
bütövlüyün yaranması; 
-regionlarla  mərkəz  arasında  əlaqələrin  dinamizminin  arda-arda  təmin 
olunması; 
-statistik göstəricilərin artması; 
-ümuminin  hesabına xüsusinin güclənməsi və  xüsusinin  hesabına ümumi 
bazanın artması; 
-mərkəzlə regionlar arasında əlaqələr boşluğunun yaranmasının qarşısının 
alınması; 
-məkan və resurslardan səmərəli istifadə olunması; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə